Günlük Bürclər 15.08.2014

15 Ağustos 2014
3 151
0
Günlük Bürclər 15.08.2014
Günlük Bürclər 15.08.2014

Qoç - yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli olun. Yeni tanışlıqlar istisna deyil. İşgüzar tərəfdaşlar və dostların sayını artıra bilərsiniz. Uğur əldə edə biləcəyinizi düşünmədiyiniz kommersiya layihəsini sona çatdırın.

Günün ikinci yarısında tamamilə yeni işə başlaya bilərsiniz. Hətta özünüzü tam diletant hiss etdiyiniz sahədə nailiyyətlər istisna deyil. Bilik və bacarıqlarınızı artırın. Əldə olunan məlumatlardan yararlanın. Sonradan sizi peşman edəcək səhvlərə yol verməyin.



Buğa - işdə və ya fəaliyyət göstərdiyiniz sahədə çətin vəziyyət yaranıb. Problemin təcili həll yollarını arayın. Maliyyə fonu mürəkkəb olduğundan pullarınızla risk etməyin.

Günün ikinci yarısında aktiv olun. Mümkün qədər çox pul qazanmağa çalışın. Eyni zamanda, özünüzü ifrat yormayın. Qüvvə və səylərinizə qənaət edin.

Öhdəsinidən gələ bilməyəcəyiniz işlərə başlamayın.

Yaxınlarınızla münasibətləriniz rəvan deyil. Onların xətrinə dəyməyin, etibarlarını doğruldun. Axşam saatlarında ağır yorğunluq yarana bilər. Xroniki ağrıların kəskinləşməsi, səhhətdə problemlər istisna deyil.


Əkizlər - çoxsaylı mübahisələr xeyli vaxt alacaq. Diskussiyalarda qarşı tərəfi "məğlub" etmək çətin olmasa da, belə davranış yaxşı heç nə vəd etmir. Sizə olan münasibətinə dəyər verdiyiniz insanla ünsiyyətdə diqqətli, həssas olun.

Günün ikinci yarısında bir sıra planlarda dəyişikliklər, niyyətlərdə yeniliklər olacaq. Xoşagələn proses deyil, çünki xeyli qüvvə və səyin hədər getməsi ilə barışmalı olacaqsınız. Digər tərəfdən, köhnə planları yeniləri əvəzləyəcək. Onlar çox pis deyillər.

Yeni maraqlar, hobbi formalaşa bilər.

Axşam saatlarında sakit istirahətə üstünlük verin.



Xərçəng - işgüzar aktiviliyinizin səviyyəsi aşağı düşəcək. Tənbəllik etməyin. İşləmək, fəal olmaq əvəzinə illüziyalara qapılaraq xəyallar aləmində gərdişə varmayın. Siz götür-qoy edənədək rəqibləriniz və düşmənləriniz irəliləyə bilər.

Onların uğur qazanmasına imkan verməyin.

Günün ikinci yarısında xırdalıqlara və detallara fikir verin. Nə qədər sayıq olsanız, şəxsi münasibətlərdəki problemi bir o qədər tez həll edə bilərsiniz. Ailə üzvləri ilə ünsiyyət, ailəvi istirahət və səfər üçün münasib zamandır.



Şir - aktiv və enerjili olsanız, gün uğurlu alınacaq. Uğur səylərə tam mütənasibdir. Tənbəllik etməyin. Bəzi işləri təxirə salmaq istəsəniz də, belə fikirləri başınızdan atın. Süstlük sonradan ciddi fəsadlar yarada bilər.

Günün ikinci yarısında əmlakınıza və maliyyənizə daha ciddi nəzarət edin. Dəyərli əşyanı itirə, fırıldaqçılara hədəf ola bilərsiniz. Maliyyə baxımından əlverişli gün deyil. Romantik təmaslar unudulmaz ola bilər.

Təxəyyülüüzü işə salın.



Qız - özünüzü ifrat dərəcədə tənqid etməyin, yaranan bütün problemlərdə günahkar bilməyin. Sizə heç bir dəxli olmayan müşkül durumun yaranmasına görə heç bir məsuliyyət daşımırsınız.

Başladığınız işi yarımçıq qoymayın. Vədləri yerinə yetirin, öhdəlikləri unutmayın.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Aktiv istirahəti və ya əyləncəni unudun. Evdə də dincələ bilərsiniz.


Tərəzi - maliyyə baxımından uğurlu gün deyil. İtkilər böyük, gəlirlər isə azdır. Çoxdankı rəqibləriniz və bədxahlarınız fəaldırlar. Narahat olmayın: onlar bütün səylərinə rəğmən, heç nə edə bilməyəcəklər. Fəqət, diqqətli və sayıq olun.

Günün ikinci yarısında yaxınlarla münasibətlər o qədər də yaxşı deyil. Təmaslardakı harmoniyanı bərpa edin. Bütün problemləri həll etmək şansının yaranacağını düşünməyin. Ciddi məsələləri tədricən çözün.



Əqrəb - günün ilk yarısı uğurlu olacaq. Peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli irəliləyiş ola bilər. Xoş görüşlər istisna deyil. Bir zamanlar yaxın münasibətlərdə olduğunuz, amma sonradan taleyin yollarınızı ayırdığı insanla qarşılaşacaqsınız. İstəyiniz olarsa, münasibətləri bərpa edə bilərsiniz.

Günün ikinci yarısında ailə-məişət qayğıları, yaxınlarınızla fikir ayrılıqları yaranacaq. Mövqelərinizi mümkün qədər diqqətli, həssas şəkildə qoruyun. Emosiyalarınıza hakim olun.

Axşam saatlarında normal istirahət edin.



Oxatan - səbrli olun, təmkinli davranın. İşgüzar münasibətlərdə problemlər yarana bilər. İndiyədək yaxşı anladığınız insanlarla təmaslarda sərinliyin bərqərar olmasına imkan verməyin.

Günün ikinci yarısında görüş və ya danışığa ciddi hazırlaşın. Romantik təmaslar istisna deyil.

Axşam saatları üçün planlaşdırılmış danışıqlarda mövqelərinizdən geri çəkilməyin. Qarşı tərəfdə özünüz barədə rəğbət hissi yaratmaq üçün məntiqli davranın.



Oğlaq - peşəkar fəaliyyət baxımından əlverişli gündür. Əvvəllər başladığınız, yarımçıq qalan işləri başa vurun. Yeni layihə və ya işə başlamazdan əvvəl yaxşıca götür-qoy edin. İntuisiyanız iti olsun. Sövdələşmə və anlaşmalar xeyir gətirə bilər.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yarana bilər. Sevdiyiniz insanla dil tapmaq asan deyil. Qarşılıqlı anlaşmaya nail olmaq üçün səy göstərməli olacaqsınız. Sevdiyiniz insan sizi qısqanacaq.



Dolça - mənfi təmayüllərin təsiri artır. Hər şeyə rəğmən qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Qətiyyət və iradınıza həsəd aparılmalıdır. Rəqiblərlə bədxahları üstələmək üçün diqqətli, sayıq olun.

Prioritetləri nə qədər tez müəyyənləşdirsəniz, irəliləyiş üçün bir o qədər az səy göstərməli olacaqsınız.

Günün ikinci yarısında səliqə və detallara xüsusi fikir tələb edən məşğuliyyətlər zamanıdır. Emosiyalara qapılmayın, hisslərlə hərəkət etməyin.

Konstruktiv məcrada çalışın. Bədbinliyə qapılmayın.



Balıqlar - inadkarlıq və tərslik edərək yaxın ətrafınızdakı insanların xətrinə dəyməyin. Prinsipial hesab etdiyiniz məsələlərdə tərəfdaş və dostlarla münaqişə yaratmayın. Bununla belə, mövqelərinizdən könüllü şəkildə geri çəkilməyiniz də məntiqi olmazdı. Təmkinli, soyuqqanlı davranın.

Opponentləriniz sizi anlayacaqlar.

Günün ikinci yarısında improvizələrə hazır olun. Əvvəlcədən hazırlanmış plan üzrə hərəkət etmək alınmayacaq.

Təxəyyülü işə salın. Adi günlərdən fərqli olaraq bu gün daha aktiv çalışmalısınız. Dürüst qərarları qəbul edəndə gecikmələrə yol verməyin.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.