09.10.2015 Gündəlik Bürclər (9 Oktyabr 2015)

08 Ekim 2015
2 776
2
09.10.2015 Gündəlik Bürclər (9 Oktyabr 2015)
09.10.2015 Gündəlik Bürclər (9 Oktyabr 2015)

QOÇ – Qurulan yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək. Amma hər şeydən əvvəl sağlamlığınızın qayğısına qalmalısınız. Bu gün səfərə çıxmayın.

BUĞA – Günün ilk yarısında səhhətinizlə bağlı problemlərin həlli ilə məşğul olun. Sonrakı müddətdə isə planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq. İmkan varsa, ailə üzvlərinizə sürprizlər edin.

ƏKİZLƏR – Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın. Yaxın on gündə görəcəyiniz sənəd işlərini dəqiqləşdirin. Saat 16-dan sonra sizə ehtiyac duyanlara baş çəkin.

XƏRÇƏNG – Bu gün gələcək büdcənizi rahatlamaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız labüdləşəcək. Belə görüşlərdə və qonşuluq münasibətlərində gərginliyə yol verməyin. Özünüzü soyuqdəymədən qoruyun.


ŞİR – Ulduzlar qarğış və söyüşlərdən uzaq olmağı, falçı və cadugər yanına getməməyi məsləhət görür. Çünki indi sizin ruhi saflaşma prosesinizdir və gərək Tanrıya xoş getməyən addımlardan yayınasınız.

QIZ – Saat 15-17 arası sizin üçün təhlükəli vaxtdır. Bu səbəbdən də həmin vaxt daha çox neytrallıq nümayiş etdirməyiniz lazım gələcək. Günün qalan hissəsində isə iş və maliyyə məsələlərində uğurlar olacaq.

TƏRƏZİ - Ətrafınızı dəyişməkdənsə, özünüzü dəyişməyiniz daha asan olar. Gün ərzində özünüzü gümrah aparın, hər kəslə dil tapmağa çalışın. Əmin olun ki, bunu bacarsanız, axşama fərqli bir insan olacaqsınız.

ƏQRƏB – Ümumi mənzərəyə görə yaxşı gün demək olar. Əqidə və ideyalarınızdakı doğruluğu, saflığı qorusanız, belə də olacaq. Sevgidə təşəbbüskar və mərhəmətli olun. Keçmişinizdən hər zaman dərs götürün ki, uduzmayasınız.

OXATAN – Daha çox istirahət edin. İndi konfliktlərə girişməkdənsə, qarşılıqlı münasibətləri mülayimləşdirmək daha sərfəlidir. Onsuz da sidq-ürəklə "dost!" deyib çağırdığınız adamlar kifayət qədər deyil.

OĞLAQ – Təəssüf ki, ixtiyarınızda olan bu tarixdə hansısa ciddi müvəffəqiyyətə nail olacağınız gözlənilmir. Ələlxüsus da günün birinci yarısında. Amma naşükürlük etməyin, yeni həftəyə böyük ümidlər bəsləyən.

SUTÖKƏN – Gözlədiyiniz xoş məqamların vaxtı yetişməkdədir. Bu səbəbdən evdə oturmaqdan vaz keçin. Sizə daha çox ünsiyyət lazımdır, hətta yaxın ünvanlara səfər də olar. Hamı bu gün sizi anlayacaq.

BALIQLAR – Uzaq yola çıxmaqdan, riskli pul sövdələşmələrində iştirak etməkdən çəkinin. Bu iki amildən başqa bütün sahələrdə müvəffəqiyyət sizinlə olacaq. Gecəni öz evinizdə keçirin. Sevgisiz qalmayın.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 9 Ekim 2015 11:31
    Dolça bürcü. Xeyirlisi olar İnşəAllah.xəbər üçün təşəkkürlər.
  2. crazy_reniw
    ne xeyirlidirse o da olsun twk
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.