03.10.2015 Gündəlik Bürclər (3 Oktyabr 2015)

02 Ekim 2015
2 973
4
03.10.2015 Gündəlik Bürclər (3 Oktyabr 2015)
03.10.2015 Gündəlik Bürclər (3 Oktyabr 2015)

Qoç - günün ilk yarısı iş üçün məhsuldar dönəmdir. Bütün işlərdə uğur əldə etdiyinizi demək olmaz. İrəliləmək çətin olsa da, məqsədinizə çatmağa çalışın və kimsənin də maneələr yaratmasına imkan verməyin. Soyuqqanlı və sakit olun. Ətrafınızdakı tələskənlik və hövsələsizlik şəraitində təmkinli davranın. Emosional vəziyyətinizə müdaxilələrə aldanmayın. Günün ikinci yarısı işgüzar danışıqlar üçün əlverişli zamandır. Yeni tanışlıqlar, romantik təmaslar istisna deyil. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Belədə onlarda xoş təəssürat yarada bilərsiniz. Axşam saatları əks cins mənsubu və ya nüfuzlu insanla təmaslar üçün yaxşıdır. Biznes planlarınızı həyata keçirmək üçün dəstək ala bilərsiniz.

Buğa - bütün işlər asanlıqla hasil olmasa da, inadkar və qətiyyətli olun, sədləri dəf edin. Gün yorucudur. Lakin səylərinizi dəqiq tətbiq etsəniz, əməyiniz hədər getməyəcək. Proseslərdə maraqlı şəxslər zəhmətinizi dəyərləndirəcəklər. Vəzifəzinin böyüməsi, maaşınızın artması ehtimalı var. Anlaşma və sövdələşmə üçün əlverişli zamandır. Daşınmaz əmlak, inşaat, təmirlə məşğul olmaq mümkündür. Günün ikinci yarısında yaxınlarınzla münaqişə etməyin. Sevdiyiniz insanın xətrinə dəyməyin. Səfər və səyahət üçün düşərli vaxtdır. Hazırlığa başlamaq olar.

Əkizlər - bu günün ən üstün cəhəti əlverişli emosional fondur. Çətinliklərə rəğmən, ruh yüksəkliyini itirməyin. Ən çətin, hətta darıxdırıcı işlərə həvəslə başlayın. Onları qulaqardına vurmayın, təxirə salmayın. Günün ilk yarısında işgüzar fəaliyyətlə bağlı məsələləri həll edəcək, əməkdaşlığın faydalı şərtləri ilə bağlı tərəfdaşlınızla anlaşmaya nail olacaqsınız. Günün ikinci yarısında izafi xərclər ola bilər. Bütün niyyətlərinizin həyata keçməsini arzulamayın. Bunun məntiqsiz olduğunu siz də anlayırsınız. Axşam saatları dəvət olunduğunuz tədbirə qatılmaq üçün əlverişlidir. Diqqət mərkəzində olacaqsınız.

Xərçəng - qarşınıza qoyduğunuz məqsədlərə çatmaq gözlədiyinizdən də asan olacaq. Bu, sizi sevindirəcək. Əks cins mənsubu ilə dil tapın. Yeni tanışlıq və romantik münasibətlərin başlanması mümkündür. Zahiri görünüşünüzə fikir verin. Günün ikinci yarısı alış-veriş və sərmayə yatırmaq üçün sərfəlidir. Geyim, texnika, aksessuar almaq olar. Axşam saatları əyləncə zamanıdır. Əylənmək, sizə xoş insanlarla ünsiyyət imkanlarını əldən verməyin.


Şir - çoxdan bəri hazırladığınız planı həyata keçirmək, yeni planlar qurmaq olar. Yaranmış situasiyanı normal qiymətləndirin, imkan və potensialınızı dəyərləndirin. Müttəfiqlər, düşmənlər və bədxahlarla bağlı gümanlarınızda yanılmamağa çalışın. Bilik və təcrübəni artırmaq üçün yaxşı imkanlar yaranır. Təcrübəli insanın məsləhətlərinə qulaq asın. İşdə rəhbərlik suallarınızı cavablayacaq, çalışdığınız məsələyə olan marağınızı yüksək dəyərləndirəcək. Günün ikinci yarısında telefon danışıqları çox vaxt ala bilər. Mühüm saydığınız işlə bağlı həmsöhbətinizlə anlaşın. Axşam saatlarında qonaqlar olacaq və onlar əliboş gəlməyəcəklər. Yaxşı xəbərlər istisna deyil.

Qız - dəf edə bilməyəcəyiniz maneə, yaxud da sədd yoxdur. Yaxşı əhval-ruhiyyə və nikbinlik işlərdə problemlər yarananda belə, irəliləməyə imkan verin. Tərəfdaş və ya iş yoldaşlarınız üçün sizinlə birlikdə çalışmaq xoşdur. Bu səbəbdən yeni müttəfiq və ya dost tapmağınıza təəccüblənməyin.
Romantik münasibətlər uzun müddət davam etməyəcək. Günün ikinci yarısında müəyyən çətinliklər yarana bilər. Ailə büdcəsi, gələcəklə bağlı planlar mübahisə obyektidir. Lakin səy göstərin, həssas olun və belədə kompromis variantı tapmaq olar.

Tərəzi - müsbət təmayüllərin təsiri artır, gün uğurlu başlanır. Genişmiqyaslı layihənin reallaşdırılmasına, yeni sifarişin həyata keçirilməsinə və ya nüfuzlu insanla təmasların aktivləşdirilməsinə başlayın. Səfər və ya səyahətin nəticəsi pis olmayacaq. Amma onlar nəzərdə tutduğunuzdan artıq vaxt alacaq. Əldə edilən anlaşmalar böyük olmasa da, gəlir verəcək. Hüquqi məsələlərin həlli üçün əlverişli zamandır. Təhsil, bilik, informasiya, faydalı məlumat almaq olar.

Əqrəb - heç nə asan əldə olunmur. Amma təslim olmayın, geri çəkilməyin. Mənfi təmayüllərin təsirinin artmasına rəğmən uğura nail olmaq mümkündür. Bunun üçün bir qədər hiyləgər davranmalısınız. Önəmli qərarı təkbaşına verməyin. Etibar etdiyiniz insanlarla məsləhətləşin. Onlar formalaşmış situasiyanı dürüst qiymətləndirməkdə sizə kömək edəcəklər. Günün ikinci yarısında maliyyə itkiləri, uğursuz anlaşma və ya sövdələşmə istisna deyil. Planlaşdırılmamış görüşlərdən imtina edin, əyləncə ilə bağlı xərcləri azaldın. Sevdiyiniz insanla axşam saatlarında hər ikiniz üçün mühüm məsələni müzakirə etmək olar.

Oxatan - günün ilk yarısı düşərli olmasa belə, ruhdan düşməyin. Bütün çətinlikləri qət edəcək, can atdığınız məqsədə çatacaqsınız. Nüfuzlu insanlarla ünsiyyət üçün əlverişli zamandır. Onların arasında hami və ya müttəfiq tapa bilərsiniz. Son vaxtlar iş yerini dəyişmək barədə düşünübsünüzsə, indi aktiv mərhələyə keçmək olar. Görüş və söhbətlərdə xoş təəssürat yarada bilərsiniz. Dostlar və yoldaşlar əvvəlki dövrlərdən fərqli olaraq işlərinizlə yaşamınıza daha çox müdaxilə etməyə çalışırlar. Bu, sizi qıcıqlandıra bilər. Fəqət, iradlarla çıxış etməyin, münaqişəyə rəvac verməyin. Hədiyyə, uzaqdan alınan barat ola bilər.

Oğlaq - uzun zamandan bəri gerçəkləşdirmək istədiyiniz, amma çəkindiyiniz planları reallaşdırmaq şansları var. Qəfil təsadüflər və olayların əlverişli axarı bədxahları üstələməyə imkan verməklə yanaşı, yaxşı gəlir və ya cazibədar təklif almağa imkan verəcək. İş yerini dəyişmək şansı var. Lakin belə dəyişikliyi məhz indi gerçəkləşdirməyin nə dərəcədə gərəkli olduğunu götür-qoy edin. İndiki iş yerinizdə də pis olmayan perspektivlər yaranır. Günün ikinci yarısında indiyədək sırf işgüzar münasibətlərdə olduğunuz insanla aranızda romantik təmas yarana bilər. İntriqalara və kuluar oyunlara qatılmayın. Aşkar fəaliyyət göstərmək gərəkdir.

Dolça - ünsiyyətdə problemlərdən qurtulmaq asan deyil. İşdə rəhbərliklə yanaşı, dünənədək sizə dost olduqlarını deyən həmkarlarınızla münasibətlər gərilə bilər. Əldə etdiyiniz uğurlar paxıllıq yarada bilər. Haqqınızda xoşagəlməz sözlər və şayiələr yayacaqlar. Şəxsi münasibətlər müstəvisində durum daha yaxşıdır. Hər halda səbəbsiz münaqişə və ya uydurma incikliklər olmayacaq. Uşaqlarla təmaslarda səbrli olun. Kiçik gəlirlər istisna deyil.

Balıqlar - qətiyyətli olun. Yaşam enerjisi səviyyəsi yüksəkdir. Məhz bu səbəbdən də dərhal olmasa da, planlaşdırdığınız hədəfə çatacaqsınız. Di gəl, faydalandığınız metodlar və ya əl atdığınız metodlar yaxın ətrafınızdakı insanların xoşuna gəlməyə bilər. Ünvanınıza tənqidlər, iradlar səslənəcək. İşgüzar münasibətlərdə yalnız o zaman təşəbbüslə çıxış edin ki, sözlərinizin müsbət qarşılanacağına əmin olasınız. Planlarınızın həyata keçirilməsinə çalışın. Ətrafınızda baş verənləri müşahidə edin. Yaxınlarınızın işləri ilə maraqlanmasanız, onlar inciyə bilərlər. Situasiyanı gərginləşdirməmək üçün vədləri yerinə yetirin, öhdəlikləri pozmayın.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Allah hamiya komek olsun mende onlarin icinde
  2. crazy_reniw
    yaxsi gune oxsayir amma ne qeder yaxsi olsada yenede pisdii(
  3. SaFFron
    Bürcümü oxudum, maraqlı şeyler yazılıb )) Bürclere inanmıram, bezen uyğun olur,bextden bext oda.
  4. AleDa
    • AleDa
    • 2 Ekim 2015 23:21
    Yenı gun her kese ugur getırsın. Tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.