14.10.2015 Gündəlik Bürclər (14 Oktyabr 2015)

13 Ekim 2015
2 870
3
14.10.2015 Gündəlik Bürclər (14 Oktyabr 2015)
14.10.2015 Gündəlik Bürclər (14 Oktyabr 2015)

QOÇ – Siyasi-iqtisadi sahədə bürcünüz üçün gərginlik var. Bu səbəbdən hər hansı addımı atmazdan əvvəl kəşfiyyat xarakterli manevrlər edin. Çalışın ki, sizə inam bəsləyənlərin sayı artsın. Məsuliyyətsiz danışmayın.

BUĞA – Qapalılığı bir kənara atın, insanlarla açıq şəkildə, səmimiyyətlə davranın. Yalnız bu halda qarşınızda duran günün bəhrəsini görəcəksiniz. Axşam saatlarında özünüzü soyuqdəymədən qoruyun.

ƏKİZLƏR – Sizdən tələb olunan vəzifələri layiqincə həyata keçirməyi bacarsanız, həm nüfuzunuz artacaq, həm də mövcud problemlərinizin həlli sürətlənəcək. Elə saat 11-dən bu istiqamətdə hərəkətə keçin.

XƏRÇƏNG – Səhər saatlarından başlayaraq nüfuz dairəniz genişlənəcək. Hətta yuxarı dairələrlə əlaqələriniz də dərinləşə bilər. Bununla yanaşı, ailə-sevgi münasibətlərinə də ciddi yanaşın, xətrə dəyməyin.


ŞİR – Qətiyyət göstərin, haqqınızı tələb etməyi bacarın. Belə olarsa, Göy qübbəsi digər işlərdə sizə yardımçı olacaq. Təkəbbürlü insanlarla iş görməyin. Günün ikinci yarısında maraqlı görüşlər var.

QIZ – Maraqlı hadisələr yolunuzu gözləyir. Ruhunuzu sıxan bir çox məsələlərə aydınlıq gələcək. Gün ərzində arzuladığınız adamların əksəriyyətini görəcəksiniz. Təmir-tikinti işləri də effektli ola bilər.

TƏRƏZİ – Bütün proseslər xeyrinizə cərəyan edəcək. Yalnız saat 14-16 aralığı bir qədər mürəkkəb ola bilər. Həmin saatlarda münaqişədən uzaq durmalı, vaxtınızı qapalı yerdə keçirməlisiniz. Spirtli içkidən uzaq olun.

ƏQRƏB – Bazar gününün xarakterinə uyğun olaraq, daha çox istirahətinizi, qeyri-işgüzar görüşlərinizi, səfərlərinizi təmin etməlisiniz. Saat 17-dən sonra xoş bir hadisənin şahidi olacaqsınız.

OXATAN – İxtiyarınızda olan bu təqvim karyeranıza ucalıq vəd edir. Amma bu, heç də aldığınız təkliflərə gözüyumulu razılıq verməyinizi tövsiyyə etmir. Çünki çətin adamlarla baş-başa qala bilərsiniz.

OĞLAQ – Yeni əlaqələrə başlamaq üçün konkret addımlar atmağa dəyər. Amma hansısa məsələyə görə ciddi məbləğdə xərc çəkməyə lüzum yoxdur. Rəhbərliklə münasibətləri mülayimləşdirin. Yalan danışmayın.

SUTÖKƏN – Gözlənilməz təsadüf nəticəsində mövcud problemləriniz aradan qalxmağa başlayacaq. Bu yöndə ümid bəslədiyiniz insanların köməyini də görəcəksiniz. Gün boyu daxili inamınızı bərpa edin.

BALIQLAR – Rastlaşdığınız hər bir olaya yaradıcı eşqlə yanaşın. Bu halda fəaliyyətiniz və maddi durumunuz da qənaətbəxş olacaq. Ulduzlar başqalarının əşyasından istifadə etməyi və borc götürməyi məsləhət görmür.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. royus
    • royus
    • 13 Ekim 2015 23:04
    xerceng-tesekkurler..........
  2. AleDa
    • AleDa
    • 13 Ekim 2015 21:23
    Sitat: Sadə_İnsan
    Tərəzii) təşəkkürlərr
  3. Laura
    • Laura
    • 13 Ekim 2015 21:15
    Tərəzii) təşəkkürlərr
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.