22.09.2015 Gündəlik Bürclər (22 Sentyabr 2015)

21 Eylül 2015
2 968
4
22.09.2015 Gündəlik Bürclər (22 Sentyabr 2015)
22.09.2015 Gündəlik Bürclər (22 Sentyabr 2015)

Qoç - qarşınıza qoyduğunuz məqsədə asanlıqla çata bilməyəksiniz. İşlərinizin planlaşdırdığınız sürət və məcrada getməməsi variantına hazır olun. Bütün planlar reallaşmasa, ruhdan düşməyin, kefinizi pozmayın. Qəfil görüş ola bilər. Yeni işgüzar əməkdaşlığın başlanması və ya uzun müddətdən bəri ünsiyyət saxlamadığınız insanla birgə fəaliyyətə start verməyiniz istisna deyil. Günün ikinci yarısı maliyyə baxımından əlverişlidir. Yardıma ehtiyacı olan insana kömək edin, yaxınlarınıza hədiyyə verin. Alış-veriş edə bilərsiniz. Romantik tanışlıqlar üçün yaxşı vaxtdır. Münasibəti sizə yaxşı heç nə vəd etməyən insandan uzaq durun.

Buğa - işgüzar danışıqlar aparmaq üçün əlverişli gündür. Mövqeiynizi qorumaq və əməkdaşlığın sərfəli şərtlərinə nail olmaqla yanaşı, yeni müttəfiqlər tapa bilərsiniz. İndiyədək sizi dəstəkləməyən şəxs belə, məntiqi təkliflə çıxış etdiyinizi deyəcək. Yaradıcılıq potensialı səviyyəniz yüksəkdir. Təxəyyülünüzə həsəd aparmaq olar. Yaranan ideyaların əksəriyyəti parlaqdır. Günün ikinci yarısında şəxsi münasibətlərdə ciddi və əhəmiyyətli dəyişikliklər ola bilər. Sevdiyiniz insanla tam anlaşmaya nail olun, onu narahat edən, qayğılandıran məsələləri öyrənin. Hisslərinizin cavabsız olmadığını bilin. Xoş sürprizlər, qəfil hədiyyə ilə qarşılaşa bilərsiniz.

Əkizlər - günün ilk yarısı xoşagəlməz hadisələr, pis olaylar vaxtıdır. Onlar əhəmiyyətsiz olsalar da, planlarınızın reallaşmasına maneələr yarada bilər. Maraqlarınızı qoruyun, müttəfiqlərlə belə, davranışda aqressiv olmayın. Rəqib və bədxahlarla açıq mübarizəyə keçin. Ailədə problem ola bilər. Sevdiyiniz insanla münaqişə təhlükəsini minimuma endirin. Axşam saatlarına yaxın pozitiv təmayüllər güclənir. Nigaranlıq və həyəcanı sakitlik əvəzləyəcək, əhvalınız yaxşılaşacaq. Gerçəkdən də, maraqlı işlə məşğul olmaq imkanı yaranacaq.

Xərçəng - çətin, təbəddülatlı gündür. Maliyyə itkiləri və işdə problemlər riski çox böyükdür. Həmkarlarınız arasında sizə qarşı düşmən mövqe tutan adamın intriqalarının qurbanına çevrilməmək üçün sayıq davranın. Gərəksiz diqqətə nail olmağa çalışmayın, kölgədə qadın. Mühüm işgüzar görüş planlaşdırıbsınızsa, imiclə eksperimentlər aparmayın. Klassik stildə geyinin. Bu, gərəkli təəssürat yaratmağınıza yardım edərdi. Günün ikinci yarısında alacağınız yaxşı xəbərlər əhvalınızı yaxşılaşdıracaq, gələcəyə nikbinliklə baxmağa kömək edəcək. Axşam saatları şəxsi münasibətlər baxımından cazibədardır. Diqqət mərkəzində olacaqsınız.

Şir - günün ilk yarısı çətin və önəmli sınaqlar zamanıdır. Problemlər az deyil. Onları yalnız özünüz həll etməlisiniz. Dostlar və ya müttəfiqlərin köməyinə güvənməyin. İşdə rəhbərliklə sərt fikir ayrılığı yarana bilər. İş yerini dəyişmək və müstəqil kommersiya fəaliyyətinə başlamağı da düşünürsünüz. Düşünülməmiş addımlar, impulsiv qərarlar yaxşı heç nə vəd etmir. Yaranmış şəraitin təsiri ilə heç bir önəmli qərar qəbul etməyin. Axşam saatlarına yaxın maraqlı tanışlıqlar ola bilər. Məişət texnikası, kompüter, telefon, nəqliyyat vasitəsi almaq üçün pis gün deyil.

Qız - işgüzar aktivliyiniz çox yüksəkdir. Məhsuldar çalışın və yanınızdakı insanların işdən boyun qaçırmalarına şərait yaratmayın. Aktiv istirahəti seçin. Açıq havada olmağa çalışın. Nə qədər çox hərəkət etsəniz, özünüzü o qədər enerjili və nikbin hiss edə bilərsiniz. Ətrafınızdakı insanlarla dil tapmaq asan olmasa da, buna cəhd göstərin. Rəqabət və mübarizə güclənib. Hətta ailəvi və romantik münasibətlərdə belə, rəqabət motivləri gözə dəyir. Yanınızdakı insanların sizə qarşı ədalətsiz mövqe tutduqlarını düşünməyin. Əks təqdirdə çoxsaylı dartışmalar yarana bilər.

Tərəzi - çalışsanız və aktiv olsanız, yaxşı gündür. Təxəyyülünüzdən yararlanın. Qeyri-adi işlə məşğul olmaq və ya cari problemlərin həllinin yeni metodlarını aramaq olar. Bu gün əvvəlkilərə nə qədər az bənzərsə, nə qədər çox qeyri-tipik hadisələr olarsa, sizin üçün bir o qədər yaxşıdır. İşgüzar danışıqlar və görüşlər müsbət nəticə verəcək. Karyera müstəvisində irəliləməyinizə imkan verəcək insanlarla tanış olacaqsınız. Günün ikinci yarısında həmkarlarla bahəm, dostlar və yaxınlarınızla münasibətləriniz rəvan olacaq. Ailədə qarşılıqlı anlaşma mühiti hökm sürür. Münaqişə və ixtilafları unutdurmağa çalışın.

Əqrəb - narahat, gərgin gündür. Baş verən hadisələrə birmənalı yanaşmaq çətindir. Bu olaylar bir tərəfdən yeni problemlər və narahatlıqlar yaradırsa, digər tərəfdən qarşınızda yeni imkanlar yaradır. Həmin imkanlardan faydalanmağa çalışın. Yalnız öz intuisiyanıza güvənin. Ətrafınızdakı insanların məsləhətləri, məntiqi təhlillər bu gün yaranacaq suallara cavab tapmağa kömək etməyəcək. Alış-veriş üçün əlverişli gündür. Bilik, informasiya və təcrübə əldə olunmasına xüsusi diqqət ayırın. Günün ikinci yarısı maraqlı tanışlıq, ağıllı və maraqlı insanlarla görüş vəd edir.

Oxatan - böyük uğurlar, xüsusilə də peşəkar fəaliyyət sahəsində irəliləyişə nail olmaq şansları var. Bunun üçün sərt və aqressiv davranmalı, qeyri-populyar qərarlar qəbul etməli olacaqsınız. Bu addımları niyə atdığınızı bilirsinizsə, ətrafınızdakı insanların mövqeləri və sözləri o qədər də önəmli deyil. Üstəlik, dəyər verdiyiniz insanlarla münasibətlər əhəmiyyətlidir. Qərar və addımlarınızın motivlərini anlayın. Belədə tanışlarınız sizi dəstəkləyəcəklər. Təkmilləşmək, mənəvi dayaqları gücləndirmək, psixoloji nüansları tədqiq etmək üçün yaxşı gündür. Yeni təəssüratlara olan tələbat güclüdür. Tənbəllik etməyin, ətalətli olmayın. Axşam saatlarında aktiv istirahəti seçin.

Oğlaq - uğurlu maliyyə fonuna malik gündür. Əhəmiyyətli gəlirlər əldə edə bilərsiniz. İri anlaşma və ya sazişi razılaşdırmaq, uzunmaüddətli əməkdaşlığa və ya gəlir vəd edən tərəfdaşlığa başlamaq üçün əlverişli gündür. Fəqət, uğur əldə etmək üçün bəzi adət və ya vərdişlərinizdən əl çəkməli, ənənələri pozmalı olacaqsınız. Bu isə sizdə ciddi stress yaradacaq. Günün ikinci yarısında səfərə və ya səyahətə yollana bilərsiniz. Yaşam ortamının dəyişməsi, yeni insanlarla ünsiyyətdə xeyir var. Romantik münasibətlər ciddi təmaslara çevrilməyəcək.

Dolça - əhvalınız sürətlə dəyişəcək. Nikbinlik ruh düşkünlüyü, aktivlik passivliklə əvəzlənə bilər. Əvvəllər başladığınız işlərə marağınızı itirməyin. İndiyədək rəğbət bəslədiyiniz insanlarla münasibətlərdə sərinlik yarana bilər. Ünsiyyətdə ciddi problemlərin yaşanmasına rəvac verməyin. maraqlı olmadığınızı göstərməyin, sərt və eqosentrist davranmayın. Belədə tək, tənha qala bilərsiniz. Günün ikinci yarısında səhhətinizə fikir verin. Halsızlıq, xroniki ağrıların kəskinləşməsi rsiki var. Normal qidalanın. İmkan varsa, pəhriz saxlayın. Zərərli vərdişlərinizdən birindən imtina edin.

Balıqlar - bu yaxınlarda baş vermiş hadisəni diqqətlə təhlil edin. Əvvəllər görmədiyiniz səbəb-nəticə əlaqələrini sezəcək, ətrafdakı insanların hər hansı addımı atarkən nəyə istinad etdiklərini anlayacaqsınız. Yalnız bundan sonra gələcəklə bağlı planlar qurun. Onlar realdır və bu yaxınlarda həyata keçəcək. Mühüm qərarlar qəbul etmək olar. Köç, iş yerinin dəyişməsi, şəxsi münasibətlərdə köklü dəyişikliklərlə bağlı qərarları təxirə salmayın. Günün ikinci yarısında planlara riayət etmək çətindir. Narahat olmayın, daha fəal işləyin. Daxili azadlıq hissi və uğura inam yaxın ətrafınızdakı insanlarda da sizə inamı artıracaq. Yeni tanışlıqlar istisna deyil.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ADMIRAL
    OĞLAQ - BiR aZ MəNə aİd oLan SöZLəR VaR.

    ƏZiYəT Üçün SağoLun
  2. royus
    • royus
    • 21 Eylül 2015 23:04
    xerceng hec bu gunumde yaxsi olmadi
  3. SEHRI
    • SEHRI
    • 21 Eylül 2015 21:56
    Dolca burcu.
    Xeber ucun tesekkurler
  4. crazy_reniw
    Insallah her seyin xeyirlisi .Amin
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.