05.12.2015 Gündəlik Bürclər (5 Dekabr 2015)

04 Aralık 2015
3 610
4
05.12.2015 Gündəlik Bürclər (5 Dekabr 2015)
05.12.2015 Gündəlik Bürclər (5 Dekabr 2015)

QOÇ - Saat 11-13 arası azacıq gərginliklə üzləşsəniz də, günün əsas qayəsi zövqünüzə uyğun tərzdə cərəyan edəcək. Nahardan sonra gözlənilməz və sevindirici hadisələrlə rastlaşacaqsınız.

BUĞA - Göy qübbəsi təzadlar ümmanına düşməyinizdən xəbər verir. Bu səbəbdən hər addımda ağıllı və tədbirli davranmalısınız. Fəaliyyətlə bağlı problemləriniz tədricən qaydasına düşəcək.

ƏKİZLƏR - Ümumi məziyyətlərinə görə bəxtinizə gərgin bir təqvim çıxa bilər. Odur ki, hər addımda tədbirli və ayıq-sayıq olmalısınız. Haqqınızı zorakı üsullarla tələb etməyə çalışmayın.

XƏRÇƏNG - İş yerində xırda qanqaraçılığı gözlənilir. Özünüzü ehtiyatlı aparın. Sizi başa düşməyənlərə nəyisə anlatmağa çalışmayın. Əsas diqqətinizi cari iş problemlərinin həllinə yönəldin.


ŞİR - Yeni əlaqələr yaratmaqla mövcud problemlərinizi həll etmək imkanı qazanacaqsınız. Müzakirələr zamanı mövzudan kənara çıxmayın. Axşama doğru ürəyinizə yaxın adamlara baş çəkin.

QIZ - Perspektivli sövdələşmələr üçün uğurlu vaxtdır. Amma danışıqları yalnız ikili vəziyyətdə aparmalısınız. Bu gün mühüm planlarınızı kiməsə desəniz, onlar reallığını itirə bilər.

TƏRƏZİ - Olduqca uğurlu gündür. İdeyalarınıza doğru ilkin addımlar atmaqdasınız. Tərəfdaşlarınızla səmimi olsanız, bu prosesi sürətləndirə bilərsiniz. Nahardan sonra müqəddəs ocaqlara baş çəkin.

ƏQRƏB - Hansısa narahatçılığa əsas yoxdur. İştirakçısı olduğunuz proseslər müsbət istiqamətdədir. Hətta maddi durumunuzun da yaxşılaşacağı mümkündür. Məsuliyyətinizi dərk edin.

OXATAN - Oturaq işlərə müəyyən qədər ara verin. Yoxsa gərginlikdən qurtula bilməyəcəksiniz. Ulduzlar müxtəlif ünvanlardan maraqlı təklif alacağınızı bildirir. Axşam sevinəcəksiniz.

OĞLAQ - Baş verən situasiyaları reallığın gözü ilə qiymətləndirsəniz, uğurlarınız çox olacaq. Bu gün sizə qarşı rəğbət artacaq. Bunu nəzərə alıb hərəkətlərinizə diqqət yetirin.

SUTÖKƏN - Üzərinizə düşən başlıca vəzifə səhhətinizi qorumaqdan ibarətdir. Hətta bunun naminə işdən yayınmaq da olar. Saat 18-dən sonra sevgi romantikliyinə qapılmağınız məsləhətdir.

BALIQLAR - Göy qübbəsi ovqatınızın yüksələcəyinə işarə edir. Mənəvi rahatlığa qovuşmaq üçün imkanlarınız var. Buna baxmayaraq, təkbaşına fəaliyyət göstərməkdən çəkinin. Qazanc barədə düşünün.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
AgoRa.
İnaniram burclerer oxudum burcumu
Lami95
wir burcu
tesekkur melumata gore
AleDa
  • AleDa
  • 4 Aralık 2015 21:57
Terezı maraqlıdı.. Tesekkurler
Duyqulu Melek
oxudum burcumu
pis hecne
demirdi burcumde
saqolun
RƏY ƏLAVƏ ET