26.04.2015 Günlük Bürclər (26 Aprel)

25 Nisan 2015
2 894
0
26.04.2015 Günlük Bürclər (26 Aprel)
26.04.2015 Günlük Bürclər (26 Aprel)

Qoç - emosiyaların təsiri altında hərəkət etməyin. Əvvəlcədən hazırlanmış planları pozmayın, anlaşma və sövdələşmələri unutmayın. Böyük zəhmət hesabına əldə olunmuş müqavilələri qulaqardına vurmayın. Günün ikinci yarısında işdə və evdə fikir ayrılıqları, ixtilaflar yarana bilər. Bu yaxınlara qədər sizə rəqib olanlar müttəfiqə çevriləcəklər. Nə etmək istədiyinizi dəqiqləşdirin. Peşəkar fəaliyyət müstəvisində qətiyyətli və iradəli olun. Amma ailədə belə davranmayın, çünki ailə üzvləri sizdən çeviklik, məntiqli güzəştlər gözləyirlər. Bələd olmadığınız tədbirə dəvət alsanız da, getməyin. Axşam saatlarını evdə keçirmək məsləhətdir. Belədə əhvalınızı yaxşılaşdıra bilərsiniz.

Buğa - günün ilk yarısında problemlər yarana bilər. Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Maneələr və sədləri dəf etmək asanlaşır. Həmfikir və müttəfiqlərlə münasibətlərinizin durumuna fikir verin. Davranış modelinin seçimi bu insanların sizinlə bağlı tutduqları mövqelərə ciddi təsir edəcək. Günün ikinci yarısı anlaşma və sövdələşmələr, alış-veriş üçün əlverişlidir. Maliyyə məsələlərini həll edə bilərsiniz. təmaslar, dostlarla görüş, romantik münasibətlər üçün əlverişli zamandır. Yeni tanışlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq istəyirsinizsə, səy göstərməlisiniz.

Əkizlər - nikbin olun, işlərinizdə əmin davranın. Bu gün ciddi uğurlara nail olmaq, bədxah və rəqibləri üstələmək, yaxşı gəlir əldə etmək olar. Əsas məsələ yaxın ətrafınızdakı insanlarla yanaşı, özünüzə qarşı da tələbkar olmağınızdır. İntellektual fəaliyyət, çətin məsələlərin həlli üçün düşərli zamandır. Günün ikinci yarısı nüfuzlu insanlarla görüş vaxtıdır. Maraqlı təklifin alınması, karyera pilləkəni ilə yüksəlmək şansları istisna deyil. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Xərçəng - məhsuldar və effektiv gün ola bilər. İşlər çoxdur, lakin onların öhdəsindən gələcəksiniz. Yaxın gələcəklə bağlı planlar qurun. Niyyət və ideyalarınızı həmfikirlər, müttəfiqlər və dostlarla müzakirə edin. Sonradan yaxşı gəlir verə biləcək əməkdaşlıqla bağlı razılaşma əldə edə bilərsiniz.Günün ikinci yarısı yeni iş yerinin seçilməsi üçün əlverişlidir. Yaradıcılıq eksperimentləri uğurlu olacaq. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Qərar və əməlləriniz müsbət dəyişikliklərin təməlinə çevrilə bilər. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Axşam saatlarında aktiv olun. İdman əla əhval-ruhiyyəyə nail olmağa imkan verəcək.

Şir - gərgin, mürəkkəb, laübəli zamandır. Uğurlar məqsədə çatmaq üçün sərf edəcəyiniz səylərə tam mütənasibdir. Ona görə də səylə çalışın, zəhmətkeş olun, bir addım da geri çəkilməyin. Yaxşı gəlir, görülən işə görə mükafatın alınması istisna deyil. Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. Şəxsi məziyyətlərə görə sizi maraqlandıran insanlar sonradan işgüzar təmaslar baxımından da faydalı ola bilərlər. Məişət texnikası, alət və avadanlıq, nəqliyyat vasitələri almaq üçün əlverişli zamandır.

Qız - işdə rəhbərlik və həmkarlarla dil tapmaq çətindir. Rəğbət və antipatiya hissləri məhsuldar əməkdaşlığa mane olur. Önəmli məsələləri təkbaşına həll etməli olacaqsınız. Məsləhət almaq üçün münasib insan yoxdur. Günün ikinci yarısında gəlirlər gözlədiyinizdən az olacaq. Maliyyə yardımı və ya borc üçün dostlara üz tutmalı olacaqsınız. Sənədlərlə iş xüsusi diqqət tələb edir. Səhv və yanlışlıq riski böyükdür. Uzunmüddətli planlar hazırlayarkən önəmli detalları və vacib xırdalıqları nəzərdən qaçırmayın.

Tərəzi - qərarların qəbulunda tələskənliyə yol verməyin. Yüz ölçün, bir biçin. Hətta ən kiçik addımı belə düşünərək atın. Belə davranış ciddi səhvlərə yol verməməyin yeganə yoludur. İşgüzar danışıqlar emosional, gərgin keçəcək. Əməkdaşlığın əlverişsiz variantlarına, sərfəli olmayan modellərinə razılaşmayın. Maliyyə çətinlikləri yarana bilər, Alış-verişi, borc verib, borc almağı ertələyin. Səfər və ya gəzintiyə tənha yollanmaq məsləhət deyil. Ailə münaqişələrinə yol verməməyin yeganə üsulu səmimiyyət, qayğıkeşlikdir.

Əqrəb - uğurlu və əlverişli gündür. İşdə irəliləyişlər, şəxsi həyatda dəyişikliklər ola bilər. Qərarları düşünüb-daşınandan sonra qəbul edin. Məntiqli və soyuqqanlı davransanız, addımlarınız yaxın ətrafdakı insanlar tərəfindən rəğbətlə qarşılanacaq. Günün ikinci yarısında liderlik məziyyətlərinizi nümayiş etdirin. Kommersiya və ya biznesdə önəmli addımlar atmaq olar. İşgüzar tərəfdaşlarla münasibətlərə sərinlik gətirməyin. Yaxınlarınızla təmaslarda səmimi və həssas olun. Romantik görüş pis keçməyəcək. Dostlarla vaxt keçirmək olar.


Oxatan - işgüzar görüşlər və yeni layihələrin başlanğıcı üçün əlverişli zamandır. Rəğbət bəslədiyiniz insanın marağını cəlb edərək onunla birlikdə çalışa bilərsiniz. Romantik təmaslar harmonik olacaq. Yaşamınız, özünüzlə bağlı yeni məqamları öyrənəcəksiniz. Günün ikinci yarısı dostlar və həmfikirlərlə təmaslar, ümumi plan və ideyaların müzakirəsi üçün əlverişlidir. Sənədlərin hazırlanması, problemin dövlət qurumlarında müzakirəsi ilə məşğul olmaq mümkündür. Anlaşma və sövdələşmələr sərfəli olacaq.

Oğlaq - günün ilk yarısının emosional fonu pis deyil. Bu vaxtdan plan və ideyalarınızı reallaşdırmaq üçün istifadə edin. Saatlar keçdikcə məqsədə çatmaq çətinləşəcək. Yeni işlər və tapşırıqlar peyda olacaq. Əsla xoşlanmadığınız, sizdə kəskin antipatiya yaranan insanlarla çalışmaq zərurəti əhvalınızı korlayacaq. Günün ikinci yarısında maliyyə itkiləri çox olmayacaq. Belə xırda məsələlərə görə sinirlənməyin, yaxın ətrafınızdakı insanların da keflərinə soğan doğramayın. Yaxınlarla münasibətləri aydınlaşdırmaq cəhdləri məsləhət deyil. Konstruktiv söhbət alınmayacaq. Tənqid və iradlarınız sevdiyiniz insanı küsdürə bilər.

Dolça - nüfuzlu insandan dəstək alsanız, peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola biləcəksiniz. Belə dəstək olmadan bədxah və ya düşmənlərin öhdəsindən gəlmək çətindir. Kommersiya layihəsinə başlamaq üçün pis gün deyil. Əhəmiyyətli məbləğdə gəlir verəcək anlaşma və ya sövdələşməyə nail ola bilərsiniz. Günün ikinci yarısında ev işlərinin öhdəsindən tez gələcəksiniz. Yaxınlarınızla ünsiyyətə yetərincə vaxt ayırın. Axşam saatları kiçik gəzintilər, habelə səfər və ya səyahətə hazırlıq üçün əlverişlidir.

Balıqlar - qüvvə, imkan və potensialınızı dəqiq qiymətləndirin. Öhdəsindən gələ biləcəyiniz işə başlayın. Dəqiq plan olarsa, işlərin öhdəsindən sürətlə gələcəksiniz. Çətinliklərlə qarşılaşsanız, uzun-uzadı düşünmədən həmfikir və müttəfiqlərə, hətta adi tanışlara müraciət edin. Belə taktika yetərincə effektivdir. Yeni işə başlamaq, tanışlıqlar üçün əlverişli zamandır. Günün ikinci yarısında qəfil görüş, xoş sürprizlər ola bilər. Romantik təmaslar qeyri-adi olacaq, uzun müddət yadda qalacaq. Axşam saatlarında imiclə eksperimentlər uğurludur. Geyim, aksessuarlar, kosmetika almaq olar.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.