18.02.2016 Gündəlik Bürclər (18 Fevral 2016 Günlük Bürclər)

17 Şubat 2016
2 479
1
18.02.2016 Gündəlik Bürclər (18 Fevral 2016 Günlük Bürclər)
18.02.2016 Gündəlik Bürclər (18 Fevral 2016 Günlük Bürclər)

Qoç– Astroloji göstəricilər daha çox şəxsi büdcənizin artacağından xəbər verir. Hətta bunun naminə digər məsələləri ikinci plana da sala bilərsiniz. Çünki ulduzlar gələn həftəyə imkanlı şəkildə qədəm qoyacağınızı bildirir.

Buğa- İstər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə ümumi axar ürəyinizcə olacaq. Başlıca probleminiz olan maliyyə çətinlikləri isə qismən də olsa, qaydasına düşəcək.

Əkizlər- Günboyu qazanc əldə etmək üçün yaxşı imkanlarınız olacaq. Bu səbəbdən nahara qədər yarımçıq işlərinizi yekunlaşdırmağa çalışın. Nəzərə alın ki, bu ərəfə daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək.

Xərçəng– Saat 10-12 arası ətrafınızda, həmçinin daxilinizdə ümumi bir gərginlik hökm sürəcək. Bu isə ümumi ovqatınızı aşağı sala bilər. Yaxşı olar ki, həmin müddəti evdə keçirəsiniz. Sonrakı saatlar çox düşərlidir.

Şir - Bu təqvimi romantik tərzdə keçirmək istəyirsinizsə, aldığınız dəvətlərə "yox" deməyin. Çünki evdə qalmaq sizin üçün darıxdırıcı keçə bilər. Yeni işlərlə bağlı müəyyən səfərlər etmək olar.

Qız- Perspektivlərinizin reallaşması üçün bir qədər mürəkkəb gündür. Hətta vəzifə pilləsində müəyyən uğursuzluq ehtimalınız da var. Odur ki, hər bir situasiyaya təmkinlə yanaşmağa çalışmalısınız.

Tərəzi- İxtiyarınızda olan gün sizin üçün çox sakit keçəcək. Amma kiməsə borc vermək, ümumiyyətlə riskli sövdələşmələrə getmək uğurlu deyil. Bu gün sənədləşdirmə işlərinizi də qaydasına salın.

Əqrəb- Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Amma nəzərdə tutduğunuz ideyaları həyata keçirmək üçün mütləq risk etməlisiniz. Onsuz da əksər işləriniz risklər hesabına reallaşır.


Oxatan- Qarşınızda uğurlu bir gün durur. Bu baxımdan paralel olaraq bir neçə işdə fəaliyyət göstərə bilərsiniz. Hadisələrin müsbət inkişafı daha şanslı olmağınıza şərait yaradacaq.

Oğlaq- Ümumi ab-hava əsəblərinizə mənfi təsir göstərsə də, bu, qarşınıza qoyduğunuz məqsədlərə yetişməkdə sizə mane olmayacaq. Hərdəmxəyallıq, acıdillilik etməyin. Yeni işlə bağlı uzaq dəvətlərə aludə olmayın.

Dolça- Ulduzlar saat 12-yə qədər ayıq-sayıqlığınızı artırmağınızı məsləhət görür. Ələlxüsus da fəaliyyət zəminində baş verən bütün proseslərdə neytrallıq nümayiş etdirməlisiniz. Sonrakı saatlarda isə maraqlı hadisələrlə rastlaşacaqsınız.

Balıqlar- Kosmik ahəngə uyğunlaşmağı bacarsanız, qayğılarınız da azalacaq. Qlobal problemlərinizin həll olunması üçün canfəşanlığınızı artırmalısınız. Bu addımınızı dəstəkləyən Göy qübbəsi bir çox məsələlərdə sizə yardımçı olacaq.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. sevgi^_^
    Duzduye bu aralar yaman acidilli olmuwam gerey ozum ozume el gezdirem :D twkler oglaq burcune gore
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.