19.10.2015 Gündəlik Bürclər (19 Oktyabr 2015)

18 Ekim 2015
2 647
1
19.10.2015 Gündəlik Bürclər (19 Oktyabr 2015)
19.10.2015 Gündəlik Bürclər (19 Oktyabr 2015)

QOÇ - İxtiyarınızda bir qədər mistik gün durur. Tanrıya xoş getməyən əməllərdən çəkinin. Ulduzlar gün ərzində büdcənizin xeyli ağırlaşacağını bəyan edir. Odur ki, bəri başdan buna hazır olun.

BUĞA - Kifayət qədər səmərəli gündür. İşbirliyi qurduğunuz adamlarla perspektivli nəticələr əldə edə bilərsiniz. Ulduzlar daha çox maliyyə baxımından uğurlara yiyələnəcəyinizi bildirir. Elə isə tələsin.

ƏKİZLƏR - Fəaliyyətə ara verməyiniz məsləhətdir. Yaxşı olar ki, ürəyinizə yaxın olan simsarlarınızla bir yerdə olasınız. Bu, daxili nisgilinizi azalda bilər. Müqəddəs ziyarətgahlardan birinə getmək də olar.

XƏRÇƏNG - Yersiz lovğalıq, mənəm-mənəmlik, inamsızlıq sizə başucalığı gətirən deyil. Bu amili nəzərə alıb ünsiyyətdə olduğunuz adamlara qarşı mərhəmətli davranın. Yeni əlaqələrdən çəkinməyin.


ŞİR - İnsanlarla münasibətdə vəziyyət heç də ürəkaçan olmayacaq. Ola bilsin ki, sizə qarşı təxribat da törədilsin. Hər halda tədbirli olmağınız lazımdır. Axşam xoş əhatəli qonaqlığa getməyə dəyər.

QIZ - Bütün enerjinizi məhəbbətə yönəldin. Xırda umu-küsüləri və konfliktləri qaydasına salmağa çalışın. Bunu etməsəniz, Göy qübbəsinin qəzəbinə gəlib xəstələnə bilərsiniz. Böyük məsləhətinə dəyər verin.

TƏRƏZİ - Ayın ən əhəmiyyətli günlərindən birini yaşayacaqsınız. Bu baxımdan fəaliyyət zəminində uğurlarınız daha çox olacaq. Sövdələşmələrdə qarşı tərəfin ədalətli mövqeyini mütləq nəzərə alın.

ƏQRƏB - Fərdi fəaliyyət prinsipində müsbət dönüş yaratmaq istəyirsinizsə, bu təqvimdən maksimum istifadə edin. Əks təqdirdə yaxın günlərdə bu şansı itirəcəksiniz. Hamıya mehriban olun.


OXATAN - Sizə dəxli olmayan məsələlərə az müdaxilə edin. Onsuz da son məqamda yardımçı olduğunuz şəxslər özünüzə qarşı yönələcək. Günün ikinci yarısında yaxın qohumlarınıza mütləq baş çəkin.

OĞLAQ - Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl - ulu Zərdüştün bu tövsiyələri nə qədər ki qəlbinizə hopmayıb, taledən mərhəmət gözləməyin. İndi seçim sizindir, başlamağa dəyər. Ürəyinizə sevgi qatın.

SUTÖKƏN - Səfər və qonaqlıq üçün ideal gündür. Əgər maddi durumunuz buna imkan verirsə, yola düşməyə dəyər. Yaxşı bilirsiniz ki, sizin üçün darıxanlar və yolunuzu gözləyənlər çoxdur.

BALIQLAR - Astroloji göstəricilər şəxsi münasibətlərinizi düzəltmək üçün gözəl imkan qazanacağınızı bildirir. Dəvətlərdən qaçmayın. Ola bilsin ki, belə görüşlər arzularınızın əksər qismini həyata keçirsin.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
AleDa
  • AleDa
  • 18 Ekim 2015 21:08
Terezı. Bu gun deyısık bır sey olmadı seher gorek nolur
RƏY ƏLAVƏ ET