02.03.2016 Gündəlik Bürclər (2 Mart 2016 Günlük Bürclər)

01 Mart 2016
2 725
0
02.03.2016 Gündəlik Bürclər (2 Mart 2016 Günlük Bürclər)
02.03.2016 Gündəlik Bürclər (2 Mart 2016 Günlük Bürclər)

QOÇ – Təlatümlü Uranın bürcünüzün 10-cu dərəcəsinə daxil olması köhnə münaqişələri təzələməyinizin qorxulu olacağını göstərir. Bu səbəbdən bütün gücünüzlə neytrallığınızı qorumalısınız.

BUĞA – Boş dayanmağa lüzum yoxdur. Hər fürsətdən yararlanın: istirahət və əyləncələri arxa plana salın. Ola bilsin ki, axşama doğru sevincinizi artıran fəaliyyət sürprizləri yaşayasınız.

ƏKİZLƏR – Maraqlı insanlarla rastlaşacağınızdan xəbər verən Göy qübbəsi bu təqvimdən razı qalacağınızı bəyan edir. Əgər daxili orqanlarınızı qoruya bilsəniz, hər hansı fəsad olmayacaq.

XƏRÇƏNG – Qarşınızda unikal bir tarix dayanıb. Demək olar ki, bütün proseslərdən mənfəət götürəcəksiniz, əlbəttə əgər bütün planlarınız ədalət prinsiplərinə söykənərsə. Dilinizi duasız etməyin.

ŞİR – İmkan daxilində çalışın ki, təşəbbüskarlıq başqalarında olsun. Çünki bu gün istənilən riskiniz iflasa uğraya bilər. Daxili gücünüzü ənənəvi vəzifələrinizin icrasına yönəldin.

QIZ – Ümumi gedişat maraqlı bir təqvim yaşayacağınızı bəyan edir. Hər şeyə yenidən başlayın. Əgər üç dəfədən çox cəhd etdiyiniz işlər boşa çıxırsa, onlardan imtina edin. Səfərə çıxa bilərsiniz.

TƏRƏZİ – Kosmik fon uğursuz olduğu üçün bir çox məsələlərə ehtiyatla yanaşmalısınız. Maliyyə sahəsində isə bütün növ planlarınızı dondurmağınız məsləhətdir. Yalandan keçən işlərdən yayının.

ƏQRƏB – Səhər saatlarında müəyyən problemlərdən keçəcəksiniz. Təmkininizi qorumaqla bu gərginliyi minimal itki ilə başa vura bilərsiniz. Günün qalan vaxtı müsbət çalarlı olacaq.

OXATAN – Təxminən saat 15-ə qədər nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Hansısa problemin yaranacağını düşünməyin. Sonrakı müddətdə isə diqqətli olmalısınız.

OĞLAQ – Ağlınız kəsməyən və ya keçmişi qaranlıq olan istənilən şəxslə işbirliyi qurmaqdan çəkinin, ağır fəsadları ola bilər. Əgər planınızda olsa, uzaq səfərə çıxın ki, daxili rahatlığınız bərpa olunsun.

SUTÖKƏN – Düşərli bir gün yaşayacaqsınız. Ailə üzvlərinizlə, gündəlik ünsiyyətdə olduğunuz insanlarla mülayim davranın ki, bu hal davamlı olsun. Şəxsi büdcənizi bərk-bərk qoruyun.

BALIQLAR – Ötən günlərin gərginliyindən əsər-əlamət qalmayacaq. Üstəlik, gələcək həyatınızda önəmli rol oynaya biləcək şəxslərlə rastlaşmaq ehtimalınız da var. Müqəddəs məkanlara mütləq baş çəkin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.