30.10.2015 Gündəlik Bürclər (30 Oktyabr 2015)

29 Ekim 2015
3 237
3
30.10.2015 Gündəlik Bürclər (30 Oktyabr 2015)
30.10.2015 Gündəlik Bürclər (30 Oktyabr 2015)

QOÇ – Kifayət qədər sərfəli gündür. Təzə və əlverişli sövdələşmələrdə iştirakınızdan tutmuş maliyyə məsələlərinə qədər ulduzlar yardımçınız olacaq. Ona görə də boş oturmamalısınız.

BUĞA – Naharaqədərki dövrdə mübahisəli situasiyalara cəlb olunma ehtimalınız böyükdür. Bu səbəbdən də hər xırda məsələyə ciddi reaksiya verməməlisiniz. Saat 15-dən sonra maraqlı görüşləriniz gözlənilir.

ƏKİZLƏR – Yaxşı olar ki, əsas vaxtınızı maliyyə istiqamətində xərcləyəsiniz. Bütün variantları gözdən keçirin. Əyləncəyə, yaxud uzaq səfərlərə aludə olmaq yaramaz. Ulduzların bu tövsiyələrini qulaqardına vurmayın.

XƏRÇƏNG – Kosmik fonun ümumi mənzərəsi gərginlikdən xəbər verir. O üzdən bütün enerjinizi təmkinli olmağa yönəltməlisiniz. Əsəbinizlə oynayan adamlarla üz-üzə gəlməməyə çalışın.


ŞİR – Atacağınız addımlarda qətiyyətli olsanız, müvəffəqiyyətə yaxınlaşacaqsınız. Nəzərə alın ki, indiki durumda sizə güclü olmaq lazımdır. Bədxah adamları həqiqət və reallıqla məğlub edin.

QIZ - Fəaliyyət sahəsində uğurlara yaxınlaşdığınızı bəyan edən Göy qübbəsi aktivliyinizi artırmağı məsləhət görür. Ailə-sevgi və digər münasibətlərdə də vəziyyət xeyrinizə olacaq. Bu gün səfərə çıxmayın.

TƏRƏZİ – Müəyyən qədər darıxdırıcı olsa da, daxili sabitliyinizi qorumaqla müəyyən rahatlıq tapa bilərsiniz. Ciddi qərarlar qəbul etməyinizə lüzum yoxdur. Axşam qonaq getməyiniz yaxşı olar.

ƏQRƏB - Mövcud sıxıntılarınız qlobal planlarınızın reallaşmasına mane olur. Yaxşı şeylər haqqında düşünün. Çünki insan fikri gələcəyi formalaşdırır. Pula görə kiminləsə düşmənçilik yaratmayın.

OXATAN – Ən müxtəlif sürprizlərə hazır olun. Oturaq işlərə aludə olmaqdansa, fəallığınızı artırın. Bəxtinizdə qazanc da var. Nahar ərəfəsində cinayət tərkibli və dinə zidd addımlardan yayının.

OĞLAQ – Məhəbbət müstəvisində mövcud olan müəmma və anlaşılmazlıqları yoluna qoymaq üçün şanslı vaxtdır. Bu fürsəti fövtə verməyin. Amma işlə bağlı riskli sövdələşmələrdən uzaq olun.

SUTÖKƏN – Fəaliyyətlə bağlı xeyli yeniliklərin şahidi olacaqsınız. Ürəyinizcə olan təkliflər alacağınıza da şübhə etməyin. Axşama doğru isə müəyyən təxribatlarla baş-başa qalma ehtimalınız var.

BALIQLAR - Nahara qədər hansısa uğurlu cəhdlərə nail olacağınızı düşünməyin. Göstərilən müddətdə yalnız istirahətə fikir verin. Yalan vədlər vermək, əsassız danışmaq zərərinizə ola bilər.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    OXATAN – Ən müxtəlif sürprizlərə hazır olun. Oturaq işlərə aludə olmaqdansa, fəallığınızı artırın. Bəxtinizdə qazanc da var. Nahar ərəfəsində cinayət tərkibli və dinə zidd addımlardan yayının.
    ....TəşəkkürləR....
  2. crazy_reniw
    saq olun gorek bawimiza ne gelir
  3. SindireLLa
    Təşəkkürlər öz bürcümü oxudum.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.