08.08.2015 Gündəlik Bürclər (8 Avqust 2015)

07 Ağustos 2015
2 595
0
08.08.2015 Gündəlik Bürclər (8 Avqust 2015)
08.08.2015 Gündəlik Bürclər (8 Avqust 2015)

Qoç
Görəcəyiniz işlər barədə hər kəsə məlumat verməyin. Əks təqdirdə bu amil özünüzə qarşı silaha çevriləcək. Yalnız ədalətli addımlar atın. Təcrübəli insanların məsləhətini eşidin.

Buğa
axşı olar ki, bu təqvimdə hər hansı riskə getməyəsiniz. Onsuz da bunun müsbət nəticəsi olmayacaq. Kənar məsləhətlərə qulaq asın. Vaxtınız olsa, qohumlarınıza baş çəkin.

Əkizlər
Ümumi çalarlarına görə kifayət qədər uğurlu təqvimdir. Bir tərəfdən sevindirici xəbərlər eşitməyiniz, digər tərəfdənsə şəxsi büdcənizdə müəyyən artımlar ovqatınızı xoş edəcək.

Xərçəng
Yaxşı olar ki, tərəddüd etdiyiniz bütün planları təxirə salasınız. Çünki ulduzlar əmin olmadığınız məsələlərə baş vurmağı məsləhət görmür. Əsas vaxtınızı fəaliyyətə yönəldin.


Şir
Günün birinci yarısı müəyyən qədər gərgin keçə bilər. Sonrakı müddətdə isə qarşınıza qoyduğunuz məsələlərdə bəxtiniz gətirəcək. Qazanmaq və qonaq getmək üçün də münasib vaxtdır.

Qız
Öhdənizə düşən işlərin çoxluğu sizi yora bilər. Bu səbəbdən qarşınızda duran vəzifələri konkretləşdirməlisiniz. Havaların dəyişkənliyi səhhətinizə mənfi təsir göstərməsin deyə, qorunun.

Tərəzi
Bəxtinizdə mübahisəli bir gün dursa da, büdcənizi artırmaq üçün gözəl imkanlar qazanacaqsınız. İradənizə zidd addımlar atmayın. Hansısa məqsədinizə tərs olmaqla yetişməyə çalışmayın.

Əqrəb
Ürəyinizə yaxın olan adamlarla rastlaşacağınıza şübhə etməyin. Eyni zamanda buna özünüz də cəhd edin. Əmin olun ki, bu, rahatlığınızı təmin edəcək. Kasıbçılığı dərd kimi qavramayın.


Oxatan
vqustun ən uğurlu günlərindən birini yaşayacaqsınız. Perspektivli sövdələşmələrdə iştirak etmək üçün olduqca ideal vaxtdır. Axşama yaxın təzə xəbərlər eşitmək ehtimalınız da var.

Oğlaq
Fəaliyyətlə bağlı ciddi problemlərlə rastlaşa bilərsiniz. Bu səbəbdən məsləhət görülməyən adamlarla ciddi müzakirələrə girişməyin. Nəzərə alın ki, səhər saat 09:58-dən sonra Ay bürcünüzə daxil olur.

Dolça
Ürəyiniz istəməyən adamlarla ünsiyyətdən uzaqlaşın. Əgər müsahibiniz sizi başa düşmürsə, özünüzü yormağa nə lüzum?! Nahardan sonra işgüzar sövdələşmələrdə iştirak edin.

Balıqlar
Yorulmaq bilmədən çalışmalısınız. Çünki indiki dar məqamda hər şey çıxardığınız qərarlardan birbaşa asılı olacaq. Ulduzlar şəxsi həyatınızda böyük dönüşün yaxınlaşdığını göstərir.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.