06.12.2015 Gündəlik Bürclər (6 Dekabr 2015)

05 Aralık 2015
2 966
3
06.12.2015 Gündəlik Bürclər (6 Dekabr 2015)
06.12.2015 Gündəlik Bürclər (6 Dekabr 2015)

QOÇ - Yeni əlaqələr qurmaq, nəzərdə tutulan planların icrası üçün sövdələşmələrdə iştirak etmək baxımından çox səmərəli gündür. Səhhətinizlə bağlı problemləriniz isə tədricən qaydasına düşəcək.

BUĞA - Təxminən saat 13-dən etibarən ulduzlar qarşınızda bir neçə şans yaradacaq. Ələlxüsus da gələcək perspektivlər üçün bu fürsətin əhəmiyyəti böyük olacaq. O vaxta qədərsə gözüaçıq olun.

ƏKİZLƏR - Səhhətinizlə bağlı problem yoxdursa, uğurlu gün hesab etmək olar. Üzərinizə düşən vəzifələrin məsuliyyətini dərk etsəniz, planlarınızın əksəriyyəti reallaşacaq. Tanrını yaddan çıxarmayın.

XƏRÇƏNG - Bir qədər mistik təqvimdir. Amma əminik ki, siz belə bir gündə falçı və ya cadugər yanına yox, müqəddəs ziyarətgahlara, ibadət yerlərinə baş çəkəcəksiniz. Pulla bağlı ehtiyatlı olun.


ŞİR - Bir çox bürclər kimi siz də əsas vaxtınızı sevgiyə həsr edin. Çünki yeganə uğurunuz bu sahədə olacaq. Digər məsələlərdə isə qalmaqal gözlənilir. Vəzifəli adamlarla ehtiyatlı davranın.

QIZ – Kifayət qədər uğurlu gündür. Hətta havaların dəyişkənliyi də ovqatınıza mənfi təsir göstərməyəcək. Məhəbbət amilinə daha çox diqqət yetirin, işgüzar sövdələşmələri sürətləndirin.

TƏRƏZİ - Həddindən ziyadə səmərəli bir gün yaşayacaqsınız. Qonşu və qohumlarla təmkinli və ədalətli davranın. Sevindirici xəbərlər, uğurlu hadisələr ovqatınızı yüksəldəcək.

ƏQRƏB - Saat 15-ə qədər bütün vacib işlərinizi yekunlaşdırın. Çünki göstərilən müddətdə iştirakçısı olduğunuz proseslər xeyrinizə cərəyan edəcək. Sonrakı saatlarda neytrallıq nümayiş etdirin.

OXATAN - Fəaliyyətlə bağlı uğurlarınız birə-beş qat arta bilər. Bunun üçün həmkarlarınızla əlaqələri dərinləşdirməli, yeni iş təkliflərinə başdansovdu yanaşmamalısınız. Risk etməkdən qorxmayın.

OĞLAQ - Ulduzların düzümü daha çox qarşılıqlı münasibətlər zəminində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Bu yönümdə sevgi amilini daha çox qabardın. Axşamsa ehtiyatlı olun.

SUTÖKƏN - Saat 11:54-dən Ay bürcünüzdə olsa da, nəzərdə tutduğunuz planlar müsbət həllinə yaxınlaşacaq. Dedi-qodudan uzaq olun. Məişət problemlərini deyil, mənəvi duyğularınızı qabardın.

BALIQLAR - Qarşınızda duran gündə Göy qübbəsi daha çox neytrallıq nümayiş etdirməyinizi tələb edir. Ciddi sövdələşmələri, riskli məsələləri (ələlxüsus pulla bağlı) təxirə salın.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
glamour
SUTÖKƏN - Saat 11:54-dən Ay bürcünüzdə olsa da, nəzərdə tutduğunuz planlar müsbət həllinə yaxınlaşacaq. Dedi-qodudan uzaq olun. Məişət problemlərini deyil, mənəvi duyğularınızı qabardın.
sevgi^_^
oglaq burcune gore cox sagol
AleDa
  • AleDa
  • 5 Aralık 2015 23:00
TƏRƏZİ - Həddindən ziyadə səmərəli bir gün yaşayacaqsınız. Qonşu və qohumlarla təmkinli və ədalətli davranın. Sevindirici xəbərlər, uğurlu hadisələr ovqatınızı yüksəldəcək

Ay Insallah))) tesekkurler..
RƏY ƏLAVƏ ET