Dolça bürcünün ümumi xüsusiyyətləri

11 Ocak 2016
3 396
1
Dolça bürcünün ümumi xüsusiyyətləri
Dolça bürcünün ümumi xüsusiyyətləri

Dolça bürcünün ümumi xüsusiyyətləri

Dolça bürcünün ümumi xüsusiyyətləriDolça bürcü azadlığın bürcüdür. Dolçalar azadlıq düşkünüdürlər. Onlar üçün azadlıq həyatın dəyişməyən yeganə qanunudur. Azadlıq olmadan heç bir şeyin reallaşacağına inanmazlar. Azadlıq olduğu zaman isə hər şey sərhədsizdir. Azadlıq düşkünü olduqları üçün sevgi münasibətlərində sıxıntılarla qarşılaşmaları da təbiidir. Çünki bağlılıqdan uzaq durmağa çalışırlar. Dolçalar hava ünsürünün bürcüdür. Ancaq kənardan baxıldığı zaman onun su qrupundan olduğu düşünülə bilər. Bunun səbəbi isə güclü təxminlərinin olmasıdır. Hisləri hər zaman üzdədir.

Onlar olduqca zəkalıdırlar. Enerji ilə boldurlar. Qaydalara qarşı heç vaxt diqqətcil deyillər və cəmiyyətin qanunlarına önəm verməzlər. Onlar daim dəyişmək və inkişaf etmək istəyirlər. Yaradıcı ruhlu insan olmaları ilə diqqət çəkirlər. Ancaq bu yaradıcılıq daim həqiqət və ağıl üzərində qurulur. Dikbaşlıq onların bilinən bir digər xüsusiyyətidir. Bir qərar aldıqları zaman onları bu qərardan döndürmək olduqca çətindir. Davamlı olaraq yeni məlumatlar əldə etmə ehtiyacı duyurlar. Ancaq hər yeni aldıqları informasiyanı birbaşa düzgün kimi qəbul etməzlər. Əvvəlcə hər şeyi öz daxillərində süzgəcdən keçirirlər və daha sonra fikir sahibi olurlar. Hər şeyi alt-üst edib öyrənmələri sadəcə bir neçə dəqiqələrini alır.

Dolça bürcü bu mövzuda istədiyini əldə etdiyi an sıxılır. Məlumatları və fikirlərini hər sahədə demək onlara böyük bir zövq verir. Onlar öyrəndiklərini heç bir zaman hər kəslə paylaşmazlar. Sadəcə onların biliklərinə dəyər verən insanlarla paylaşım etməyi sevərlər. İkili münasibət qurmaqda olduqca uğurludurlar. Bəzən dəyişkən davrana bilərlər. Azadlığa olan düşkünlükləri səbəbindən səbəbsiz bir şəkildə sevdiklərindən uzaqlaşa bilərlər. Dolça bürcü Uran planetinin təsiri altındadır. Bu həm dəyişiklik həm də çevrilişin planetidir.

Dolçaların bir sonrakı hərəkətini müəyyən etmək olduqca çətindir. Onlara kənardan baxıldığı zaman bir çox ziddiyyətlər nəzərə çarpır. Yeniliyi, macəranı və dəyişikliyi axtarırlar. Bəzən onlardan gözlənilməyən hərəkətlər edə bilərlər. Xoşlarına gəlməyən bir şeyi o dəqiqə dəyişdirmək, öz ideallarına uyğunlaşdırmaq istəyirlər. Bu səbəblə də dünya üzərində bir çox böyük iz buraxan dahi Dolça insanları çoxdur. Basqıya qarşı çıxmaq onların ən böyük arzusudur. Onlar məntiqi olaraq idarə edə bilmədiyi və çıxış yolunu tapa bilmədikləri vəziyyətlərdən uzaqlaşırlar. Zəkalarını o qədər yaxşı istifadə etməyi bacarırlar ki, təhlükə anında çıxış qapısı olaraq düşünülə bilər.

Dolça bürcü ya dahi deməkdir ya da dəli. Qərar vermə mərhələsində hər zaman daha çox məlumata sahib olmalıdır. Onlar maddiyyata o qədər də önəm vermilər. Bəlkə də onların ən böyük zəifliyi müdafiə etdikləri idealları özləri tətbiq etməmələrindədir. Onlar hər zaman insanlığı xilas etmək istəyirlər. Lakin bunun uğrunda elə də çox iş gördüklərini demək olmaz. Sosial olaraq həssas olsalar da əslində eqoist insanlardır. Yenə də fərdi dəyərlər üçün deyil kollektiv dəyərlər üçün mübarizə aparırlar.

Tam da bu məqamda Dolçalar digər bürclərdən fəqlənir.

Dolça bürcünün ümumi xüsusiyyətləri


leydi.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 13 Ocak 2016 19:51
    Məndə dolça bürcüyəm və xəbəri oxuyarkən elə düşündüm ki,mənim tam xarakterimi bilən kimsə yazıb bunu.Hamısı çox doğrudur bir cümləsidə yalnış deyil.Xəbər üçün çox sağolun.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.