Tərəzi Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu

21 Nisan 2016
25 714
0
Tərəzi Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu
Tərəzi Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu

Bu Zodiak işarəsi zəif və incə bədənləri, hiyləgər və qalın sifətləri, düz burunları, mavi, bəzən də qara-qonur gözləri, kəhrəba və ya şabalıdı saçları ilə digər bürclərdən seçilirlər.

Tərəzi bürcündən olanlar təzadlı xarakterə malik olduqları üçün onları anlamaq çətinlik yaradır. Orta əsrlərdə belələrini "ən etibarsız adam" adlandıran Fransız münəccimləri onlara tapşırıq və ya sirr verməkdən ehtiyat edirdilər. Lakin həmin dövr əsrlərin arxasında qaldığı üçün, biz bu bürcə müasir nəzərlərlə baxmağa çalışacağıq. «Tərəzi»lər nadir hallarda özlərindən çıxır və demək olar ki, əsəbiləşərkən ümumiyyətlə, hay-küy, dava-dalaş qaldırmırlar. Amma adi bir sözlə münaqişə yaratmaqda da qabiliyyətlidirlər. Onlar hər şeydə sərbəstliyi sevir, başqalarının təklif və məsləhətlərini qulaqardına vururlar. Buna baxmayaraq əgər onlar bu üsulu başqaları üzərində tətbiq etsələr, ömürləri boyu təhlükəli məqamlar yaşayırlar.

«Tərəzi»lər 25 yaşdan sonra böyük iddialarla yaşayır, az qala hamını özlərinə xidmət etməyə çağırırlar. Həmin ərəfədə onlara «yox» deyənlər asanlıqla düşmənə çevrilirlər. İnadkarlıq etdikdə onların öhdəsindən gəlmək çox çətin olur.

Məhəbbət sahəsində «Tərəzi»lər

Məhəbbət sahəsində «Tərəzi»lər etika qaydalara əməl etməyi unutmur. Onlar hər şeyi sakit, konfliktsiz həll etməyi xoşlayırlar. Bu Zodiak işarəsi öz tərəf-müqabillərində ciddiliyi üstün tuturlar. Əvvəlcə onunla dostluq münasibətləri saxlayır, planetlər öz yerlərini dəyişəndə isə bu dostluq gözlənilmədən məhəbbətə çevrilir. Bu adamlarla əlaqələrinizin uzun müddət davam etməsini, möhkəm olmasını istəyirsinizsə, baxışlarınız mütləq üst-üstə düşməlidir. Yoxsa «Tərəzi»lərlə sizinki tutmayacaq.

Bu adamlar məhəbbət magiyasının ən gözəl biliciləridir və bundan məharətlə istifadə edirlər. Lakin başqalarının məhəbbət oyunları üçün onlar praktiki olaraq sarsılmazdır. Tərəzi bürclülər tez-tez şər qüvvələrin hücumuna məruz qalırlar. Onlara müxtəlif dini ayin və mərasimlərdə iştirak etmək məsləhət görülmür. Əks təqdirdə böyük fəlakət və xəstəliklərlə üzləşə bilərlər. Başqa bürclərə təhlükə törədə bilən şeylər «Tərəzi»lərə böyük uğurlar gətirə bilər. Məsələn, opal daşı onlara çox faydalıdır. Əgər istəsələr, belələri fövqəltəbii sirlərə malik olar, xüsusən də müalicə sahəsində böyük uğurlar qazanarlar. Maraqlı orasıdır ki, Tərəzi bürcünə aid insanların əksəriyyəti fövqəltəbii elmlərlə məşğul olurlar.

Karmik astrologiyada

Karmik astrologiyaya görə, «Tərəzi» ali sintezi təcəssüm etdirir. Onların əsas problemi — insan həyatının müxtəlif sferalarını əhatə edən harmoniya axtarışıdır. Bu adamlar vəziyyəti tez başa düşməyi, reallığa uyğunlaşmağı və tanış olmayanlara ümumi qiymət verməyi bacarırlar. «Tərəzi»lər üçün informasiyanın ünvanı və mənbəyi maraqsızdır. Çünki onlar intellektual, aktiv və məntiqli bir fərddir. Buna baxmayaraq, heç bir halda emosional deyillər, soyuqluğu belə açıq-aşkar nümayiş etdirirlər. Onların daxilən can atdığı şey — hər zaman ədalətli hakim yerini tumaqdır ki, bu hakim də öz nöbəsində məsələyə hərtərəfli yanaşaraq ədalətli qərar çıxarır. Ali-Tərəzi həyata bir neçə prizmadan yanaşır. O, tez-tez qəti qərar qəbul etməkdə, müəyyən qədər şüurlu qəddarlıq göstərməkdə çətinlik çəkir, həmişə müxalifinin nəzərləri ilə ətrafa baxa bilir. Ümumiyyətlə, «Tərəzi» istənilən şeyə istənilən nöqtədən baxmağı bacarır. Bu şəxslər istənilən ideologiyanın üstündə durub onu müdafiə etməyə meyllidirlər, bir şərtlə ki, onun düzgünlüyünə tam əmin olsunlar. Fərdi etikaya malik olduqlarından vəziyyəti nəzərə alırlar. Ali-Tərəzi güman ki, ən məsuliyyətli bürcdür. Onların kosmik sevgisi yaratdıqları və ətrafa bağışladıqları harmoniyada ifadə olunur.

İstər cəmiyyətdə, istərsə də ictimai proseslərdə fəaliyyət göstərən «Tərəzi»lər tez məşhurlaşsalar da, nadir hallarda liderə çevrilirlər. Bu isə onların özlərinə inamsızlıqlarından irəli gəlir. Bu adamlar həmişə kənardan kiminsə kömək edəcəyini düşünürlər. Onların qəlbində daima narahatlıq və nisgil olur ki, bu da ömürlərinin sonuna qədər davam edir. Duyğu və hisslərin qarşılıqlı münasibətlərində «Tərəzi»ləri başa düşmək olduqca çətindir. Bu adamlar öz qabiliyyət və bacarıqlarından heç vaxt razı olmurlar.

Bürclərlə münasibəti

Tərəzi — Qoç. Qoç tərs, sözündən dönməyəndir. Tərəzi isə sakitliyi, səmimiliyi sevən şəxsdir. Ancaq ünsürlərinin bir-birinə uyarlı olması xarakterinə təsir göstərir. Ona görə də, çox vaxt bir-birini başa düşmürlər. Ailə uğursuzdur. Bir-birinə güzəştə getsələr, ümumi dil tapa bilərlər. Bu vaxt xanım Qoçun üzərinə böyük yük düşür.

Tərəzi — Buğa. Buğa özündən razı olduğu üçün, çox vaxt romantik Tərəzini özündən çıxarır. Tərəzinin də qeyri-ciddiliyi Buğanı əsəbiləşdirir. Münasibətlər mümkündür, amma uzun müddətli deyil. Ailə nadir hallarda uğurlu alınır.

Tərəzi — Əkizlər. Hər ikisi sanki bir-biri üçün yaranmışlar. Heç birində qısqanclıq xüsusiyyətləri yoxdur. Onlarda ümumi oxşar cəhətlər var. Onlar bir-birini çox gözəl başa düşürlər. Münasibətləri lap əladır. Ailə uğurludur.

Tərəzi — Xərçəng. Bir-birinə uyğunluğu çox azdır. Hissiyatlı, hər şeyə inanan Xərçəng, dəqiq olmayan Tərəzidən tez küsəcək. Xərçəng evdə oturmağı üstün tutur. Tərəzi isə əksinə, gəzib-dolaşmağı çox sevir. Münasibətlər və ailə çox vaxt problemlidir.

Tərəzi — Şir. Bir-birini çox gözəl başa düşürlər. Şir hisslərə qapanan, Tərəzi isə emosionaldır. Tərəzinin Şirlə münasibətində Tərəzinin güzəştə getməsi şərtdir. Bu xüsusiyyət Tərəzi üçün çətin deyil. Ailədə münasibətlər yaxşıdır. Ailə uğurludur.

Tərəzi — Qız. Xarakterlərində oxşar cəhətlər azdır. Qızlar qayda-qanunla yaşamağı sevirlər. Tərəziyə bu çətin gəlir. Qız bu münasibətdə liderliyə can atır. Ailə problemlidir.

Tərəzi — Tərəzi. Ümumi, oxşar cəhətləri çoxdur. Hər ikisi həyatsevər. ciddi, məsuliyyətli, hər şeyə tez öyrəşəndilər. Bir-birini başa düşürlər. Xəyalpərəstdirlər, çox vaxt problemlər bu xüsusiyyətə görə yaranır. Ailədə müəyyən güzəştə getməlidirlər.

Tərəzi — Əqrəb. Əqrəb çox qısqancdır. Tərəzini çox vaxt bu xüsusiyyət özündən çıxarır. Bu münasibətdə Əqrəb lider olmaq istəyir. Tərəzi də, təbii ki, bununla razılaşmalıdır. Əgər bununla razılaşacaqlarsa, ailə uğurlu ola bilər.

Tərəzi — Oxatan. Bu münasibətlərdə heç bir tərəf darıxmayacaq. Tərəzi bürclü bəzən Oxatanın xarakterində olan tələbkarlıq, filosofluq və başqa ciddi xüsusiyyətlərə görə ondan tez-tez inciyir. Əgər bu xüsusiyyətlərini Tərəzi həzm edə bilərsə, ailə uğurludur.

Tərəzi — Oğlaq. Oğlaq Tərəzini çox yaxşı başa düşür. Tərəzi isə bəzən Oğlaqın qısqanclığı ilə razılaşmır. Tərəzinin gündəmdə olması, cəmiyyətdə parlaması Oğlağı əsəbiləşdirir. Münasibətlər qısamüddətlidir. Ailə uğursuzdur.

Tərəzi — Dolça. Onlar bir-birinə çox uyğundurlar. Hər iki-si cəmiyyət içərisində olmağı xoşlayır. Hər ikisinin çoxlu dostları var. Bir-biri ilə ünsiyyət yaratmaq onlara xoşdur. Ailə uğurludur.

Tərəzi — Balıqlar. Bu bürc sahiblərinin münasibətində problemlər yox deyil. Bir-birilərini çətin başa düşürlər. Ailə münasibətlərində Balıqlar bütün məsuliyyəti öz üzərinə götürmək istəmirlər. Tərəzilərsə dominant olmağı bacarmırlar. Bunların nikahına ümid bağlamaq olmaz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.