04.03.2016 Gündəlik Bürclər (4 Mart 2016 Günlük Bürclər)

03 Mart 2016
2 397
1
04.03.2016 Gündəlik Bürclər (4 Mart 2016 Günlük Bürclər)
04.03.2016 Gündəlik Bürclər (4 Mart 2016 Günlük Bürclər)

Balıqlar- Məhəbbət və nifrət! Gün ərzində bu iki amildən maksimum istifadə edəcəyiniz gözlənilir. Amma yaxşını kimə, pisi kimə yönəldəcəyinizi özünüz təyin edin. Səhhətinizə də fikir verin.

Buğa- Potensial enerjinizin zəifləməsi fəaliyyətinizin passivləşməsinə rəvac verir. Buna baxmayaraq, bürcünüzə xas olmayan mistikaya meyl etməməlisiniz. Kənardan dəstək əldə etməyə çalışın.

Əkizlər - Köməyə böyük ehtiyacınız olduğunu görən Göy qübbəsi xidmətinizdə duracaq. Belə ki, nahardan sonra etibar etdiyiniz adamlardan dəstək alacaqsınız. Onları aramaqla məşğul olun.

Xərçəng- Ümumi gərginliyi nəzərə alıb gün ərzində ehtiyatlı taktikalardan istifadə etməlisiniz. Hər hansı mübahisə və hiyləgərlik müsbət nəticə verməyəcək. Riskli işlərdən uzaq olun.

Şir- Ulduzlar gün ərzində külli-ixtiyarı özünüzə verəcək. Bu səbəbdən də atdığınız addımlara, verdiyiniz qərarlara diqqət yetirməlisiniz. Nahardan sonra maraqlı hadisələrin şahidi olacaqsınız.

Qız- Fəaliyyət göstərdiyiniz yerlərdə iş yoldaşlarınızla münasibətləri yaxşılaşdırın. Kiminsə yersiz atmacalarına əhəmiyyət verməyin. Saat 13-dən sonra daxili süstlüyünüz səngiyəcək.

Tərəzi- Yeni işgüzar əlaqələrə başlamaq üçün uğurlu ərəfədir. Amma aldanma ehtimalınızın olacağını göz önünə gətirib ehtiyatı da əldən verməməlisiniz. İşdə məsuliyyətinizi hiss edin.

Əqrəb- Maddi durumunuzu yaxşılaşdırmaq üçün geniş imkanlarınız var. Təxminən saat 12-dən etibarən bu yönümdə əzmkarlığınızı artırmalısınız. Bu gün başqalarının rəyini ciddi qəbul etməyin.


Oxatan- Özünüzdən böyüklərin və nə vaxtsa sizə yaxşılıq edənlərin üzünə ağ olmayın. Unutmayın ki, atalar "su gələn arxa bir də gələr" deyib. İkili düşüncələrdən xilas olmağa çalışın.

Oğlaq - Səhhətiniz qaydasında olduğuna tam əminsinizsə, ən ciddi işlərin həllinə başlamağa dəyər. Saat 17-yə qədər böyük perspektivdən xəbər verən sövdələşmələrdə iştirakınız labüddür.

Dolça- İxtiyarınızda olan bu təqvimdə əsasən emosiyalarınızı buxovlamalı, qeyri-ciddi işlərinizi təxirə salmalısınız. Ümumiyyətlə, ətrafda hər şeyin sabit olması üçün əzmkarlıq göstərməlisiniz.

Balıqlar - Özünüzü aparıcı şəxs kimi təqdim etməyin. Yoxsa ətrafdakıların ikrahını qazana bilərsiniz. Hər halda, obyektiv fikirlərə də qiymət verməlisiniz. Riskli qərarlardan yayının.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 3 Mart 2016 21:51
    bilmirem ne olacaq aldanma kimi ehtimalim var eger ele olsa mehv oluram ve TANRiDAN her seyin eksini dileyirem tesekurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.