24.01.2016 Gündəlik Bürclər (24 Yanvar 2016)

23 Ocak 2016
2 474
4
24.01.2016 Gündəlik Bürclər (24 Yanvar 2016)

24.01.2016 Gündəlik Bürclər (24 Yanvar 2016)

Qoç - Saat 15-ə qədər hər bir görüşü təxirə salmağınız məsləhətdir. Əks təqdirdə gözlədiyiniz uğurlardan uzaq düşəcəksiniz. Özünə qapılmağa da dəyməz. Günün ikinci yarısını gözləyin

Buğa - O qədər də ürəkaçan olmayan maddi durumunuzu dirçəltmək üçün müəyyən imkanlar qazanacaqsınız. Büdcənizi artırmaq istiqamətində dəstək ala bilərsiniz. Kobudluğa yol verməyin.

Əkizlər - Əsas vaxtınızı istirahətə yönəltməyə çalışın. Hər hansı fiziki iş səhhətinizə mənfi təsir göstərə bilər. Bu gün cinsi yaxınlıq, ağır fiziki işlərə girişmək və səfərə çıxmaq sizin üçün yolverilməzdir.

Xərçəng - Bu təqvimdə bir qədər neytral mövqedə dayanmağınız məsləhət görülür. Nahardan sonra ciddi və riskli işlərə qol qoymayın. Çünki səhər saat 08:01-dən mənfi Ay bürcünüzdə meydan sulamaqdadır.


Şir - Tərəfdaşlarınızla aranızda müəyyən mübahisələr olsa da, özünüzü təmkinli aparmalısınız. Deyilən hər sözə ciddi yanaşmayın. Yaxşı olar ki, bütün gücünüzü fəaliyyətə yönəldəsiniz.

Qız - Ulduzlar yalnız qarşılıqlı əlaqələr zəminində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Bu baxımdan gəzintiyə çıxmaq, qonaq getmək səmərəlidir. Riskli işlərdən yayının.

Tərəzi - Bu gün istirahət etmək fikriniz çətin ki, baş tuta. Əksinə, ikitərəfli sövdələşmələrə və yeni işlərə başlamaq lazımdır. Büdcənizdə artım da ola bilər. Axşama doğru mübahisələrdən uzaq qaçın.

Əqrəb - Hər mənada uğurlu təqvimdir. İstər şəxsi büdcəni artırmaq istiqamətində, istərsə də işgüzar sövdələşmələrdə irəliləyişləriniz mümkündür. Amma məbadə falçı yanına gedəsiniz.


Oxatan - Astroloji göstəricilər günün birinci yarısını müəyyən qədər gərgin tərzdə başa vuracağınızı bəyan edir. Sonrakı müddətdə isə ətrafınızda olanların rəğbətini qazanacaqsınız..

Oğlaq - Deyəsən, Göy qübbəsi əzablarınızı görüb sizə güzəştə getmək fikrinə düşüb. Bu səbəbdən də əksər məsələlərdə yardımçınız olmaqdadır. Səfərə çıxmaq və varlanmaq ehtimalınız da var.

Dolça - Olduqca uğurlu təqvimdir. Ulduzlar bir tərəfdən əlverişli təkliflər alacağınızı, digər tərəfdənsə maliyyə uğurlarına nail olacağınızı bildirir. Hər mənada nikbin olmağa əsas var. Münasibətləri də qoruyun.

Balıqlar - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu amil daha çox sevgi zəminində reallaşacaq. İş yerində isə həmkarlarınızla xırda mübahisələriniz gözlənilir. Çılğınlıqdan uzaq olun.mir.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Aysen Memmedova
    Dolça bürcü haqqında verdiyiniz məlumatların heç biri düz deyil,çoooox pis ve gərgin anlar dı menim üçün
  2. SEHRI
    • SEHRI
    • 24 Ocak 2016 14:34
    Dolça - Olduqca uğurlu təqvimdir. Ulduzlar bir tərəfdən əlverişli təkliflər alacağınızı, digər tərəfdənsə maliyyə uğurlarına nail olacağınızı bildirir. Hər mənada nikbin olmağa əsas var. Münasibətləri də qoruyun.

    İn Şə Allah yazılan kimi olar. Bu aralar uğura və şansa çox ehtiyacım var.
  3. royus
    • royus
    • 24 Ocak 2016 11:20
    xerceng-tesekkurler
  4. My_Life_My_kayf
    cox sagol ay qaqa.... no
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.