17.02.2016 Gündəlik Bürclər (17 Fevral 2016 Günlük Bürclər)

16 Şubat 2016
2 710
2
17.02.2016 Gündəlik Bürclər (17 Fevral 2016 Günlük Bürclər)
17.02.2016 Gündəlik Bürclər (17 Fevral 2016 Günlük Bürclər)

Qoç- Maliyyə problemlərinizin artdığı bu ərəfədə özünüzü üzməməlisiniz. Çünki bu, qısa zamanı əhatə edəcək. Nahardan sonra köhnə dostlarınızın köməyilə mövcud çətinliklərinizi dəf edəcəksiniz.

Buğa- Hiss olunur ki, qismən kasıb dövr yaşamaqdasınız. Amma darıxmağa lüzum yoxdur. Ən azı ona görə ki, Göy qübbəsi bu gündən maddi durumunuza müsbət təsir göstərəcək. Əsas vaxtınızı yalnız bu amilə ayırın.

Əkizlər - Astroloji göstəricilər saat 12-dək səhhətinizlə bağlı problemlərin yaranacağını bildirir. Odur ki, orqanizminizə uyğun olmayan işlərdən uzaq olun. Sonrakı saatlarda isə çoxsaylı sürprizlərlə rastlaşacaqsınız.

Xərçəng- Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Bir tərəfdən maraqlı insanlarla görüşləriniz, digər tərəfdənsə şəxsi işlərinizdə baş qaldıran müsbət dönüş sizi sevindirəcək.

Şir– Saat 11-13 aralığı sizin üçün bir qədər mübahisəli keçə bilər. Odur ki, maksimum təmkin nümayiş etdirməyiniz vacibdir. Günün qalan hissəsini isə normal şəkildə başa vuracaqsınız. Axşam qonaq getməyiniz yaxşı olar.

Qız– Nahar saatlarını neytral şəkildə başa vurmağa çalışın. Çünki göstərilən ərəfədə müəyyən xoşagəlməzliklər baş verə bilər. Xüsusən də pulla bağlı söhbətlərdə ehtiyatlı olun. Günün qalan hissəsi qismən düşərlidir.

Tərəzi- Astroloji göstəricilər bu günə böyük ümidlərlə yanaşdığınızı bəyan edir. Konkret olaraq saat 14-dən bütün sahələrdə uğurlarınız mümkündür. O vaxta qədərsə əsas enerjinizi münasibətləri yaxşılaşdırmağa yönəldin.

Əqrəb– Bu tarix çoxları kimi sizin də taleyinizdə əsaslı rol oynayacaq. Saat 11-14 aralığında gözlənilməz təsadüf nəticəsində mövcud problemləriniz aradan qalxmağa başlayacaq. O vaxta qədərsə yarımçıq problemlərinizin aradan qaldırmağa çalışın.


Oxatan- Ulduzların düzümü xoş məqamların şahidi olacağınızı bəyan edir. Lakin bu kimi şansları qaçırmamaq üçün özünüz də aktivlik göstərməlisiniz. Əgər daxilinizdə paxıllıq və eqoistlik varsa, dərhal ondan təmizlənin.

Oğlaq - Sağlıq durumunuz imkan versə, paralel olaraq bir neçə işin öhdəsindən gələ biləcəksiniz. Şəxsi həyatınıza hakim kəsilən problemlərə də işıq düşəcək. Bu gün qonaqlıqlar, birgə gəzinti və səfərlər sizə yalnız ruh yüksəkliyi gətirə bilər.

Dolça- Yeni əlaqələrə başlamaq üçün konkret addımlar atmağa dəyər. Amma hansısa məsələyə görə ciddi məbləğdə xərc çəkməyə lüzum yoxdur. Rəhbərliklə münasibətləri mülayimləşdirin.

Balıqlar- Fevralın bəxtinizə düşən ən uğurlu günü yetişməkdədir. Nəzərə alın ki, artıq aparıcı bürc kimi şanslarınız da artmaqdadır. Bunu özünüz də hiss edəcəksiniz. Xüsusən də fəaliyyətlə bağlı uğurlu məqamlarınız artacaq.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
sevgi^_^
Oglaq burcune gore sagol )
alara
  • alara
  • 16 Şubat 2016 22:29
insallah her seyin yaxsisi hami ucun
RƏY ƏLAVƏ ET