08.01.2016 Gündəlik Bürclər (8 Yanvar 2016)

07 Ocak 2016
3 294
1
08.01.2016 Gündəlik Bürclər (8 Yanvar 2016)

08.01.2016 Gündəlik Bürclər (8 Yanvar 2016)

Qoç - Cılız düşüncəli insanların fikirlərini ciddiyə almayın. Yalnız öz təcrübə və potensialınıza uyğun addım atın. Maliyyə problemlərinizin həllini nahardan sonraya saxlayın.

Buğa - Günün ilk yarısında ovqatınızı qorumağa çalışın. Bunu bacarsanız, təxminən saat 14-dən sonra vəziyyəti xeyrinizə dəyişə biləcəksiniz. Aldığınız işgüzar təkliflərə biganə yanaşmayın.

Əkizlər - Yersiz risklərə lüzum yoxdur. Əks halda ciddi yanlışlığa yol verə, nəticədə isə gözdən düşə bilərsiniz. Ümumiyyətlə, bu gün təkbaşına hansısa işə girişməyiniz yolverilməzdir.

Xərçəng - Yalnız perspektivlərinizlə bağlı sövdələşmələrdə iştirakınız uğurlu ola bilər. Konkret işlərə isə girişməməlisiniz. Ulduzlar pul məsələlərində ehtiyatlı olmağı məsləhət görür.


Şir - Şəxsi işlərinizdə önəmli rol oynaya biləcək insanları arayıb-axtarın. Əks halda mövqeləriniz zəifləyəcək. Nahar ərəfəsində mübahisələrdən yayının ki, enerjiniz azalmasın.

Qız - Başqalarının işinə qarışmasanız, ixtiyarınızda olan bu təqvimdən razı qalacaqsınız. Neçə vaxtdan bəri planlaşdırdığınız işləri nəhayət ki, reallığa yaxınlaşdıra biləcəksiniz.

Tərəzi - Ola bilsin ki, yeni iş təklifləri alasınız. Əgər belə bir şans yaransa imtina etməyin. Göy qübbəsi sağlıq durumunuzda xırda narahatçılıqların olacağını da istisna etmir.

Əqrəb - Böyük işlər astanasındasınız. Artıq üzüntülü həyatınıza əlvida deməyə hazırlaşırsınız. Deməli, xırdaçılıqları bir kənara atıb daha qlobal, daha imanlı çalışmalısınız.

Oxatan - Fəaliyyət zəminində öz məsuliyyətinizi hiss edin. Xüsusən də rəhbərliyin əsəbini qabarda bilən işlər görməyin. Nahardan sonra şəxsi büdcənizdə müsbət dəyişikliklər də mümkündür.

Oğlaq - İştirakçısı olduğunuz hər bir prosesi yaxşı-yaxşı analiz edin. Bu, sonrakı vəziyyətinizə də təsir göstərəcək. Siyasi mübahisələrə, şit əyləncələrə və uzaq səfərlərə "yox" deyin.

Dolça - Əsas gücünüzü nitq mədəniyyətinə yönəldin. Elə davranın ki, hər sözünüz, hər ifadəniz müsahiblərinizə yalnız xoş təsir bağışlasın. Sevgi barədə isə Füzuli qədər söz sərrafı olun.

Balıqlar - Bütün enerjinizi işgüzar müstəviyə yönəldin. Çünki bu barədə həftənin ən düşərli gününü yaşayacaqsınız. Təcrübəli adamlardan məsləhət alın ki, səhvlər buraxmayasınız.mir.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 7 Ocak 2016 21:20
    is yaxsidirda xirda xestelik kefimi pozdu onsuda 2 gundu qulaqim aqriyir
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.