Bürclər çətin vəziyyətdən necə çıxır: Özünü daha yaxşı tanı!

12 Mart 2016
3 986
2
Bürclər çətin vəziyyətdən necə çıxır: Özünü daha yaxşı tanı!
Bürclər çətin vəziyyətdən necə çıxır: Özünü daha yaxşı tanı!

Həyat hər zaman rəvan getmir, o, gözlənilməz sürprizlərlə doludur. Təbiidir ki, çıxılmaz vəziyyətə düşən hər kəs çıxış yolu axtarır. İnsan xarakteri məhz belə məqamlarda üzə çıxır: Bəziləri ağlını işlədir, başqaları hiyləgərliyə əl atır, digəri isə soyuqqanlılığını qorumağı bacarır, yerdə qalan da öz gücsüzlüyünü etiraf edib təslim olur. Əlbəttə ki, burada sizin hansı bürc altında doğulduğunuz böyük önəm daşıyır.

Hər kəs çətinə düşəndə himayəsində olduğu zodiak işarəsinin xarakterinə uyğun davranır.
FeaT.Az Publika.az-a istinadən bu yazısında bürclərə görə insanların çətinliklərin öhdəsindən gəlmə bacarığını qruplaşdırmağa çalışıb.

Qoç bürcü
Qoçlar istənilən vəziyyətdən şərəflə çıxmağa vərdiş edib. O, çətinliklərin öhdəsindən müstəqil şəkildə gələ bildiyi üçün özü ilə fəxr edir. Bu bürc altında dünyaya gələnlər həyat yolunda qarşılaşdığı bütün maneələri səssiz-səmirsiz aradan qaldırır.

Buğa bürcü
Buğa bürcündən olanların çiyinləri hər çətinliyə tab gətirir! Bu işarə altında dünyaya gələnlər çətinlikləri dəf etməyi sevir. Üstəlik, onlar uğurunun sirrini başqaları ilə, hətta yad adamlarla belə bölüşməyə hazırdır.

Əkizlər bürcü
Problemlərin öhdəsindən təkbaşına gələ bilmir, çətinə düşəm kimi başqalarından, xüsusilə Qoç və Buğa bürcü altında olan yaxınlarından yardım istəyirlər. Bu yardımın qarşılığında isə həmişə səxavətlə təşəkkür edirlər.

Xərçəng bürcü
Bu bürc altında dünyaya gələnlər ağlayıb-sızlayaraq və ya əzab çəkdiyini ətrafdakılara hiss etdirərək başqalarının onlara yardım etməsinə nail olur. Onlar öz gücünə ancaq yanında dadına çatacaq birinin olmadığını anlayanda arxalanırlar.

Qız bürcü
Qızlar istənilən vəziyyətdən çıxmaq bacarığı ilə fərqlənir. İstənilən məsələləri həll edərək düzgün qərar qəbul edir və bununla qürur duyurlar.

Şir bürcü
Şir problemini həll edənə qədər hamını bezdirib kömək istəyə bilər. Problemi uğurla həll etdikdən sonra isə bütün komplimentləri böyük məmnuniyyətlə öz ünvanına qəbul edir. Əsl xilaskar isə yaddaşında ömürlük xoş xatirə olaraq qalır.

Tərəzi bürcü
Tərəzi qədər problemdən qorxan ikinci bürc yoxdur. Bu bürcün problemlərdən tez dilxor olan nümayəndələri çətin vəziyyəti bir az da özləri qəlizləşdirir. Dara düşəndə çox vaxt Qoç və ya Qızın onlara kömək etməsini gözləyir, lakin heç bir halda təslim olmurlar.

Əqrəb bürcü
Əqrəbi nə iləsə təəccübləndirmək və ya incitmək çox çətindir. Laqeydlik və əminlik bu bürc altında doğulanlar üçün bütün problem və bəlalara qarşı ən güclü silahdır.

Oxatan bürcü
Oxatan bütün məsələləri yumorla həll edir və bu, başqa bürcdən olanların da xoşuna gəlir. Oxatanlardan çox şey öyrənmək olar.

Oğlaq bürcü
Oğlaqlar qarşılaşdığı problemlərə dırnaqarası baxmır, əksinə çox ciddi qəbul edirlər. Hər problemin öhdəsindən özü gəlir, buna baxmayaraq, əmin olmaq üçün insanların təmənnasız dəstəyindən yararlanmaq da istəyirlər.

Dolça bürcü
Dolça bürcündən olanlar bütün həyati əhəmiyyət kəsb edən qərarları görünməmiş ruh yüksəkliyi ilə qəbul edir. Daha sonra ağlı ilə öyünür, hamı da onunla razılaşır.

Balıqlar
Problemlər Balıqlar bürcü altında doğulanları yavaş-yavaş dəli edir. Utancaq Balıq başqasından kömək istəməyə çəkinir. Kiməsə əl uzatmaq istəyirsinizsə, onu Balıq bürcündən olanlar arasından seçin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    qoc burcu her ne qeder inanmasanda uygunluqlar oldugu ucun arada oxuyuran..teshekkur ellerinize sagliq
  2. ALA GOZ
    Əqrəb bürcü
    Əqrəbi nə iləsə təəccübləndirmək və ya incitmək çox çətindir. Laqeydlik və əminlik bu bürc altında doğulanlar üçün bütün problem və bəlalara qarşı ən güclü silahdır.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.