26.08.2015 Gündəlik Bürclər (26 Avqust 2015)

25 Ağustos 2015
4 299
3
26.08.2015 Gündəlik Bürclər (26 Avqust 2015)
26.08.2015 Gündəlik Bürclər (26 Avqust 2015)

Qoç - görüş, müzakirə, danışıqlar, toplantı üçün yaxşı gündür. Belə məqamlarda əlaqələr və tərəfdaşlıq formalaşır. Yaxın ətrafınızdakı insanlardan birinin, yaxud da bir neçəsinin mövqeləri aqressiv, açıqlamaları kateqorikdirsə qıcıqlanmayın. Sizinlə birlikdə çalışmaq istəyən, real maraqlı olan layihəni dəstəkləməyə hazır insanı tapın. Ailə münasibətləri üçün mühüm dövrdür. Plan və tapşırıqlar ani maraqlarla məhdudlaşmamalıdır. Hazırda əldə etdiklərinizdən daxili narazılıq dəyişikliklər istəyi yaradır. Böyük zəhmət, qüvvə sərfi və səy tələb edən işlə məşğul olun.

Buğa - dəyişikliklər və yeniliklər astanasındasınız. Artıq çalışdığınız layihənin keyfiyyətinin yaxşılaşdırılması və ya rekonstruksiyası ilə məşğul olun. Eyni vaxtda bir neçə istiqamətdəki fəaliyyətlə bağlı təşəbbüslə çıxış etmək olar. Dəstək almaq və ya yeni tərəfdaşlığa başlamaq üçün əlverişli zamandır. İlk baxışdan təsadüf təsiri bağışlayan, amma maraqlı görüş, məktub və ya söhbətdə yeni nüanslar aşkarlanır. Yollanmaq istədiyiniz yerlərdən birinə doğru can atın. İnformasiya kanallarını genişləndirin, sizinlə əlaqə saxlamaq istəyən insanla təmasda olun. Səhhətinizə fikir verin. Pəhriz saxlamaq, idmanla məşğul olmaq üçün əlverişli gündür.

Əkizlər - işlər və münasibətlər ciddi münasibət tələb edir. İdeya və təklifinizi normal təqdim etmək istəyirsinizsə təfərrüatlara fikir verin, detalları nəzərdən qaçırmayın. Belədə sizi uğur gözləyir. Görüş, barışıq üçün yaxşı gündür. Unutmaq istədiyiniz və anlamağa çalışdığınız problemi müzakirə edin. Günün ikinci yarısı yaxın gələcəklə bağlı planlar üçün əlverişlidir. Alış-veriş etmək olar. Ev işləri ilə məşğul olun. Yaxınlarınız sizə kömək edəcək.

Xərçəng - zəngin və maraqlı gündür. Tənbəllik etməyin, mümkün qədər çox iş görməyə çalışın. Günün hadisələri emosional maraqlarınızın cəmləşdiyi mövzularda təmayülləri formalaşdırır. İnformasiya ilə iş yaxşı alınacaq. Maraqlı ideyalar və əməkdaşlıqla bağlı perspektiv təklifi ala bilərsiniz. Yaşam arealının estetik təkmilləşdirilməsi üçün yaxşı gündür. Hobbi və maraqlarınız üçün alətlərlə avadanlıq ala bilərsiniz. Axşam saatlarında görüş, müzakirə, diskussiyalarda fayda var.

Şir - gərginliyə rəğmən üzləşdiyiniz problemləri konstruktiv şəkildə həll etməyə çalışın. Əsas məsələ odur ki, tələsməyin, indiyədək əldə etdiyiniz təcrübəyə və biliyə arxalanın. Prioritetləri bəlirləyin. Kəskin zərurət olmadan tələsməyin. Günün ikinci yarısında əsas məsələni həll etməyə başlayın. Çoxlu yeni informasiya və əlavə iş olacaq. Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın, maraqlı şəxslərlə danışıqlar aparın. Mənasız inadkarlıq, başqasının fikri və mövqeyinə dözümsüzlük yersizdir. Səhvlərinizi vaxtında etiraf etməyi bacarın.

Qız - maddi mövqelərinizi möhkəmlənir. Lakin yeni vaxtda bir neçə istiqamətdə çalışaraq səylərinizi əsirgməməyiniz gərəkdir. Borcları qaytarın, hesabları ödəyin. Niyyət və məqsədlərinizi dəqiqləşdirib aydınlaşdırın. Dostlar və mümkün sponsorlarla əlaqələri genişləndirin. Peşəkar müstəvidəki maraqlarınız ala biləcəyiniz məlumat və qura biləcəyiniz ünsiyyətin miqyasından asılıdır. İstənilən şəraitdə dürüst istiqaməti sürətlə seçərək doğru qərarı tez verin.

Tərəzi - ideyalaınızın reallaşdırılması istiqamətində bu gün dönüş nöqtəsi ola bilər. Gələcək perspektivlərlə bağlı önəmli ideya olacaq. Hələlik hər şey yarımçıq, natamam haldadır. Buna rəğmən ideya və fikirlərin, plan və niyyətlərin müzakirəyə, maraqlı şəxslərlə söhbətdə nəzərdən keçirilməsinə ehtiyacı var. Günün ikinci yarısında çox çalışmalı olacaqsınız. Nüfuzlu insanlardan biri əvvəllər verdiyiniz vədləri və öhdəliklərinizi xatırladacaq. Borcları qaytarın, yardıma ehtiyacı olana kömək edin. Dəyişikliklər astanasındasınız. Əlaqələriniz nə qədər çox olarsa, perspektivlər bir o qədər maraqlıdır. Sizə mane olan insan, hiss və ya əlaqədən qurtulun. Çox düşünməyin, əks təqdirdə yenilikdən bəhrələnə bilməyəcəksiniz.

Əqrəb - yeni xəbərlər və nəyisə dərhal həll etmək, hansısa addım atmaq zərurəti əhvalınızı yaxşılaşdıra bilər. Harasa yollanmaq, görüşmək, müzakirə etmək ehtiyacı var. İş prosesində planlar və "əsas oyunçuların dəyişməsi istisna deyil. Narahat olmayın, pozitiv nəticə əldə edəcəksiniz. Cəlb olunduğunuz situasiyalardan yararlanmağa çalışın. Dəyişən şəraiti diqqətlə müşahidə edin. Günün ikinci yarısında səyahət, səfər, gəzintidə fayda var. Yaxınlarınızın qayğısına qalın, sevdiyiniz insana hədiyyə verin.


Oxatan - yaxın ətrafınızdakı insanların hisslərinə və ehtiyaclarına fikir verin. Sizə kömək və ya məsləhət üçün müraciət edənə yardım göstərin. Mübahisə etməyin, ünsiyyətləri sərtləşdirməyin. Söhbətə kəskin müdaxilə edərək problem yaratmayın. Qarşılıqlı münasibətlərin yeni məqamları aşkarlanır. Onların arasında psixoloji ünsür olanlara xüsusi fikir verin. Həmin məsələnin birbaşa və ya dolayı yolla həlli sizin üçün əlahiddə maraq kəsb edən digər münasibətlərə də təsir edə bilər.

Oğlaq - hadisələr və xəbərlərin axını artır. Qrup şəklində fəaliyyət və kollektiv yaradıcılıq üçün əlverişli gündür. Dostlarla görüş, telefon danışıqları və ya yazışma vasitəsilə ünsiyyət əhvalınız, yaxud planlarınızda yeniliklərə səbəb olacaq. Lider məziyyətlərinizi nümayiş etdirin. İdeyalarınız uğurlu və düşərli ola bilər. Yeni perspektiv tanışlıq istisna deyil. Şəxsi münasibətlərdə intriqa elementləri müşahidə olunur. Romantik ortamın yaradılmasına fikir verin.

Dolça - işdə rəhbərlik və dövlət qurumları ilə təmaslarda problemlərin həlli üçün yaxşı gündür. Qarşılıqlı maraqlarınızın olduğu insanlarla əlaqələrdə səmimi davranın. Gərginlikdən tam qurtulmaq mümkün olmasa da, situasiyanın çözülməsində xeyir var. Sizə qarşı yönəlmiş istənilən zərərli təsirə müqavimət göstərin. Emosiyalar qərarlarınıza təsir etməsin. Mürəkkəb məsələlərin həllində soyuqqanlı olun, mütərəqqi qərarlar qəbul edin. Uzaqgörənlik bu gün əsas məziyyətiniz olmalıdır.

Balıqlar - maksimal dərəcədə aktiv olun. İşgüzar maraqların qütbləşməsi və şəxsi münasibətlərdə dəyişikliklər istisna deyil. İdeal təsəvvürlərə yenidən baxıla bilər. Daha praqmat olun və belədə real nəticələr əldə edə bilərsiniz. İstənilən situasiyada intuisiyanızın siqnallarına inanın. Yeni əlaqələr qurmaq və romantik münasibətləri inkişaf etdirmək üçün əlverişli zamandır. Qısqanclığın məntiqi üstələməsinə imkan verməyin. Əks halda hisslər sizi mühüm işlər və məsələlərin həllindən yayındıra bilər. Gərəksiz əlaqələrlə hisslərdən qurtulun. Emosiyalarınızda "təmizlənmə ayini" aparın.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. PreNseS
    eqreb burcu ucun tesekkurler
  2. Nastinko
    Şir-Səhvərinizi vaxtında etiraf etməyi bacarın
    Məəəəəəənn? Səhv nədi? 55
    Təşəkkürlər 58
  3. Lami95
    • Lami95
    • 26 Ağustos 2015 12:08
    wir burcu ucun tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.