25.01.2016 Gündəlik Bürclər (25 Yanvar 2016)

24 Ocak 2016
2 870
2
25.01.2016 Gündəlik Bürclər (25 Yanvar 2016)

25.01.2016 Gündəlik Bürclər (25 Yanvar 2016)

Qoç - Ümumi görüntü gərginliklə müşayiət olunsa da, əməkdaşlıq zəminində sizi böyük uğurlar gözləyir. Boş oturmaq haqqında düşünməməlisiniz. Nə qədər aktiv olsanız, nailiyyətləriniz də artacaq.

Buğa - Fəaliyyətlə bağlı bəzi uğurlarınız gözlənilir. İşinizdə əsaslı dönüş yaratmaqla buna nail ola bilərsiniz. Sənədləşdirmə məsələlərinə maksimum diqqətlə yanaşın. Uzaq yola çıxmaq məsləhət görülmür.

Əkizlər - Bacardığınız qədər oturaq işlərə ara verin. Ən azı ona görə ki, bu təqvimdə qazandığınız uğur və zövq yalnız səyyar fəaliyyətlə bağlı olacaq. Qonaq getmək, gəzintiyə çıxmaq da olar.

Xərçəng - Ayın bürcünüzdə olmasına baxmayaraq gün ərzində ümumi ovqatınız yüksək olacaq. Saat 14-dən sonra xoş hadisələrlə üzləşəcəksiniz. Axşamsa ciddi müzakirələrdə iştirakınız gözlənilir.

Şir - Əməkdaşlıq zəminində müəyyən uğurlar əldə edə bilərsiniz. Hətta yeni iş üslubuna keçmək də olar. Amma çalışmalısınız ki, təşəbbüskarlıq qarşı tərəfdən irəli gəlsin.

Qız - Nahara qədər əsəblərinizi qoruyun ki, sonrakı müddətdə qarşınıza çıxan şanslardan lazımi qədər bəhrələnə biləsiniz. Saat 16-18 arası perspektivli danışıqlarda bəxtiniz gətirə bilər.

Tərəzi - İqlimin qeyri-stabilliyi səhhətinizlə bağlı narahatlıq yaratmasın deyə, özünüzü buna hazırlamalısınız. Göy qübbəsi bu təqvimdə maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Amma yeni işlərə başlamamalısınız.

Əqrəb - Ümumi ovqatınızda mənfi fəsadlar nəzərə çarpacaq. Lakin bu, saat 14-dən o yana keçməyəcək. Çünki qalan müddətdə Göy qübbəsi var gücü ilə sizi sevindirəcək. Naşükürlük etməyin!


Oxatan - Qərar verməkdə başqalarının fikirlərinə aludə olmasanız, bu təqvimdən razı qalacaqsınız. İndiki məqamda əlçatmaz olan arzuların arxasınca qaçıb əbəs yerə vaxt itirməyin.

Oğlaq - İşgüzar əlaqələrdə, eləcə də qarşılıqlı sövdələşmələrdə tədbirli olun. Çünki ulduzların düzümü bu istiqamətdə bəzi maneələrin olacağından xəbər verir. Yalan vəd verməyin.

Dolça - Olduqca təzadlı bir təqvimdir. Günün ümumi mənzərəsi atacağınız addımlardan birbaşa asılı olacaq. Həmkarlarınızla mübahisələrə yol verməyin. Nahardan sonra ziyarətgahlara gedin.

Balıqlar - Risk etməyə lüzum yoxdur. Kiminsə təlimatlarına aludə olmaqdansa, reallığa uyğun addım atın. Unutmayın ki, indi sizin çıxılmaz vəziyyətə düşməyinizi istəyənlər çoxdur.mir.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. nuranə
    Çox güzel ve doğru
  2. KarameL...
    men ekizlerem amma qonaq gede bilmirem
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.