03.03.2016 Gündəlik Bürclər (3 Mart 2016 Günlük Bürclər)

02 Mart 2016
2 322
3
03.03.2016 Gündəlik Bürclər (3 Mart 2016 Günlük Bürclər)
03.03.2016 Gündəlik Bürclər (3 Mart 2016 Günlük Bürclər)

Qoç– Yeni işlərə başlamaq, müqavilələr bağlamaq üçün şanslarınız olacaq. Amma çalışın ki, bütün sövdələşmələri nahardan sonraya saxlayasınız. Lazımsız məsrəflərə pul xərcləməyin.

Buğa- İlahi qanunlara zidd hərəkətlər etməsəniz, ulduzlar sizi sevindirəcək. Hətta ola bilər ki, çoxdan arzuladığınız məqamlar da yetişsin. Ürəyinizə yaxın insanlarla əlaqə yaradın.

Əkizlər- İşinizdə və yeni əməkdaşlıq istiqamətində şanslarınız məhdud olacaq. Hətta bunlar baş versə də, nəticə uğursuz görünür. Bu səbəbdən də əsas vaxtınızı mənəvi istirahətə ayırın.

Xərçəng- Ətrafınızda olan insanların əksəriyyəti fikir və rəylərinizə inanmır, səmimiyyətinizə şübhə ilə yanaşırlar. Bu münasibəti dəyişmək üçün özünüzü sübut edin. Axşam xoş yeniliklər gözlənilir.


Şir- Ürəyinizdə Tanrı sevgisi varsa, cılız insanların atmacalarından qubarlanmayın. Nəzərə alın ki, hər insanın öz xisləti var və hamıda qüsur axtarmağa da çalışmayın. Sülhpərvər olun.

Qız– Şəxsi büdcənizi artırmaq üçün şanslarınız olacaq. Odur ki, deyilən istiqamətdə aktivləşməli, əlinizdən gələni etməlisiniz. Hər addımda ədalət prinsiplərini, doğruluğu əsas götürməlisiniz.

Tərəzi- Fiziki cəhətdən çox yorulduğunuzu nəzərə alan ulduzlar əsas vaxtı istirahətə yönəltməyi tövsiyə edir. İqlimin dəyişkənliyi daxili orqanlarınızda neqativ hallar yarada bilər. Səfərə çıxmaq olmaz.

Əqrəb- Bütün enerjinizi fəaliyyət müstəvisinə yönəldin. Zərrə qədər də olsa, tənbəlliyə, başısoyuqluğa yol verməyin. Ötən aydan yarımçıq qalmış mühüm işlərinizi hərəkətə gətirin.

Oxatan- Nə qədər çətin olsa da, bu təqvimi təmkinlə başa vurmalısınız. Əks təqdirdə Novruz gününə qədər mühüm planlarınızın reallaşma ehtimalı olmayacaq. İşlərinizdə daha çox məntiqə əsaslanın.

Oğlaq- Mərhəmətli olun ki, ətrafınızdakı insanların rəğbətini qazanasınız. Ümumiyyətlə, bu gün ulduzlar müştərək yönümdə daha çox uğur qazanacağınızdan xəbər verir. Axşam evə tez gedin.

Dolça– Qəribə də görünsə, ulduzlar bu gün daha çox təkbaşına hərəkət etməli olduğunuzu tövsiyə edir. Əks təqdirdə aldığınız məsləhətlər cəhdlərinizi boşa çıxaracaq. Sevdiklərinizlə mübahisələrə yol verməyin.

Balıqlar- Bütün addımlarınızda mövqeyinizi açıq şəkildə ortaya qoyun. Reallığı nəzərə alın ki, sizə şübhə ilə yanaşanların sayı azalsın. Bu gün büdcənizi artırmaq üçün işıq ucu tapacaqsınız. Ümidinizi heç vaxt itirməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 3 Mart 2016 17:34
    eslinde ilk defedirki yanildiz ve coox tesuflendim yenede oxumaga ceht edecem
  2. ...:::NiHaD:::...
    Oğlaq- Mərhəmətli olun ki, ətrafınızdakı insanların rəğbətini qazanasınız. Ümumiyyətlə, bu gün ulduzlar müştərək yönümdə daha çox uğur qazanacağınızdan xəbər verir. Axşam evə tez gedin.
  3. LeykamiyA
    Sözün düzü inanmıram ancaq nə yalan deyim istər-istəməz marağı da cəlb edir.Çox sağolun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.