26.10.2015 Gündəlik Bürclər (26 Oktyabr 2015)

25 Ekim 2015
2 546
3
26.10.2015 Gündəlik Bürclər (26 Oktyabr 2015)
26.10.2015 Gündəlik Bürclər (26 Oktyabr 2015)

QOÇ - Saat 14-ə qədər münaqişəli məsələlərdən uzaq olmağa çalışın. Kiminsə özü yaratdığı problemi düzəltmək fikrinə düşməyin. Sonrakı saatları isə bütünlüklə əyləncələrə həsr edin.

BUĞA - Ümumi passivliyinizi nəzərə alıb fəaliyyətə ara verin. Əsas enerjinizi bütünlüklə istirahətə və səyahətlərə həsr edin. Günün ikinci yarısında istənilən mübahisə və riskdən yayının.

ƏKİZLƏR - Hər mənada uğurlu bir təqvim yaşayacaqsınız. Sevdiyiniz adamlarla ümumi dil tapmağınız əsas işlərinizin gedişində müsbət çalarlar əmələ gətirəcək. Gecəni öz evinizdə keçirin.

XƏRÇƏNG - Maddi problemləri nəzərə almasaq, bu təqvimdən narazı qalmağınıza elə bir ciddi əsas yoxdur. Ulduzlar insanlara baxışlarınızı kökündən dəyişməyi tövsiyə edir. Əsəblərinizi qoruyun.


ŞİR - Uğurlu gündür. Günün birinci yarısında qazanmaq, nahardan sonra isə xoş təsadüflərlə rastlaşmaq şansınız var. Yeni əlaqələrə ciddi və perspektivli yanaşın. Bu, yalnız xeyrinizə ola bilər.

QIZ - Yersiz qürrələnməyiniz, özünüzü tərifləməyiniz ünsiyyətdə olduğunuz adamlarda sizə qarşı ikrah yarada bilər. Səmimi və sadə olun. Axşama yaxın təzə xəbər eşidəcəksiniz.

TƏRƏZİ - Cərəyan edən proseslərə çılğın tərzdə yanaşmağınız heç bir irəliləyişə təkan verməyəcək. Odur ki, müdriklik göstərməyiniz tələb olunur. Yeni əməkdaşlığa ciddi tərzdə yanaşın.

ƏQRƏB - Bürcünüz başlayandan sanki qayğılarınız da artıb. Qarşınızda duran vəzifələrin öhdəsindən çətinliklə gəlməyiniz sizi səbrsiz edir. Bir az dözümlü olun. Ulduzlar varlanacağınızı bildirir.


OXATAN - Passiv bir gün yaşamalı olacaqsınız. Özündən müştəbehlik, hamıya yuxarıdan aşağı baxmaq kimi mənfi xüsusiyyətlərdən uzaq olun. Yeni işgüzar təklifləri rədd etməyin.

OĞLAQ - İlahi prinsiplərə xüsusi əhəmiyyət verin. Günahlarınızın yuyulması üçün dualar edin. Sevdiyiniz adamda özünüzə qarşı yalnız rəğbət yaratmağa çalışın. Uzaq səfərləri təxirə salın.

SUTÖKƏN - Ailə-sevgi münasibətlərində bəzi xoşagəlməzliklə rastlaşa bilərsiniz. Boş yerə hay-küy qaldırmayın. Hər şeydən əvvəl ətrafınızda müsbət aura, xoş mühit yaradın ki, qurtulasınız.

BALIQLAR - Hər hansı işdə təkbaşına addım atmaqdan vaz keçin. Əməkdaşlıq zəminində isə uğurlara yetişəcəksiniz. Saat 16-dan sonra perspektivi sual altında olan danışıqlardan imtina edin.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    öz bürcümü oxudum. təşəkkür
  2. Demir
    • Demir
    • 26 Ekim 2015 09:45
    Xerceng burcu ucun melumata gore sagolun
  3. -Aydan-

    OXATAN - Passiv bir gün yaşamalı olacaqsınız. Özündən müştəbehlik, hamıya yuxarıdan aşağı baxmaq kimi mənfi xüsusiyyətlərdən uzaq olun. Yeni işgüzar təklifləri rədd etməyin.
    -Onsuz heç bir Allahın quluna yuxardan aşağı baxmaram hamı eynidi...
    Təşəkkürlər məlumat üçün..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.