10.03.2016 Gündəlik Bürclər (10 Mart 2016 Günlük Bürclər)

09 Mart 2016
2 754
0
10.03.2016 Gündəlik Bürclər (10 Mart 2016 Günlük Bürclər)
10.03.2016 Gündəlik Bürclər (10 Mart 2016 Günlük Bürclər)

QOÇ - Öz gücünüzə nə qədər arxayın olsanız da, həlledici məqamlarda etibarlı adamların məsləhətinə qulaq asın. Axşam görəcəyiniz işlərin planını qurmaq istiqamətində sövdələşmələr aparın.

BUĞA - Ötən ongünlükdə icra edə bilmədiyiniz planlara yenidən baxmağınız vacibdir. Əgər özünüzü qalmaqallardan qoruya bilsəniz, axşama doğru sürprizləriniz olacaq. Pul da gözlənilir.

ƏKİZLƏR - Yaxşı olar ki, günortaya qədər mənzil şəraitində istirahət edəsiniz. Çünki həmin ərəfədə hansısa uğur gözlənilmir. Nahardan sonra isə istənilən sövdələşməniz baş tutacaq.

XƏRÇƏNG - Maliyyə problemlərinizin mövcudluğunu görən ulduzlar sizə kömək etmək istəyir. Lakin hansısa aktivlik göstərə bilmirsiniz. Gözütox olun. Bu axşam bütün dəvətləri qəbul edin.


ŞİR - Bütün vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edin. Digər insanlarla münasibətləri məhdudlaşdırın. Əks təqdirdə ovqatınız korlana bilər. Şəxsi büdcənizi artırmağa çalışın.

QIZ - Təzadlı gündür. Hadisələrin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yön ala bilər. Özünüzü gərginliyə salmayın. Heç kimin şəxsi işlərinə qarışmayın. Münasibətlərdə ciddi olun.

TƏRƏZİ – Mövcud problemlərinizin həllində ətrafınızda olan etibarlı şəxslərin köməyindən yararlanın. İndiki halda təkbaşına qərar çıxarmaq zərərinizədir. Axşam yeniliklərin şahidi olacaqsınız.

ƏQRƏB – Bu gün sizin üçün olduqca maraqlı bir təqvim yaşanacaq. Ələlxüsus da saat 14-dən sonra sevindirici hadisələrin şahidi olacaqsınız. Mənəvi dəyərlərinizi qorumağa çalışın. Ağır işlərə isə girişməyin.

OXATAN - O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən səhhətinizlə bağlı xoşagəlməzliklər, digər tərəfdənsə münaqişələrə cəlb olunmağınız ovqatınıza mənfi təsir göstərə bilər.

OĞLAQ - Düşərli ərəfədir. Bəxtinizin gətirəcəyinə şübhəniz olmasın. Saat 15-18 arasını bütünlüklə sevgiyə həsr etməklə mənəvi rahatlıq tapacaqsınız. Amma səhhətinizi də qorumalısınız.

SUTÖKƏN - Qonşu və ya qohumlarınızla, eləcə də həmkarlarınızla münasibətlərinizdə yeni və müsbət mərhələ başlayacaq. Ola bilsin səfərə də çıxasınız. Saat 17-dən sonra işgüzar əlaqələri dərinləşdirin.

BALIQLAR - Saat 11:20-də Ay bürcünüzdə olduğundan ilk növbədə səhhətinizə fikir verin. Mübahisəli situasiyalardan qaçın. Bu gün daha çox yeni, işgüzar sövdələşmələrdə uğurlarınız mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.