27.08.2015 Gündəlik Bürclər (27 Avqust 2015)

26 Ağustos 2015
3 661
2
27.08.2015 Gündəlik Bürclər (27 Avqust 2015)
27.08.2015 Gündəlik Bürclər (27 Avqust 2015)

Qoç - sizi narahat edən və düşündürən istənilən məsələləri müzakirə edə bilərsiniz. Müzakirələrə etibar etdiyiniz insanlarla yanaşı, yeni tanışları da qatın. Yaxın ətrafınızdakı şəxslərlə tez dil tapmaqla yanaşı, mövqe və fikirlərinizi onlara çatdırın. Mübahisələr yaranarsa, mövqelərinizdən geri çəkilməyin. Səyahət, məzuniyyət və ya səfərə yollanmaq şansı istisna deyil. Yola çox ciddi hazırlaşın. Gəlir istisna deyil. Maliyyə problemini həll edə bilərsiniz. Alış-veriş üçün əlverişli gündür. Nəyisə almazdan əvvəl ailə üzvləri ilə məsləhətləşin. Bədxərclik etməyin.

Buğa - çox uğurlu gündür. Nailiyyətləriniz aşkar görünür. Ən çətin problemlərin öhdəsindən gələcək, başqalarını geri çəkilməyə vadar etmiş sədləri keçəcəksiniz. Bədxahlarınız sinirlənsələr də, sizə ziyan vurmağa çalışsalar da, əllərindən heç nə gəlməyəcək. Günün ikinci yarısı önəmli görüşlər üçün əlverişlidir.Danışıq və müzakirələr planlaşdırdığınız məcrada olacaq. Yaxşı ideyalar var və dostlarınız onlardan birini reallaşdırmağa yardım edəcəklər. Yeni maraq və istəkləriniz formalaşa bilər. Ekstremal əyləncəni seçməyin - travma riski az deyil. Axşam saatlarında istirahət edin.

Əkizlər - yeni əməkdaşlıq, birgə layihələri gerçəkləşdirməyə başlamaq üçün əlverişli gündür. Ümumi işin sayəsində hətta indiədək bədxahlarınızı dəstəkləyən insanlarda belə sizə rəğbət yaranacaq. Xarici dil öyrənmək, səfərə və səyahətə hazırlaşmaq olar. Şəxsi həyatınızda nəyisə dəyişmək imkanı yaranıb. Bu günün hadisələrinin uzunmüddətli sonucları ola biləcəyindən ciddi səhvlərə yol verməməyə çalışın. Qohumlara yardım edin, çətin situasiyaya düşmüş dostunuzu darda qoymayın. Axşam saatları ünsiyyət üçün yaxşıdır.

Xərçəng - çətin, amma perspektivli gündür. Səy göstərib çalışsanız, dağı dağ üstə qoya bilərsiniz. Enerji potensialınızın səviyyəsi yüksəkdir. Çox iş görsəniz belə, usanmırsınız. Xoşagəlməz insanla görüş əhvalınızı pozmayın. Bədxah və düşmənlərin aktivliyinin qarşısını alın, onların planlarının gerçəkləşməsinə imkan verməyin. Günün ikinci yarısındakı görüşdə həmsöhbətlə diqqətli və konkret danışın. Axşam saatları əyləncə, yeni macəra vaxtıdır.

Şir - günün emosional fonu əlverişli deyil. Yaşananları yalnız bədbin çalarlarda görməyin. Nigaran fikirlər sizi təbdən çıxarmasın, əsəbləriniz tarıma çəkilib pik səviyyəsinə çatmasın. Axşam saatlarına mühüm görüş və ya romantik təması planlaşdırmayın. Ünsiyyət sizin ucbatınızdan pozula bilər. Günün ikinci yarısında gördüyünüz işdən asılı olmayaraq kiçik detallara fikir verin, bütün incəliklərə diqqət yetirin. Yalnız sədaqətini bir neçə dəfə nümayiş etdirmiş insana inanmaq olar. Yeni tanışlıqlar üçün əlverişli zaman deyil.

Qız - sizdən daha çox ətrafınızdakı insanlara gərək olan işlərə başınız qarışacaq. Çevik, enerjili, ciddi davranın. Səhvə yol versəniz, onu sizə bağışlamayacaqlar. Çətin situasiyaya düşmüş insana yardım etməyə çalışanda həssas və diqqətli davranın. Günün ikinci yarısı toplantı və seminarlara, iclaslara və tədbirlərə qatılmaq, mövqelərinizi əyan etmək üçün əlverişli gündür. Mübahisələrdə üstünlük qazanırsınız, çünki mövqeyiniz səbatlı, sözləriniz inandırıcıdır. Özünüzdən bədgüman olmayın.

Tərəzi - xoş və məhsuldar gündür. Son vaxtlar sizi ciddi narahat edən suallara cavab tapacaqsınız. Problemlər barədə açıq danışın, birmənalı olmayan ifadə və sözlərdən yararlanmayın. Bu minvalla yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşamaya nail olacaq, məhsuldar əməkdaşlığın təməlini qoyacaqsınız. Kimin dost, kimin bədxah olduğunu biləcəksiniz. Yaşlı nəslin nümayəndələri səmimiyyətinizi dikbaşlıq kimi də anlaya bilərlər. Sevdiyiniz insanla münasibətlərdə onun niyyətini gerçəkləşdirməyə çalışın. Romantik münasibətlər istisna deyil. Amma unutmayın: bu münasibətlər ciddi və uzunömürlü olmayacaq.

Əqrəb - gün qarşınıza asan olmayan problemlər qoyur. Ciddi çağırışlar var. Müşküllərin qeyri-standart, amma effektiv həll yollarını tapın. Yaxın ətrafınızdakı insanlar sizin enerjinizə heyrət edəcəklər. Məşğul olduğunuz işlər onlara darıxdırıcı və perspektivsiz təsir bağışlayır. Fəqət, saatlar keçdikcə məlum olacaq ki, haqlı olan sizsiniz. Əldə etdiyiniz uğular sizə şübhə edənləri utandıra bilər. Yaradıcılıq imkanlarınızı nümayiş etdirin. Bacarıq və biliklərinizi dəyərləndirin. İstedadlı və ağıllı insanlar sizinlə ünsiyyətdə olacaqlar. Onlarla təmaslar maraqlıdır. Axşam saatlarında romantik hisslər yaşaya bilərsiniz.

Oxatan - yaxın ətrafınızdakı insanlara qarşı həddən ziyadə tələbkar olub öz səhvlərinizə şəfqətlə yanaşmayın. Belə davranış münaqişələrə səbəb ola bilər. Sərt açıqlama, qaba davranış, yersiz iradlar sizi xoşagəlməz həmsöhbətə çevirə bilər. İnsanlar sizdən uzaqda duracaq, tək qalacaqsınız. Davranışınızı dəyişin və onda situasiyanın da dəyişdiyini görəcəksiniz. Günün ikinci yarısında emosional fon daha harmonikdir. Özünüzü daha sakit, əmin hiss edəcəksiniz. Köhnə dostlardan alınan xəbərlər də əhvalınızı yaxşılaşdıracaq. Gözlənilməz işgüzar təklif ala bilərsiniz.

Oğlaq - çətin, qarışıq gündür, amma ciddi problemlər yaranmayacaq. Səhv etmək riski çox olsa da, yanlışlıqları aradan qaldırmaq mümündür. Narahat olmayın, ruhdan düşməyin, aktiv olun və vaxtında fəaliyyətə başlayın. Hansı işə dərhal başlamaq, hansı işi də təxirə salmağı sizə intuisiyanız deyəcək. Bütün işləri başa vurmağa çalışmayın. Normal nəticə əldə etmədən qüvvədən düşəcəksiniz. Bədxah və düşmənlərin məkrli əməllərinin qarşısını almaq, onları zərərsizləşdirmək üçün günün ikinci yarısında xeyli çalışmalı olacaqsınız. Axşam saatlarında yaxınlarınızla münasibətlərdə harmoniyaya nail ola bilərsiniz.

Dolça - pozitiv təmayüllərin təsiri güclüdür və bu səbəbdən də gün ümumən uğurludur. Kiçik çətinliklərə, vaxtaşırı yaranacaq problemlərə həddən ziyadə fikir verməyin. Müşküllərə nikbin yanaşın, yumor hissini itirməyin. İşgüzar intuisiyanız biznesdə uğur qazanmağınıza səbəb olacaq. Günün ikinci yarısında sonradan yararlana biləcəyiniz məlumat və ya informasiya alacaqsınız. Dostlarla görüş sizi sevindirəcək. Təklif və ya dəvət aldığınız tədbirə, məclisə qatılmaqdan boyun qaçırmayın. Alış-veriş uğurlu olacaq.

Balıqlar - istənilən səddi və maneəni dəf edəcəyinizi bilin. Bu səbəbdən də başqalarının geri çəkildiyi, məğlub olduğu yerdə geri çəkilməyin. İnadkarlıq və qətiyyətiniz bəhrəsini verəcək. Amma nəticələri sonradan görəcəksiniz. Səbrli olun. Günün ikinci yarısı başgicəlləndirici uğurlar vəd etməsə də, mövqelərinizi möhkəmləndirin. Nüfuzlu insanların dəstəyini alın. Şəxsi və işgüzar münasibətləri qarışdırmamağa çalışın. Belə davranış təhlükəlidir. Ev işlərini tamamlayın. Həmin işlər usandırıcı və darıxdırıcı təsir bağışlasa da, onları tamamlayın. Ailəlisinizsə, övladınız sizi sevindirəcək.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Nastinko
    Şir bürcü üçün təşəkkürlər amma, mən elədə bir yerdə sakit duran deyiləm 58
  2. SEHRI
    • SEHRI
    • 26 Ağustos 2015 22:46
    Dolca burcu ucun tesekkurler.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.