25.11.2015 Gündəlik Bürclər (25 Noyabr 2015)

24 Kasım 2015
3 842
1
25.11.2015 Gündəlik Bürclər (25 Noyabr 2015)
25.11.2015 Gündəlik Bürclər (25 Noyabr 2015)

QOÇ - Əsas gücünüzü fəaliyyətə yönəldin. Perspektivli pul sövdələşmələrini qətiyyən təxirə salmayın. Nahardan sonra isə istənilən işgüzar sövdələşmədə ehtiyatlı olmağa çalışın.

BUĞA - Günün ilk yarısını oturaq şəraitdə keçirməyiniz məsləhətdir. Onsuz da qeyri-adi hansısa uğurunuz gözlənilmir. Saat 14-dən sonra isə hər şey ürəyinizcə olacaq, özünüzə güvənin.

ƏKİZLƏR - İkitərəfli əməkdaşlığa, yeni layihələrin müzakirəyə çıxarılmasına çalışmaq üçün çox düşərlidir. Heç kimə şübhə ilə yanaşmayın. Aktiv olun və inanın ki, aldadılmayacaqsınız.

XƏRÇƏNG - İlk öncə qarşılıqlı münasibətlərdə mövcud olan gərginliyi aradan qaldırmağa çalışın. İstər ailə-sevgi, istərsə də həmkarlarla davranışları mülayimləşdirin. Uzaq yola çıxmayın.


ŞİR - Başınızı iş-güclə o qədər qatmısınız ki, insanlarla davranışlarınız, həmçinin ailə-sevgi münasibətləriniz arxa plana keçməyə başlayıb. Daha mənalı yaşamaq üçün bu qüsurları dəf edin.

QIZ - Əgər sağlıq durumunuz imkan verirsə, fəallığı artırmağa dəyər. Təcrübəli insanların məsləhətlərindən yararlanın. İdeyalar verməyi daha çox öz üzərinizə götürün.

TƏRƏZİ - Yaxşı olar ki, bu təqvimdə yalnız adi işlərlə məşğul olasınız. Çünki istənilən risk və yeniliyə cəhd uğursuzluqla nəticələnə bilər. Günorta saatlarında müəyyən qədər gəlir gözlənilir.

ƏQRƏB - Çoxdan bəri nəzərdə tutduğunuz ideyaları nəhayət ki, həyata keçirməyi bacaracaqsınız. Amma bu istiqamətdə təkbaşına hansısa addımı atmayın. Qəlbinizə yaxın adamlarla bir araya gəlin.


OXATAN - Orqanizminizdə baş qaldıran nasazlıq bəzi planlarınızın icrasına əngəl yarada bilər. Amma reallığı nəzərə alsanız, saat 15-18 aralığında uğurlara yetişə bilərsiniz.

OĞLAQ - Günün ilk yarısında mənəvi səhvlər törətməkdən çəkinsəniz, qalan müddətdə hər hansı problemlə üzləşməyəcəksiniz. Saat 15-17 aralığı çox uğurlu hadisələr gözlənilir.

SUTÖKƏN - Humanist bürc olsanız da, Göy qübbəsi bu gün hisslərinizi idarə etməkdə zəif olacağınızı bəyan edir. Bu yerdə mütləq təmkin göstərməli, bədxahlara əhəmiyyət verməməlisiniz.

BALIQLAR - Havalar münasib olduğundan astroloji göstəricilər nəzərdə tutduğunuz təqdirdə uzaq yola çıxmağı tövsiyə edir. Amma gərək sağlıq durumunuzu da nəzarətdə saxlayasınız. Təmiz havada çox olun.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Diqqətli olacam..
    -Təşəkkürlər məlumat üçün..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.