06.03.2016 Gündəlik Bürclər (6 Mart 2016 Günlük Bürclər)

05 Mart 2016
2 433
1
06.03.2016 Gündəlik Bürclər (6 Mart 2016 Günlük Bürclər)
06.03.2016 Gündəlik Bürclər (6 Mart 2016 Günlük Bürclər)

Qoç– Qarşılıqlı münasibətlər zəminində qərəzli mövqe nümayiş etdirməyin. Yersiz qısqanclıq, tələsik qərarlar sizə başucalığı gətirən deyil. Bir qədər məxfilik prinsiplərinə söykənin.

Buğa- Dünəndən Ay bürcünüzdə olduğu üçün gərginliyiniz ola bilər. Lakin təmkin göstərməklə ola bilsin, bu kimi hallarla üzləşməyəsiniz. Sağlamlığınızın qayğısına qalmağı da unutmayın.

Əkizlər- Təəssüf ki, ulduzların düzümü kifayət qədər gərgin gün olduğunu göstərir. Odur ki, hər bir addımda ehtiyatlı olmalısınız. Ağlınız kəsməyən, həmçinin riskli işlərdən uzaq olmağa çalışın.

Xərçəng- Saat 14-ə qədər darıxdırıcı məqamlar yaşasanız da, sonrakı müddətdə aktivliyiniz artacaq. Müştərək fəaliyyət üçün mühüm şəxslərlə görüş keçirin. Daxili orqanlarınıza ciddi fikir verin.


Şir- Enerji və səhhətiniz qaydasında olduğundan ovqatınız xoş olacaq. Odur ki, ciddi maneə ilə rastlaşmayacaqsınız. Ulduzlar hansısa xəstəyə baş çəkməyinizi tövsiyə edir.

Qız– Yaxın on gündə görəcəyiniz işləri mütləq bu gün dəqiqləşdirin. İstənilən sövdələşmədə iştirakınız əhəmiyyətlidir. Vaxtınız qalsa, məhəbbət amilinə də nəzər yetirin.

Tərəzi- Şanslarınız artsa da, qarşınızda duran maneələri dəf etmək üçün özünüzdə təpər tapmalısınız. Ələlxüsus da günün ikinci yarısında ayıq-sayıqlığınızı artırmalı, münaqişələrdən yayınmalısınız.

Əqrəb- Ulduzlar bu gün işlərinizin çox olmayacağını, buna görə də rahatlığınızı bərpa edəcəyinizdən xəbər verir. Vaxtınızın əsas hissəsini sevgiyə həsr edin. Bugünkü dualarınız qəbul olunacaq.

Oxatan- Durumunuzdan bəlli olur ki, sevindirici xəbərlər gözləyirsiniz. Əmin olun ki, Göy qübbəsi sizi intizarda qoymayacaq. Bəzi mətləbləri gerçəkləşdirmək üçün pul xərcləməkdən çəkinməyin.

Oğlaq– Mövcud durumunuzu yüngülləşdirmək üçün etibar etdiyiniz dostlarınızdan dəstək almağa çalışın. Qərar çıxararkən tələsməyin. Sənədləşdirmə ilə bağlı işlərinizi qaydasına salın.

Dolça– Sizə qarşı yönələn iradların obyektivlik dərəcəsindən asılı olaraq onlara münasibət bildirməyiniz vacibdir. Çünki belə yerdə susmaq "qızıl" olmayacaq. Sizi sevənlərə qayğı göstərin.

Balıqlar- Həddindən ziyadə uğurlu bir gün yaşayacaqsınız. Ünsiyyətdə olduğunuz hər bir kəs ovqatınızın yüksəlməsinə xidmət edəcək. Naharda sürprizlər mümkündür. Məsuliyyətinizi artırın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...:::NiHaD:::...
    Oğlaq– Mövcud durumunuzu yüngülləşdirmək üçün etibar etdiyiniz dostlarınızdan dəstək almağa çalışın. Qərar çıxararkən tələsməyin. Sənədləşdirmə ilə bağlı işlərinizi qaydasına salın.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.