Bürcünüzə görə sehrli sözünüzün nə olduğunu bilirsinizmi?

12 Mart 2016
4 080
2
Bürcünüzə görə sehrli sözünüzün nə olduğunu bilirsinizmi?
Bürcünüzə görə sehrli sözünüzün nə olduğunu bilirsinizmi?

Həyat bəzən qarşınıza çətinliklər çıxarar və o çətinliklərin öhdəsindən gəlmək üçün tək bir sözə ehtiyacınız olar. FeaT.Az Leydi.az-a istinadən bürclərin hansı sözlərdən güc aldığını və sehrli hesab etdiyi sözləri sizlərə təqdim edir.

Qoç bürcünün sözü

Liderliyi və nailiyyətlərə çatmaq üçün səbri ilə tanınan Qoçların sehrli sözü: Mən

Buğa bürcünün sözü

Evinə, ləziz və dadlı yeməklərə, ailəsinə bağlı xüsusiyyətləri ilə bilinən Buğaların sehrli sözü: Mənim

Əkizlər bürcünün sözü

Eyni anda bir çox şeyi düşünən, istədiyini əldə etmək üçün səbrli davranmağı öyrənən bürc kimi tanınan Əkizlərin sehrli sözlü: Məncə

Xərçəng bürcünün sözü

Münasibətində dəqiqlik və fədakarlıq göstərən, həssaslığı ilə tanınan Xərçənglərin sehrli sözü: Hiss edirəm.

Şir bürcünün sözü

Hər mühitdə sevilən, öz fərqini ortaya qoymağı bacaran və çalışqanlığı ilə seçilən Şirlərin sehrli sözü: Mən edə bilərəm.

Qız bürcünün sözü

Praktik zəkası, vasvası və planlı olması ilə tanınan Qızların sehrli sözü: Araşdıraram.

Tərəzi bürcünün sözü

Gözəlliyə və rahatlığa olan zəifliyi ilə tanınan Tərəzilərin sehrli sözü: Tarazlayaram.

Əqrəb bürcünün sözü

Dəqiqliyi sevən, çalışqan xüsusiyyəti ilə nəzərə çarpan əqrəblərin sehrli sözü: Arzulayıram.

Oxatan bürcünün sözü

Olduğu yeri gözəlləşdirən, aktiv həyat tərzi yaşayan Oxatanların sehrli sözü: Başa düşürəm.

Oğlaq bürcünün sözü

Karyerasında yüksəlmək arzusunda olan, çalışqanlığı ilə seçilən Oğlaqların sehrli sözü: İstifadə edirəm.

Dolça bürcünün sözü

Xəyal gücü yüksək, məntiqi ilə hərəkət edən bürc kimi tanınan Dolçaların sehrli sözü: Bilirəm.

Balıq bürcünün sözü

Altıncı hissi qüvvətli və həssas bürc kimi tanınan Balıqların sehrli sözü: İnanıram.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ALA GOZ
    Əqrəb bürcünün sözü

    Dəqiqliyi sevən, çalışqan xüsusiyyəti ilə nəzərə çarpan əqrəblərin sehrli sözü: Arzulayıram.
    feel ayşşş düz yazılıbe request
  2. Agaeva
    Allahdan başka heçneye inanmamaliyiq amma neyniyi axi duz yazilib♌doğru söze ne deyesen Teşekurler Əllerineize sağliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.