Oğlaq Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu

25 Nisan 2016
13 516
0
Oğlaq Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu
Oğlaq Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu

Oğlaq bürcü öz qeyri-adiliyi ilə fərqlənir. Belə ki, "Oxatan" dövründə nisbi sakitlik və münasibətlərdə mülayimlik bərqərar olursa, Oğlaq bürcünün Göy qübbəsinə hakimlik etdiyi ərəfədə yenidən "alovlar püskürür". Bununsa bir neçə incə səbəbi var. Əvvəla ona görə ki, bu "soyuq" Zodiak insanlarda ilk növbədə səbrsizlik, müsahiblərlə razılaşmamaq, ailə zəminində qanqaraldıcı hadisələr vəd edir. Üstəlik, bu bürc mövcud olduğu dövrdə siyasi çəkişmələr, cəmiyyətdə gedən proseslərdə gərginlik, o cümlədən, sosial partlayışlar da baş verir. Bu səbəbdən də sözügedən "təhlükəli" bürcün əhatəsində ehtiyatlılığı maksimal həddə çatdırmaq lazımdır.
Ulduzlar sistemində 10-cu yeri tutan oğlaq bürcü bir qayda olaraq dekabrın 22-dən yanvarın 20-nə qədər davam edir. Ünsürü torpaq, planeti Saturn, düşərli günü çərşənbə axşamı, şənbə, düşərsiz günü bazar ertəsi, cümə axşamı, metalı dəmir, uğurlu rəngi tünd-yaşıl, qara, göy, uğursuz rəngi ağ, uğurlu daşı rubin, oniks, enerji verən çiçəyi ağ qərənfil, qara lalə, uğurlu rəqəmi isə 3 və 5-dir.
Oğlaq bürcünü əmələ gətirən ulduzlar Göy qübbəsinin təxminən 400 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibinə adi gözlə görünən 50-yə yaxın ulduz daxildir. Astronomik sırada 5-ci yer tutan Saturn Roma allahı Saturnun şərəfinə belə adlandırılıb. Astrologiyanın yarandığı ilk dövrlərdə bu planeti yeraltı aləmin hakimi hesab edir, onun himayəsinə daxil olan adamlara qazıntıda, şaxtada işləməyi məsləhət görürdülər. Antik dövrün münəccimləri Saturnu "Qəmli xatirələr planeti" adlandırırdılar. Onun radiusu 60100 km, elementi torpaq, tərkibi soyuqluq, xatakteri isə şöhrətpərəstlikdir.

Haqqında yazdığımız Zodiak işarəsi altında dünyaya gələn adamların olduqca əzablı taleyi olur. Hələ erkən yaşlarında gələcək həyatını proqramlaşdıran "Oğlaq"lar nadir hallarda istədikləri ömrü yaşaya bilirlər. Roma İmperiyası dövründə yaşayan məşhur astroloq Arbitr Petronin bu bürc haqqında olduqca dəqiq proqnoz verirdi. Belə ki, onun qələmə aldığı "Satirikon" kitabında "Oğlaq" barədə belə bir ifadə işlənir: "Oğlaq bürcü altında doğulanların dərd əlindən buynuzları çıxır". Bu məlumat məcazi mənada işlənilsə də, müəllif onun izahını ustalıqla verir. Petronin əsaslandırır ki, bu bürcün sakinləri yaşadıqları ömürdə, xüsusən də, 35 yaşına qədər hədsiz təzyiq və tənələrə, haqsızlıq və amansızlıqlara məruz qalır, son məqamda onların qəlbində hamıya qarşı kin-kidurət və qisasçılıq meylləri güclənir.
Petroninin sözündə həqiqət var. Çünki Oglaq bürcü altında doğulanlar, bir-iki nəfəri çıxmaq şərtilə heç kimə xüsusi simpatiya bəsləmirlər. Amma bu, heç də o demək deyil ki, hamıya "yuxarıdan aşağı" baxırlar. Belə adamlar çox işləyir, rahatlıq bilmir, hətta xəstə ola-ola yenə də bekar durmurlar. Onlar hər şeydən əvvəl özləri üçün, öz ideyaları naminə mübarizə aparırlar. "Oğlaq"lardan ötrü özlərindən qabaqda heç kəs yoxdur. Bəzən öz doğma övladları da onlar üçün "daha vacib" hesab olunmur.
Zodiak bürclərinin bu nümayəndələri həssas, savadlı, məğrur, təkəbbürlü, ehtiyatsız iş tutmayan, hamının hörmətini qazanmağa çalışan adamlardır. Onların ən mənfi xüsusiyyəti qəfil inadkarlıqları, fikirlərinin tez-tez dəyişməsi, xüsusən də qapalı olmalarıdır. "Oğlaq"lar yalan uydurub müsahiblərini inandırmaqda passivdirlər. Belələrinin söhbətinə qulaq asanda asanlıqla öyrənmək olar ki, nəyi ciddi deyir-nəyi yalan, nəyi süni deyir-nəyi sidq-ürəklə.

Oğlaq və magiya bir-birinə zidd anlayışlardır. Bu, bir tərəfdən yaxşıdır. Çünki "Oğlaq"lar magik təsirə məruz qalmır, bədnəzərdən uzaqdırlar. Onlar uzun müddət heç bir narahatlıq keçirmədən "qara" mühitdə yaşaya bilir, çox güclü vampirlərlə, pisniyyət insanlarla ünsiyyət yaradırlar. Lakin "Oğlaq"ların da mənfi xüsusiyyətləri az deyil. Belə ki, onlar bəzən qarşılarına çıxan hər şeyi darmadağın edirlər. Oğlaq bürclülərin etmək istədiyi istənilən cadu, tilsim həm onun özünə, həm də düşməninə böyük zərər gətirə bilər. Yeganə bürcdür ki, onlarda özünüinkar, daxili təzadlar boldur. Belə ki, "Oğlaq"lar bir tərəfdən qara magiyadan hücum üçün maksimum yararlanır, digər tərəfdənsə əllə toxunula bilməyən hər şeyi inkar edirlər. İkinci səbəbə görə onlar magik mərasimlərlə maraqlanmırlar.
Karmik astrologiyaya görə, oğlaq bürcündə olanlar anadagəlmə təşkilatçıdır. Əgər onun kollektivi yoxdursa, o, bu istedadını öz həyatını qurmağa tətbiq edəcək. Məqsədyönlülük, məsuliyyət, təcrübə və ciddilik "Oğlaq" üçün xarakterikdir. Onlar emosional deyillər, hətta bir qədər "quru adam" təsiri bağışlayırlar. Lakin çətin layihə və planları həyata keçirmək üçün lazım olan xarakterik xüsusiyyətlərə malikdirlər. Bu bürc altında doğulanların həyatındakı əsas hiss bədbinlikdir. Bu adam ilk baxışdan həyata nəzər yetirərkən əsasən ümidsiz dərəcədə dolaşmış xaosu və öz planlarını reallaşdırmağın qeyri-mümkün olduğunu görür. Lakin illər keçdikcə həyatda öz yerini tapır və həyata münasibəti dəyişir.

Klassik astrologiyaya görə, "Oğlaq"lar son dərəcə sadəlövh və tez inanandır. Bu səbəbdən də ömürləri boyu başları qalda keçir, bəlalara düçar olurlar. Hindlilərin fikrincə, bu adamların ailədə necə olması yalnız özlərindən asılıdır. İstəsələr, bircə anda hamıda xoş əhval, yaxud da əsəbi gərginlik yaradarlar. Amma nümunəvi ailə başçısı (evdar xanım) olmağa da qabildirlər. Onlar ahıl yaşlarında törətdikləri günahlarını başa düşür, düz yola qayıdırlar. Əlbəttə ki, ömür vəfa etsə...
Oğlaq bürcündə doğulan qadınlar dünyanın ən qəribə, ən sirli, müəmmalı varlıqlarıdır. Onlarla "oyun oynamaq", onları razı salmaq çox çətindir. Belə qadınlar heç vaxt istəməzlər ki, övladları ata tərbiyəsi alsınlar. Çünki onlar ailədə aparıcı şəxs olmaq üçün hər şeyə gedirlər. Belə qadınlar ömür-gün yoldaşlarını öz iradələrinə tabe etdirir, özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Bu xanımlar həmişə həyat yoldaşlarını passivlikdə günahlandırır, "əfəl" adlandırırlar. Yeri gəlmişkən, belə "Oğlaq"lara uzunmüddətli ər olmağı hər kişi bacarmır.

Saturn öz himayəsində olan qadınlara (Oğlaq və Sutökən) yaraşıqlı, gözəgəlimli sifət verir. Hətta onlar 40 yaşında da 16 yaşında olan təravətlərini itirmirlər. Amma dediyimiz kimi, başlarına gətirilən müsibətlərə görə hamıya, bəzən öz övladlarına da nifrətlə yanaşırlar. Ərə gedənə qədər mənalı və romantik günlər yaşayan "Oğlaq" bəzən sonrakı dövrdə "qəddarlaşır". Onlar öz uşaqlarını xüsusi ampulada tərbiyə edir, hamıdan üstün görməyə çalışırlar. Təəssüf ki, bu proses övladları evlənənə qədər davam edir. "Mən çəkən əzabları sən də çəkməlisən",- prinsipini əsas tutan bu qadınlar övladlarını əziyyətə alışdırmağa səy göstərirlər. Bu isə çox vaxt bədbəxt hadisələrlə, ayrılıqlarla nəticələnir.
Sonda bir şeyi də qeyd edək ki, verilən məlumatlara görə bizi qınamağa dəyməz. Çünki istifadə etdiyimiz və dünya münəccimlərinin təsdiqlədiyi 6 mənbənin hamısında təxminən eyni məlumatlar yazılıb. Bu bürcün sakinləri həssas və duyğulu olduqlarından daha çox yaradıcılığa meylli olurlar. Onları qələmsiz təsəvvür etmək çətindir. Tərəzi bürcündən sonra müəllim-pedaqoq peşəsinə ən yaxın olan Zodiak da məhz Oğlaqdır. Belə adamlarda musiqi istedadı da olur. Onlar xırda biznes, texnika, dilçilik, incəsənət və s. sahələrdə asanlıqla məşhurlaşırlar.
Məşhur "Oğlaq"lar: Yusif Səmədoğlu, Firudin Köçərli, Leyla Bədirbəyli, Anar, Zeynəb Xanlarova, Əlağa Ağayev, Əbülfət Əliyev, Eldəniz Zeynalov, Səməndər Rzayev, Mədinə Gülgün, Vidadi Babanlı, Yalçın Rzazadə, Ќuriyyə Əhmədova, Səfurə İbrahimova, Mikayıl Mirzə və b.

İşgüzar Oğlaqlarla birlikdə işləmək bir fərəhdir. Vəzifəsindən bir pillə aşağı işləsəniz, sizin onunla ünsiyyət yaratmağınıza özü kömək edəcək. Həm də sizin maraq dairəniz eyni olacaq. Bu isə ünsiyyət yaratmaq üçün daha bir şansdır.
Birlikdə problemləri həll etmək Oğlaq bürcünün ürəyincədir. Oğlağın ən çox sevdiyi və bildiyi sahəni öyrənin, bu hər hansı bir xarici dil, kompüter, klassik musiqi, rəngkarlıq sənəti ola bilər.Başa düşmədiyinizi ondan soruşun, sizə bunu öyrətməyini xahiş edin. Şərt deyil ki, dərslər parta, masa arxasında keçsin. Gözəl havada, parkda gəzişə-gəzişə öyrənmək də mümkündür. Elmə olan marağınızı Oğlaqlara suallarla göstərin. O, sizin öyrənmək istəyinizi çox gözəl qiymətləndirər.
Onunla ciddi mövzularda söhbət edin. Bu fəlsəfə və ya maliyyə xəbərləri ola bilər. Onun gözəl yaddaşına, iti ağlına baxıb zövq alın.
Oğlaq qiymətli əşyaları sevir. Çox vaxt da əntiq şeyləri kolleksiyalaşdırır. Hədiyyəyə gəldikdə, ona nadir tapılan kitab, məşhur rəssamın əsərini və ya əntiq əşya hədiyyə etsəniz, ürəyincə olar. Oğlaq görüşdə gözlənilməz hadisələri sevmir. Yadda saxlayın ki, Oğlaq hər yerdə adəti üzrə eyniliyi sevir. Ona görə də, görüşə gəldiyinizdə çiçəkləri unutmayın.
Qadın Oğlaq romantikdir. Ona sevginizi etiraf edin, gözəl sözlərdən, şerlərdən söyləyin.
Kişi Oğlaqlar isə romantik deyil. Sentimental musiqiləri, filmləri sevmirlər. Bu bürcün sahibləri səs-küydən uzaq, sakit həyatı xoşlayırlar. Ailədə çox vaxt güzəştə gedən bu bürcün sahibləridir. Oğlaq bürcü haqqında maraqlı məlumatları haqqında oxuyun.

Kişi Oğlağın başqa bürclərlə uyğunluğu
Oğlaq - Qoç. Hər ikisi tərs, dediyinin üstündə durandır, hər ikisi qarşısına çıxan çətinliklərin öhdəsindən yaxşı gələndir. Ünsürləri fərqli olduğundan, bu xarakter baxımından da özünü büruzə verir. Yaranan ailə ideal sayıla bilməz.
Oğlaq - Buğa. Hər ikisi pulu və komfortu çox sevir. Onlar bir-birini çox gözəl başa düşürlər. İki torpaq ünsürlü bürc həyata çox real baxır. Onların münasibəti uzunmüddətli və perspektivlidir. Ailə uğurludur.
Oğlaq – Əkizlər. Xarakter baxımından bir-birinin əksidirlər. Oğlağın fikriycə, Əkizlər sözünün üstündə durmayan, yalnız özünü fikirləşən, hər şeyə laqeyddirlər. Əkizlərin fikriycə isə, Oğlaq simicdir. Əlaqə qısa müddətli, ailə uğursuzdur. Bir-birini qınamaları, narazılıq və böhtanlar mümkündür.
Oğlaq - Xərçəng. Xərçəngin fikrincə, Oğlaq çox tələbkar, Oğlağın fikrincə isə, Xərçəng xəyalpərəstdir. Yaranan problemlərin səbəbi bir-birilərini çətin başa düşmələridir. Xərçəng real həyatla yaşamalı, keçmişinə az qapılmalı, Oğlaq isə riskə getməməlidir. Tərəflərdən birinin güzəştə getməsi ilə ailə qənaətbəxş sayıla bilər.
Oğlaq - Şir. Bu bürc sahiblərinin münasibətləri lap əvvəldən uğursuzdur. Şirin lider olmaq istəyi Oğlağın ürəyincə deyil. Bunlar arasında dostluq, işgüzarlıq münasibətləri yaransa da, ailə çox vaxt problemli olur.
Oğlaq - Qız. Bu bürc sahiblərində o qədər oxşar cəhətlər var ki, problemlərin yaranması üçün heç bir əsas olmur. Onlar bir-birini tamamlayırlar. Bir yerdə özlərini xoşbəxt hiss edirlər. Yaranan ailə uzunmüddətli və xoşbəxtdir.
Oğlaq - Tərəzi. İlk baxışdan tərəflər onların xoşuna gəlsə də. sonradan onlar bir-birini qıcıqlandıracaqlar. Tərəzi Oğlağın dedikləri ilə oturub-durmağı sevmir. Bu səbəbdən də, problemlərin yaranması təhlükəsi mövcuddur. Ailə çox vaxt uğursuz olur.
Oğlaq - Əqrəb. Əqrəb Oğlağa güvənə bilir. Bu münasibətlərdə Oğlaq lider olmaq istəyir, Əqrəb bununla razılaşır. Bu bürc sahiblərində münaqişələrin yaranması demək olar ki, baş vermir. Yaranan ailə çox uğurludur.
Oğlaq - Oxatan. Oxatan münasibətlərdə emosionaldır. Oğlaq pulun dəyərini bilir, onu harada, necə düzgün xərcləməyi bacarır. Oxatan isə tamamilə bunların əksidir. Yaranan münasibətlər qısamüddətli, ailə isə uğursuzdur.
Oğlaq - Oğlaq. Bu bürc sahiblərinin münasibəti çox romantikdir. Aralarında yaranan problemlər olsa da, çalışırlar ki, bunu bir yerdə həll etsinlər. Hər ikisi çox işləyir, ciddidirlər. Ailə, elə bil, iki böyük uşağın ittifaqıdır, uğurlu sayıla bilər.
Oğlaq - Dolça. Bu bürc sahiblərinin münasibətləri dostluqdan başlayır. Oğlaq Dolçanın məhəbbətini qazanmaq üçün onları başa düşməlidir. Onlar kimi romantik və sentimental olmalıdırlar. Tərəflərdən biri güzəştə getsə, ailə uğurlu sayıla bilər. Daha çox fədakar bu ittifaqda Oğlaqdır.
Oğlaq - Balıqlar. Xarakterlərində fərqli cəhətlər olsa da, ümumilikdə bir-birini tamamlayırlar. Bu münasibətdə Oğlaq lider olur. Balıqlar onlarla mübahisə və münaqişə yaratmaqdan qaçırlar. Münasibətlər gözəl sayıla bilər. Ailə uğurludur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.