03.12.2015 Gündəlik Bürclər (3 Dekabr 2015)

02 Aralık 2015
3 397
4
03.12.2015 Gündəlik Bürclər (3 Dekabr 2015)
03.12.2015 Gündəlik Bürclər (3 Dekabr 2015)

QOÇ – Səhhətinizin qayğısına qalsanız, gün ərzində digər xoşagəlməzliklərlə rastlaşmayacaqsınız. Xüsusən də nəqliyyatda ehtiyatlı olmalısınız. Tanımadığınız adamlarla təmasa girməyin.

BUĞA – Maraqlı və zövqlü bir gün yaşayacaqsınız. Sizi dəstəkləyənlər də çoxalacaq. Xeyirxah əməllərinizin sayını artırın. Təxminən saat 16-dan etibarən fəaliyyətinizdə dönüş olmalıdır.

ƏKİZLƏR – Qarşınızda bir qədər gərgin gün durduğundan bacardığınız qədər təmkin nümayiş etdirməlisiniz. Ailədaxili problemlərinizin həllinə çalışın, onlarla birlikdə əylənməyə çalışın.

XƏRÇƏNG – Günün ilk yarısında bir qədər pərişanlığınız gözlənilir. İnsanlara münasibətinizi dəyişin. İşlə bağlı gözləntiləriniz müsbət nəticə verməlidir. Digər yeniliklər də gözlənilir.


ŞİR – İlk növbədə şəxsi büdcənizin durumunu dirçəltməyə çalışın. Çünki indiki məqamda problemlərinizin az qala hamısı pula bağlıdır. Əgər planlaşdırmısınızsa, səfərə çıxa bilərsiniz.

QIZ – Göy qübbəsi məsləhət görür ki, nahara qədər enerjinizi dağıtmayasınız. Çünki sonrakı müddətdə bir neçə istiqamətdə fəallaşacağınız gözlənilir. Axşam riskli görüşlərə razılıq verməyin.

TƏRƏZİ – Maliyyə çətinliyiniz olsa da, bu tarixi sıxıntı içində başa vurmayacaqsınız. Əksinə, qarşınıza çıxan insanlar sizə böyük ümidlər verəcək. Dəyərli məsləhətləri eşitməyə hazır olun.

ƏQRƏB – Qarşınızda xoş bir gün durub. Qarşılıqlı münasibətlərdə mövcud olan kəm-kəsirlər xeyli yumşalacaq. Yüksək çinli adamlarla görüşləriniz perspektivlərinizi reallığa yaxınlaşdıracaq.

OXATAN – Səhər saat 06:22-də Təzə Ay bürcünüzdə doğduğundan, bu, nəzərdə tutduğunuz işlərin həyata keçməsində əhəmiyyətli rol oynayacaq. Bu gün maddi durumunuzda irəliləyiş olsa da, səhhətinizi də qorumalısınız.

OĞLAQ – İşlə bağlı aktivliyinizi artırın. Aldığınız hər bir tapşırığı ləyaqətlə icra edin. İnsanlara elə münasibət göstərin ki, qoy sizə güvənənlər daha da etibar etsin. Əks cinslərə qarşı kobud olmayın.

SUTÖKƏN – Yalnız münasibətləri düzəltmək baxımından uğurlu gündür. Bu səbəbdən fəaliyyətə çox da aludə olmayın. Vəziyyəti dirçəltmək üçün ilk növbədə ailədən başlayın. Onların könlünü alın.

BALIQLAR - Ulduzlar məsləhət görür ki, gün ərzində özünüzü çox yormayasınız. Vaxt tapıb qohum-əqrabanıza da baş çəkin. Günün ikinci yarısında işgüzar sövdələşmələrə başlamaq uğurlu nəticə verəcək.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Duyqulu Melek
    oxudum burcumu tewekurler
  2. ayka11
    Şir burcu İnşallah yaxşı olar
  3. AleDa
    • AleDa
    • 3 Aralık 2015 00:27
    Terezı.. Insallah yaxsı olar..
  4. Lami95
    sir burcu ucun tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.