30.01.2016 Gündəlik Bürclər (30 Yanvar 2016)

29 Ocak 2016
2 424
2
30.01.2016 Gündəlik Bürclər (30 Yanvar 2016)

30.01.2016 Gündəlik Bürclər (30 Yanvar 2016)

Qoç - Bürcünüzün bu ərəfəsində bir qayda olaraq ovqatınız xoş olur. Əsəblərinizi pozan hansısa hadisə baş vermir. Bu səbəbdən də nəzərdə tutduğunuz işləri arxayın görə bilərsiniz.

Buğa – Dostluq münasibətində olduğunuz şəxslərlə aranızda soyuqluq baş verə bilər. Bunu nəzərə alıb şit zarafatlara, yalançı vədlərə yol verməyin. Saat 17-dən sonra maraqlı qonaqlıq sizi gözləyir.

Əkizlər - Maddi problemlərinizin qismən də olsa, qaydasına düşəcəyi gözlənilir. Lakin ünsiyyətdə olduğunuz şəxslərlə ehtiyatlı davranın. Əks halda, özünüzə qarşı inamı itirə bilərsiniz.

Xərçəng - Olduqca uğurlu bir gündür. Ətrafınızda olanların hamısı sizi sevindirəcək. Günün birinci yarısında təzə xəbərlər eşidəcəksiniz. Bu gün şəxsi büdcənizdə artım da labüddür.


Şir – Hansısa aktiv duruma yetişəcəyinizi düşünməyin. Çünki ünsiyyətdə olduğunuz insanlar bu gün real gücə malik olmayacaqlar. Buna baxmayaraq, maddi durumunuzda irəliləyiş ola bilər.

Qız– Ay ərzində topladığınız yorğunluğu dəf etmək üçün daha çox istirahət etməyiniz məsləhətdir. Yeni iş təkliflərinə razılıq verməyə və uzaq səfərə çıxmağa tələsməyin. Qidanıza fikir verin.

Tərəzi - Yaxşı olar ki, bu təqvimi bütünlüklə istirahətə həsr edəsiniz. Çünki fəaliyyət zəminində istədiyiniz manevrləri edə bilməyəcəksiniz. Axşama yaxın müqəddəs yerlərə gedin.

Əqrəb - Pulla bağlı müəyyən irəliləyişləriniz gözlənilsə də, soyuğa qarşı tədbirli olmalısınız. Yaxşı olar ki, vaxtınızı daha çox ev şəraitində keçirəsiniz. Bələd olmadığınız şəxslərin vədlərinə aldanmayın.


Oxatan - Sağlamlığınızla bağlı müəyyən çətinliklərin olacağını bəyan edən ulduzlar özünüzə diqqət yetirməyinizi məsləhət görür. Nahardan sonra qayğınıza qalanların yanında olun, uzaq yola çıxmayın.

Oğlaq - Planetiniz olan Saturnun "hakimiyyətdə" olması şəxsi işlərinizdə müsbət dönüşə təkan verməkdədir. Odur ki, aktivlik nümayiş etdirməli, işgüzar əlaqələrinizi dərinləşdirməlisiniz.

Dolça - Səhər saat 09:32-dən mənfi yüklü Ay bürcünüzdə olduğu üçün neytral mövqedə dayanıb ciddi işlərinizi bütünlüklə təxirə salmalısınız. Heç kimə vəd verməyin. Gün ərzində sağlamlığınıza da diqqət yetirin.

Balıqlar- Gələn ay görəcəyiniz işlər üçün mütləq danışıqlar aparmalısınız. Bu məsələyə laqeyd yanaşsanız, planlarınız pozula bilər. Uzaqda yaşayan doğmalarınızla əlaqə saxlayın.mir.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 30 Ocak 2016 13:02
    vallah dediyiniz oldu gezintiye gedirdim yolda yixilib eve qayitdim indide otrurub evde istirahet edirem
  2. SEHRI
    • SEHRI
    • 29 Ocak 2016 21:55
    Xeber ucun tesekkurler,tetildeyem onsuzda ciddi islerim yoxdu sabah.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.