16.01.2016 Gündəlik Bürclər (16 Yanvar 2016)

15 Ocak 2016
2 529
1
16.01.2016 Gündəlik Bürclər (16 Yanvar 2016)

16.01.2016 Gündəlik Bürclər (16 Yanvar 2016)

Qoç - Hiss olunur ki, ətrafınızda cərəyan edən hadisələr sürətli olsa da, cansıxıcı təsir bağışlayır. Amma bu, ötəridir. Əgər qərarlarınızda qətiyyət göstərsəniz, narahatlıq olmayacaq.

Buğa - Yaxşı olar ki, özünüzü bütünlüklə sevgiyə həsr edəsiniz. Çünki məhəbbətin himayədarı olan planetinizin (Venera) ideal nöqtədə qərar tutması aktivliyiniz xeyli artıracaq.

Əkizlər- Ulduzların düzümü kənar təsirlərə məruz qalacağınızdan xəbər verir. Ələlxüsus da saat 12-15 arası ehtiyatı əldən buraxmamalısınız. Sevgi münasibətlərini arxa plana salmayın.

Xərçəng - İlin-günün bu vaxtında orqanizminiz də passivləşməyə vaxt tapıb. Halbuki indiki ərəfədə qarşınızda çoxsaylı vəzifələr var. Deməli, səhhətinizi qorumaqla hər şeyə nail ola bilərsiniz.

Şir - Kənardan hansısa dəstək alacağınız inandırıcı deyil. Bu səbəbdən də yalnız öz gücünüzə arxalanın. Göy qübbəsi görüş və müzakirələrə gecikməməyi tövsiyə edir. Riskdən qorxmayın.

Qız - Bəxtinizdə maraqlı bir gün durur. Qarşınıza çıxan bütün şanslardan yararlanın. Şəxsi büdcənizin azlığından şikayətlənməyin. Axı hələ hər şey itirilməyib. Azacıq səbr edin.

Tərəzi - Maraqlı adamlarla görüşəcəyinizi bəyan edən ulduzlar hazırkı perspektivləriniz üçün bunun böyük səmərə verəcəyini deyir. Başqa maraqlı olaylarla da qarşılaşacağınız istisna olunmur.

Əqrəb - Astroloji göstəricilər xoş bir təqvim yaşayacağınızı bildirir. Xüsusən də saat 14-dən sonra bir neçə sürprizlə rastlaşma ehtimalınız var. Şəxsi büdcənizi artırmaq üçün canfəşanlıq göstərin.

Oxatan - Diqqətli olun, sizi aldada bilərlər. Ələlxüsus da peşə-sənət fəaliyyətində, işgüzar sövdələşmələrdə ayıq-sayıqlığınızı artırmalısınız. Düşünülməmiş riskə ehtiyac yoxdur.

Oğlaq - Bürcünüzün "hakimiyyət dövrü" daraldıqca işgüzarlığınız da artmaqdadır. Bu səbəbdən şəxsi büdcənizi qorumalı, fəaliyyət istiqamətlərini dəqiqləşdirməlisiniz. Mübahisələrdən qaçın.

Dolça - Əvvəlki günlərlə müqayisədə sağlıq durumunuz qənaətbəxşdir. Bundan irəli gələrək fəaliyyətinizi aktivlik müstəvisinə yönəltmək imkanı qazanacaqsınız. İşgüzar görüşləri təxirə salmayın.

Balıqlar - Uğurlarınıza təkan verildiyindən qlobal problemləriniz arxada qalmaqdadır. Lakin rəqiblərlə münasibətdə ehtiyatı əldən buraxmamalısınız. Adı təhlükədə hallanan vəzifəlilərdən uzaq olun.mir.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
alara
  • alara
  • 16 Ocak 2016 11:57
bu gun hele her sey dediyiniz kimidir insallah belede geder bir seylerle qarsilasmaq istemirem
RƏY ƏLAVƏ ET