02.12.2015 Gündəlik Bürclər (2 Dekabr 2015)

01 Aralık 2015
4 290
3
02.12.2015 Gündəlik Bürclər (2 Dekabr 2015)
02.12.2015 Gündəlik Bürclər (2 Dekabr 2015)

QOÇ - İxtiyarınızda olan bu təqvimdə sizin üçün günün birinci yarısı daha uğurlu olacaq. Çoxdan gözlədiyiniz bir təklifi ala bilərsiniz. Təxminən saat 14-dən sonra isə ayıq-sayıqlığınızı artırın.

BUĞA – Ulduzların düzümü enerjinizi daha çox fəaliyyət istiqamətinə yönəltməyi tövsiyə edir. Qarşılıqlı münasibətlərdə isə bacardığınız qədər ehtiyatlı olmalısınız. Çılğınlıq etməyin.

ƏKİZLƏR - Hədsiz dərəcədə uğurlu gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətinə yetişəcəksiniz. Maraqlı təkliflər, şəxsi büdcədə artım ovqatınızı xoş edəcək. Amma ən xırda detalları belə nəzərdən qaçırmayın.

XƏRÇƏNG - Bəxtinizdə çox düşərli bir təqvim dayanıb. Odur ki, nəyəsə cəhd edərkən hər an Ulu Tanrını başınız üzərində hiss edin. Yalnız bu halda özünüzü xoşbəxt hiss edəcəksiniz.


ŞİR - Yaxşı olar ki, əsas işlərə saat 12-dən sonra başlayasınız. Çünki əvvəlki ərəfə bir qədər qalmaqallı keçə bilər. Bu gün nüfuzlu və dəyərli insanlarla görüş keçirmək sizə səmərə verəcək.

QIZ - Perspektivli sövdələşmələr aparmaq istəyirsinizsə, vaxtı fövtə verməyin. Saat 11-dən başlayaraq paralel şəkildə aktivlik göstərin. Qərarlarınızda qəti olsanız, heç vaxt uduzmayacaqsınız.

TƏRƏZİ - Maddi problemlərinizin qabarmasına baxmayaraq, əsas gücünüzü sevgi amilinə yönəldin. Nəzərə alın ki, sizə ehtiyac duyanlar xoş bir sözünüzlə də kifayətlənə bilərlər. Səfərə isə çıxmayın.

ƏQRƏB - Ulduzlar günün birinci yarısında qeyri-adi hansısa addımı atmamağı tövsiyə edir. Əks təqdirdə uğurlardan uzaq düşəcəksiniz. Sonrakı saatlarda isə sürprizlə rastlaşma ehtimalınız var.

OXATAN - Qarşılıqlı ünsiyyətdə olduğunuz hər kəslə ciddi davranın. Enerjinizi dedi-qodu və ya cəfəng söhbətlərə itirməyin. Doğma ünvanlara gedib istirahət etmək indi sizə çox lazımdır.

OĞLAQ - Maraqlı bir təqvim yaşayacağınız güman olunur. Əgər şərait olsa, işlə az məşğul olun. Çünki işdən kənarda daha çox uğurlarınız mümkündür. Bu gün ziyarətgaha getməyiniz yaxşı olar.

SUTÖKƏN - Qarşınızı kəsən maneələri dəf etmək üçün imkan qazanacaqsınız. Üstəlik, sevgi aləmində sürprizlərlə rastlaşacaqsınız. Səfərə çıxmaq, işgüzar söhbətlər aparmaq isə məsləhət görülmür.

BALIQLAR - Təəssüf ki, Göy qübbəsi ixtiyarınızda olan bu təqvimin mübahisəli keçəcəyini bəyan edir. Ələlxüsus da saat 14-17 aralığı əhvalınız pozula bilər. Özünüzü ələ alıb neytral mövqe tutun.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Oxatan-
    -Bəli uzaqlaşmaq lazımdır...
    -Təşəkkürlər.
  2. AleDa
    • AleDa
    • 1 Aralık 2015 22:26
    Terezi..Tesekkurler..
  3. Lami95
    ŞİR - Yaxşı olar ki, əsas işlərə saat 12-dən sonra başlayasınız. Çünki əvvəlki ərəfə bir qədər qalmaqallı keçə bilər. Bu gün nüfuzlu və dəyərli insanlarla görüş keçirmək sizə səmərə verəcək.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.