21.05.2015 Gündəlik Bürclər (21 MaY 2015)

20 Mayıs 2015
2 839
0
21.05.2015 Gündəlik Bürclər (21 MaY 2015)
21.05.2015 Gündəlik Bürclər (21 MaY 2015)

Qoç – Sevindirici hadisələr, təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, gözlənilməz səfərə də çıxasınız. Amma pul və sənədləşdirmə işləri ilə bağlı bütün planlarınızı təxirə salın.

Buğa – Bu gün iştirakçısı olduğunuz əksər proseslər sizə xeyir verəcək. Mövcud reallığa obyektiv qiymət verin. Kənar təsirlərə uymayın. Qətiyyən görücü və ya falçı yanına da getməyin.

Əkizlər – İş və fəaliyyətlə bağlı yeniliklər yolunuzu gözləyir. Bunun üçün bəzi mühüm şəxslərlə görüşməyiniz vacibdir. Çətinlikdən qorxmayın. Ən azı ona görə ki, artıq öz dövranınız yetişməkdədir.

Xərçəng – Riskli hadisələrlə üzləşmə ehtimalınız var. Nəticənin sizə xeyir verməsini istəyirsinizsə, təcrübəli adamlarla məsləhətləşin. Əmin olun ki, onlar sizə lazımi dəstəyi verəcək.

Şir – Maraqlı adamlarla görüşləriniz mümkündür. Belə məqamlarda kiminsə əleyhinə danışmaqdansa, öz söhbət və davranışlarınızla rəğbət qazanmağa çalışın. Riskdən uzaq olun.

Qız – Maddi durumunuzu yaxşılaşdırmaq istiqamətində şansınız var. Bunun üçün maksimum bəhrələnməyə çalışın. Əvvəlcədən nəzərdə tutmadığınız məsələlərə baş qoşmayın. Sevgidə uğurlarınız gözlənilir.

Tərəzi – Əsas diqqətinizi fəaliyyətə yönəldin. Yalnız bu halda, qarşıya qoyduğunuz məqsədlərə nail ola bilərsiniz. Həmkarlarınızla, eləcə də doğmalarınızla münasibətdə acıdil olmayın.

Əqrəb – Ulduzların düzümü yalnız maliyyə məsələlərində müəyyən uğurlara yiyələnəcəyinizdən xəbər verir. Digər işlərdə isə gərginlik hökm sürəcək. Səhhətinizə xüsusi diqqət ayırın.


Oxatan – Əsas planlarınızı iş vaxtına təyin edin. Çünki axşam saat 18-dən sonra sinirlərinizin gərilməsi işlərinizə mane olacaq. Nahar ərəfəsində gözləmədiyiniz istiqamətdən sevinə bilərsiniz.

Oğlaq – Təxminən saat 14-ə qədər passiv ərəfə yaşayacaqsınız. Həmkar və rəhbərinizlə mübahisələrə cəlb oluna bilərsiniz. Sonrakı müddətdə isə hər şey normal tərzdə cərəyan edəcək.

Dolça – Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq istəyirsinizsə, çoxdan bəri nəzərdə tutduğunuz şəxslərlə görüşləri reallaşdırın. Digər işləri təxirə salmaq da olar. Riskdən qorxmayın.

Balıqlar – Artıq son günlər qlobal problemlərinizin həlli yolları aydınlaşmağa başlayıb. Bunu sürətləndirmək üçün ətrafınızda etibarlı insanlar olmalıdır. Axşama yaxın səhhətinizi qoruyun.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.