05.02.2016 Gündəlik Bürclər (5 Fevral 2016)

04 Şubat 2016
2 637
1
05.02.2016 Gündəlik Bürclər (5 Fevral 2016)

05.02.2016 Gündəlik Bürclər (5 Fevral 2016)

Qoç – Bu gözəl gündə ulduzlar perspektivli təkliflər alacağınızı bildirir. Amma belə bir gündə doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına da imkan verməyin. Pul da gözlənilir.

Buğa – Əsas vaxtınızı istirahətə yönəltsəniz, daha yaxşı olar. Çünki bu təqvimdə aktivlik enerjiniz aşağı olduğundan hər hansı cəhdinizin anındaca həll olunması ağlabatan görünmür. Qohum-əqrabaya baş çəkin.

Əkizlər – Yeni işlərə başlamaqda çətinlik çəksəniz, məsləhətləşməkdən çəkinməyin. Onu da bilin ki, bu gün saat 11-14 arası istənilən riskiniz müvəfəqqiyyətlə nəticələnəcək. Şəxsi büdcənizdə artım da gözlənilir.

Xərçəng – Əgər uzaq səfərə çıxmaq fikriniz varsa, bu tarixdən yaxşı gün tapa bilməyəcəksiniz. Nəsil karmasını inkişaf etdirmək, keçmişinizdə rol oynayan insanlarla təmas gərginliyinizi xeyli səngidə bilər.

Şir – Cari işlərinizlə məşğul olmağınız yetər ki, günün ümumi mənzərəsindən razı qalasınız. Deməli, hər hansı yeni işlərə başlamaq və ya riskli sövdələşmələr aparmaq üçün münasib vaxt deyil.

Qız – Qayda-qanuna riayət edin. Gizli alış-veriş, həmkar və şəriklərə yalan satmaq ağır nəticələrə səbəb ola bilər. Bu gün ağlınız kəsməyən işlərə pul qoymaq, xüsusən də kiməsə borc vermək də olmaz.

Tərəzi – Qarşınızda normal bir gün durur. İştirakçısı olduğunuz proseslər daha çox çıxardığınız qərarlardan asılı olacaq. Hansısa məsələdə tərəddüdünüz olarsa, etibarlı və təcrübəli insanlarla məsləhətləşin.

Əqrəb – Üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qorumaqdan ibarət olmalıdır. Perspektivlərinizə daha tez yetişməyiniz üçün bunun böyük əhəmiyyəti ola bilər. Qidanıza fikir verin.


Oxatan – Bu təqvimdə lazımsız yerlərə xərc çəkməyi dayandırın. Hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Saat 17-dən sonra maraqlı sürprizlərin şahidi olacaqsınız. Sirlərinizi heç kimə deməyin.

Oğlaq – Hər təsadüfi adama etibar etməyin. Əks təqdirdə planlarınızın inkişafını ləngidəcəklər. Daşınmaz əmlak alqı-satqısında gözüaçıq olun. Təzə əyin-baş almaq üçün çox uğurlu vaxtdır.

Dolça – Bu gün imkan daxilində uzaq səfərləri təxirə salın. Çünki yaşadığınız məkanda perspektivləriniz daha böyükdür. Bütün hallarda doğru danışın, səhv və günahlarınızı etiraf etməyi bacarın.

Balıqlar – İştirakçısı olduğunuz bütün situasiyalar xeyrinizə işləyəcək, səmərəli səfərlər, maliyyə uğurları da yolunuzu gözləyir. Yuxu və qida rejiminizi də diqqətdə saxlayın. Bədbin düşünməyin.mir.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 4 Şubat 2016 22:20
    gunum sakit kececek diyesen insallah her seyin yaxsisi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.