18.11.2015 Gündəlik Bürclər (18 Noyabr 2015)

17 Kasım 2015
3 877
2
18.11.2015 Gündəlik Bürclər (18 Noyabr 2015)
18.11.2015 Gündəlik Bürclər (18 Noyabr 2015)

QOÇ - Daxili tərəddüd və nigarançılığınızı duyan Göy qübbəsi saat 14-dən başlayaraq istər qarşılıqlı münasibətlərdə, istərsə də maddi durumunuzda əsaslı dönüş yaradacaq. O vaxta qədərsə səbli olun.

BUĞA – Praktiki işlərə aludə olmaqdansa nəzəri fəaliyyətə üstünlük verin. İdeal planlarınızın gerçəkləşməsində bunun rolu böyükdür. Ulduzlar maddi durumunuzun qənaətbəxş olacağını da istisna etmir.

ƏKİZLƏR – Mövcud durumunuzdan usanmaq yox, aktiv surətdə çıxış yolları aramalısınız. Əgər rahatlığınızın təminatı üçün başqa yol da tapa bilmirsinizsə, saat 16-ya qədər gözləmə mövqeyində durun.

XƏRÇƏNG - Böyük sınaqlar qarşısındasınız. Hər şey atacağınız addımlardan birbaşa asılı olacaq. Bu səbəbdən də bütün məsələləri dəfələrlə götür-qoy edib sonra qərar çıxarın. Hər adama da etibar etməyin.


ŞİR – Nahara qədər ciddi işlərinizin həllini təxirə salın. Sövdələşmə və müzakirələr üçünsə ümumiyyətlə, uğursuz ərəfədir. Bu gün yalnız ailə-məişət məsələləri ilə məşğul olmalısınız.

QIZ - Maliyyə zəminində çətinliyiniz mümkündür. Amma unutmayın ki, indi çoxları sizdən də pis yaşayır. Özünüzü kontrolda saxlayın, həmkarlarınıza qarşı təmkin göstərin. Səhhətinizə də fikir verməlisiniz.

TƏRƏZİ – Saat 11-13 aralığı daxilinizdə süstlük yaratsa da, sonrakı saatlarda ovqatınızda nəzərəçarpacaq dönüş yaranacaq. Deməli, narahatlığınız əridiyi üçün müəyyən işlər də görə biləcəksiniz.

ƏQRƏB - Ulduzların düzümü böyük irəliləyişlər astanasında olduğunuzu bəyan edir. Bu gün qarşıya qoyduğunuz vəzifələrin həllində kənardan dəstək alacağınız gözlənilir. Daxili səsinizə qulaq asın.

OXATAN – Bütün astroloji mənbələr ayın ən qalmaqallı gününü yaşayacağınızı göstərir. Ələlxüsus da saat 16-18 arası hər bir davranış və ünsiyyətinizdə təmkinli olmalısınız. Sıxıntınız olsa, müqəddəs bir məkana gedin.

OĞLAQ – Bürcünüz üçün kifayət qədər aktiv gündür. Bir neçə cinahdan xeyirli gedişlər edə bilərsiniz. Belə məqamlarda etibar etdiyiniz dostlarınızın dəstəyindən yararlanmaqdan da çəkinməyin. 

SUTÖKƏN – Saat 9-10 aralığını nəzərə almasaq, qalan saatları normal tərzdə başa vuracaqsınız. Həyatınızda mühüm rolu olmayan, sizə qarşı soyuq münasibət bəsləməyən adamların şəxsi işlərinə müdaxilə etməsəniz, kimsə sizə qarşı qərəz nümayiş etdirməyəcək.

BALIQLAR – Mübahisəli bir gün yaşayacağınız gözlənilir. Ələlxüsus da iş yerində belə xoşagəlməzliklər daha çox qabara bilər. Əsəblərinizi cilovlamağa çalışın. Yalnız yaxşı şeylər barədə düşünün.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Laura
    • Laura
    • 17 Kasım 2015 22:40
    TƏRƏZİ – Saat 11-13 aralığı daxilinizdə süstlük yaratsa da, sonrakı saatlarda ovqatınızda nəzərəçarpacaq dönüş yaranacaq. Deməli, narahatlığınız əridiyi üçün müəyyən işlər də görə biləcəksiniz.

    Maraqlıdır tşk))
  2. ♡SeViReM♡
    • ♡SeViReM♡
    • 17 Kasım 2015 21:04
    -TeReZi-
    saǧolun melumata göre teşekürlerrrrrrr
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.