29.08.2015 Gündəlik Bürclər (29 Avqust 2015)

28 Ağustos 2015
2 562
5
29.08.2015 Gündəlik Bürclər (29 Avqust 2015)
29.08.2015 Gündəlik Bürclər (29 Avqust 2015)

Qoç - təmaslarla, əlaqələrdə münasibətləri aydınlaşdırmağa, ya da kompromis aramağa çalışmayın. Cari işlərlə məşğul olun, heç nəyi dəyişməyin. Bir neçə saat sonra situasiyaya gərəkli istiqamətlə təcil verə bilərsiniz. Güclü emosional reaksiyaya səbəb olacaq xəbər ala bilərsiniz. Həmin xəbər müəyyən əlaqəyə və ya münasibətə yenidən baxmağa, təmasları dəyərləndirməyə vadar edəcək. Yeni obyektə maraq formalaşır. Gələcəklə bağlı planlar və ümidlərlə bilavasitə əlaqədə olan məkan, yaxun informasiyalarda qayda yaradın.

Buğa - evin, ailənin maraqlarını hər şeydən üstün tutun. Sevdiyiniz insanın qayğısına qalın. İntizam və işlərin dürüst təşkilatı indi məcburi məsələdir. Hadisələrə təsir imkanlarını itirməmək və müvazinəti qorumaq istəyirsinizsə, diqqətli olun. Günün ikinci yarısında tərəfdaşın mövqeyini nəzərə alın. Onun aktivliyi, qətiyyəti və ambisiyaları ümumi işin xeyrinədir. Məqsədə doğru irəliləyişi dinamik və maraqlı prosesə çevirin. İdeyalarınız da imkanlarınızın spektrini genişləndirərək cari məsələlərlə bağlı hərəkət istiqamətinizi müəyyənləşdirə bilər. Səhhətinizə və imicinizə fikir verin.

Əkizlər - çətin, qarışıq gündür. Yeni işlərə başlamağa tələsməyin, çünki çoxsaylı sədlər və maneələr yaranıb. Təşəbbüslə çıxış etməyin, işlərdə aktivliyi bir qədər azaldın. Yeniliklərlə dəyişikliklər istisna deyil. Sizə əlavə iş, tapşırıq və ya sifariş təsiri bağışlayan gözlənilməz təklif ala bilərsiniz. Dərhal cavab verməyə tələsməyin, çünki planlarınız dəyişə bilər. Günün ikinci yarısında yeni iş və ya layihəyə hazırlığa başlayın. Yarımçıq işləri bitirin. Sağlam həyat tərzi keçirin. Zərərli vərdişlərdən qurtulmağa cəhd göstərin.

Xərçəng - birbaşa hərəkət zamanıdır. Aktivləşən və genişlənən mövzunu ayıra bilin. Diqqətli və sayıq olun. Problemlərin həlli üçün yeni, alternativ yanaşmaya ehtiyac var. İnformasiya, zəruri məlumat və bilik, habelə təcrübə çatışmazlığı hiss olunur. Bu müşkülü dərhal, tələsik həll etmək gərək deyil. Planlaşdırılmış işdə hərdəmxəyallıq etməyin. Az sonra situasiya daha harmonik olacaq. Ehtiyac duyduğunuz imkanlar yaranacaq.
Günün ikinci yarısında işin müəyyən mərhələsini təkmilləşdirin. Yeni işə hazırlıq məqsədilə ağır prosesə başlaya bilərsiniz. İzafi emosiyalar və enerjidən qurtulmaq üçün axşam saatlarında aktiv istirahəti seçin.


Şir - praktiki məsələlər ön plana çıxarılmalıdır. Bəzi plan və layihələrə yenidən baxmaq gərəkdir. Şərtlərin nüanslarını aydınlaşdırın, mümkün dəyişikliklərin mənfi və müsbət ünsürlərini hesablayın. Tərəfdaşla əlaqə yaradaraq onun niyyətini öyrənin. Yekun qərar verilməsini təxirə salın. Günün ikinci yarısında diqqətli olun. Yaxın ətrafınızdakı insanlar da sizin davranışınızı diqqətlə izləyirlər. Situasiyalar istədiyiniz məcrada inkişaf etməyə bilər. Şəxsi münasibətlərdə pozitiv nəticələr istisna deyil.

Qız - əlavə işlərə başlamayın, qüvvə və resurslarınızı israf etməyin. Şəxsi işlərlə bağlı ünsiyyət aktiv ola bilər. Yarımçıq işləri mütləq şəkildə bitirin. Tənbəllik etməyin, ətalətlə davranmayın. Bir neçə gün sonra yeni və ciddi sifariş, yaxud tapşırığı yerinə yetirməli olacaqsınız. Axşam saatlarında dost məclisində istirahət edin. Münasibətlərdəki hansısa mövzuya qayıdış və ya romantik əlaqələrin bərpası istisna deyil. Yaşam arealında yerdəyişmə etmək, harmoniyaya yönəlmiş addımlar atmaq olar.

Tərəzi - enerji və emosiyalar bolluğudur. Başladığınız işləri mütləq şəkildə başa çatdırın. İndi danışıqlar aparmaq, razılaşma əldə etmək, hansısa layihəni reallaşdırmaq asan olsa da, yeni işə başlamayın. Maraqlı proses və ya nəsnəni əldən qaçırdığınızı düşünürsünüzsə, faydalı məlumatın əldə edilməsinə daha çox vaxt ayırın. Günün ikinci yarısında istirahətə daha çox vaxt ayırın, maraq dairənizi genişləndirin, əlaqələri intensivləşdirin. Qısa səfərə və ya səyahətə yollanmaq olar

Əqrəb - təşəbbüslərlə tələsməyin. Ən başlıcası isə situasiyaları nəzarətdə saxlayın, yaşanan dəyişikliklərə vaxtında reaksiya verin, maraqlarınıza toxunan proseslərə laqeyd qalmayın. İnformasiya ilə iş, yazışma, görüş, tərəfdaşlarla köhnə planların müzakirəsi üçün əlverişli gündür. Maliyyə məsələlərində xüsusilə diqqətli olun. Alış-verişdə bədxərclik etməyin. Perspektiv planların həyata keçirilməsi prosesinə tərəfdaş və köməkçilər cəlb edin. Yarımçıq, amma ciddi potensialı olan layihələri nəzərdən keçirib dəyərləndirin. Axşam saatlarını evdən kənarda keçirmək olar.

Oxatan - Ay və Saturn sizi tələsdirir. Yeni planlar qurmaq üçün sizə rahat, geniş areal gərəkdir. Yerdəyişmə, ünsiyyət, əlaqələrin bərpasına ehtiyac artır. Maraqlı ola biləcək nüansları aşkarlayın. Belə nüanslar çoxdan tanıdığınız insanlarla münasibətlərdə yeni məqamları üzə çıxaracaq. Resursları, əlaqələri, yığılan informasiyanı yenidən nəzərdən keçirin. Gələn maliyyə vəsaiti ilə rasional davranın. Axşam saatlarını evdən kənarda, dostlar və ya sevdiyiniz insanla keçirmək olar.

Oğlaq - qarışıq və mürəkkəb gündür. Hadisələr asta templə inkişaf edir. Xüsusi əhəmiyyət kəsb edən olaya və ya nəsnəyə sərt müdaxilə etməyin. Perspektivi anlamaq, baş verənlərdə başqalarının rolunu dərk etmək üçün bir qədər yavaşıyın. Evdə rekonstruksiya, təmir, qayda yaradılması ilə məşğul olmaq mümkündür. Köhnə əlaqələr və hisslərə yenidən nəzər salmaq, yararsız ünsürlərdən qurtulmaq, yeniliklər üçün məkanı formalaşdırmaq üçün əlverişli zamandır. Şəxsi münasibətlərdə sevdiyiniz insanın təşəbbüslərinə və situasiyaya inanın. Axşam saatlarında səhhətinizə fikir verin. İstirahət edin, dincəlin.

Dolça - hadisələrin sakit axarını qəfil informasiya poza bilər. Gözlədiyiniz məlumatların yoxluğu problemlərə rəvac verməsin deyə, ehtiyatlı və sayıq olun. Uzunmüddətli perspektiv üçün düşünülmüş qərarın və ya təhlildən sonra atılan addımın böyük var. Mühüm situasiyalar üzərində nəzarəti əldən verməmək üçün zəruri addımlar atın. Təşəbbüslə çıxış edin. Ünsiyyətdə təmkinli olun. Axşam saatlarında xoş təəssüratlar əldə etməyə çalışın. Dost məclisində olun.

Balıqlar - Merkuri çox ləng hərəkət etdiyindən indi yerinə yetirdiyiniz iş daha çox vaxt tələb edəcək. Bununla yanaşı, əlavə nüanslar aşkarlana bilər. Fərqli istiqamət diqqətinizi cəlb edəcək. Unudulmuş planlardan birini xatırlayacaqsınız. Cari, qısamüddətli məsələlərin həlli ilə məşğul olun. Səfər, səyahət uğurlu alınacaq. Alınan məlumatı müxtəlif instansiyalarda müzakirə etmək üçün əlverişli zamandır. İnformasiyaları diqqətdə saxlamaqla faydalı nəticə əldə edə bilərsiniz. Səhhətinizə fikir verin. İdmana başlamaq üçün yaxşı vaxtdır.mir.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. royus
    • royus
    • 29 Ağustos 2015 12:39
    xerceng cox saq ol.............
  2. Səma
    • Səma
    • 29 Ağustos 2015 09:58
    Qoç bürcü üçün teşekkürler
  3. SEHRI
    • SEHRI
    • 28 Ağustos 2015 21:51
    Offf problemlerim var Allah ozu komek olsun.Strestli gunler yasayiram.
  4. Nastinko
    Şir üçün təşəkkürlər amma heç birinə əməl etimiyəcəm əminəm :))
  5. Jessica
    Səhhətinizə fikir verin. İdmana başlamaq üçün yaxşı vaxtdır.

    nezere alaram
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.