19.02.2016 Gündəlik Bürclər (19 Fevral 2016 Günlük Bürclər)

18 Şubat 2016
2 513
1
19.02.2016 Gündəlik Bürclər (19 Fevral 2016 Günlük Bürclər)
19.02.2016 Gündəlik Bürclər (19 Fevral 2016 Günlük Bürclər)

Qoç- Xırda mübahisələri nəzərə almasaq, bu tarix sizin üçün normal bir zaman kəsiyi olacaq. Ədalətsiz insanları görəndə, haqsızlığın şahidi olanda üsyankarlıq göstərməyin. Əksinə, təmkin nümayiş etdirməklə öz ideyalarınızı tədricən onların beyninə yeridin.

Buğa– Bu təqvimi xoş ovqatla qarşılasanız, planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq. İstirahətdən daha çox əlaqələri dərinləşdirin. Axşama doğru işlə bağlı təkliflərə laqeyd qalmayın.

Əkizlər– Planetlərin yerdəyişməsinə təsadüf edən bu təqvimin sizə əhəmiyyəti böyük olacaq. Çoxsaylı işgüzar görüşlər, perspektivli və yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək.

Xərçəng– Yaxşı olar ki, əsas vaxtınızı istirahətdə keçirəsiniz. Əks təqdirdə cəhdlərinizin boşa çıxması, uğursuz sövdələşmələr, səhhətlə bağlı narahatçılıq və s. kimi mənfi fəsadlar baş verə bilər. Bir az təcrid olunun.

Şir- Yolayrıcında qalmağınız yetər. Gələcəyinizi, taleyinizi düşünürsünüzsə, konkret addımlar atın. İnsanlarla umu-küsüləri bir kənara qoyun. İndi konfliktlərə girişməkdənsə, qarşılıqlı münasibətləri mülayimləşdirmək daha sərfəlidir.

Qız- Təəssüf ki, ixtiyarınızda olan bu gün hansısa ciddi müvəffəqiyyətə nail olacağınız gözlənilmir. Ələlxüsus da saat 15-18 arası bəzi xoşagəlməzliklərlə baş-başa qala bilərsiniz. Daha çox neytral olun.

Tərəzi- Bu dəyişkən təqvimdən qorxmağınıza lüzum yoxdur. Çünki sizin kimi romantik şəxslərə bu ərəfədə heç bir zərər dəyməyəcək, üstəlik, aktivləşdiyiniz indiki dövrdə şanslarınız da artacaq.

Əqrəb- Təzadlı gündür. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə səmt ala bilər. Bu səbəbdən də yaxşı bələd olmadığınız şəxslərlə işbirliyi yaratmaqdan, riskli pul sövdələşmələrində iştirak etməkdən vaz keçin.

Oxatan- Bütün vacib iş və planlarınızı günün ilk yarısında həyata keçirməyə çalışın. Çünki günün yalnız bu hissəsi ümumi işlərinizdə aktivlik mərhələsi olacaq. Ulduzlar daşınmaz əmlak alış-verişindən uzaq olmağınızı məsləhət görür

Oğlaq- Göy qübbəsi yuxusuzluğunuzdan, həmçinin iştahasızlığınızdan şikayətlənir. Bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz. Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın.

Dolça- Bürcünüzün hakimiyyət dövrü bu gün başa çatdığı üçün mübahisə və konfliktlərdən, eləcə də yeni işlərə başlamaqdan vaz keçməlisiniz. Daha çox mənəvi rahatlığınızı təmin edin.

Balıqlar– Saat 14-ə qədər ümumi işlərinizdə passivlik hökm sürəcək. Həmin müddətdə riskli işlərdən uzaq olmalı, yeni müqavilə və təkliflərdən boyun qaçırmalı, eləcə də səhhətinizlə məşğul olmalısınız.mir.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Jessica
    Bürclər inanmıram
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.