Dolça Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu

26 Nisan 2016
19 279
0
Dolça Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu
Dolça Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu

Ulduzlar sistemində 11-ci yeri tutan Sutökən bürcü təxminən yanvarın 21-dən fevralın 19-na qədər olan dövrü əhatə edir. Ünsürü hava, planeti Saturn və Uran, düşərli günü çərşənbə və şənbə, düşərsiz günü bazar, uğurlu rəngi göy-yaşıl, bənövşəyi və boz, uğursuz rəngi qara, uğurlu daşı sirkon, parıldayan sapfir, ametist və opal, metalı qalay, enerji verən çiçəyi yasəmən və nərgiz, uğurlu rəqəmi 2, 4, 8 və 9, müxalif bürcü Şir, şanslı ölkələri isə Rusiya, İtaliya, Danimarka və Kanadadır.
Sutökən bürcü ictimai həyatda, eləcə də insanların taleyində mühüm rol oynayır. Klassik Şərq astrologiyasında bu bürc altında doğulan adamları yüksək qiymətləndirir, onları mələk xislətli adlandırırdılar. Qədim Babilistanda isə bu Zodiakın hakim olduğu dövrü müqəddəs ərəfə hesab edir, onun gəlişinə dualar oxuyurdular.
Elmi kəşflərə, xeyir işlərlə əlaqədar danışıqların aparılmasına, uzunmüddətli haqsızlığa son qoyulmasına zəmin yaradan Sutökən dövrü Xeyirlə Şərin bir araya gəlməsinə mane olur, onların arasında kəskin sədd yaradır.
Sutökən digər bürclərə nisbətən daha böyük sahəni tutur. Belə ki, onu əmələ gətirən ulduzlar Göy qübbəsinin 980 kvadrat dərəcəlik sahəsində yerləşir. O, ulduzlar sisteminin Cənub yarımkürəsini tamamilə əhatə edir. Adi gözlə görünən 90 ulduz və əsrarəngiz planetar dumanlıq da məhz bu bürcün bəxtinə düşür. Yeri gəlmişkən, həmin dumanlıqdan "İlbiz" adlananı Göy qübbəsində ən parlaq və böyük dumanlıqdır. Onun temperaturu 130 min dərəcəyə çatır. Qəribə də olsa, Sutökən bürcündə cəmi bir parlaq ulduz var ki, onu da "Səadəl-məlik" ("Hökmdarın səadəti") adlandırırlar.
"Sutökən"in "gecə evi" olan Saturn astronomik sırada 5-ci yeri tutur. Onu eyniadlı Roma allahının şərəfinə belə adlandırıblar. Astrologiyanın yarandığı ilk dövrlərdə bu planeti yeraltı aləmin hakimi hesab edir, onun himayəsinə daxil olan adamlara qazıntıda, şaxtada (indi yəqin ki, metro da bu sıraya aiddir - S.R.) işləməyi məsləhət görürdülər. Antik dövrün münəccimləri Saturnu "Qəmli xatirələr planeti" (bəzi mənbələrdə "Böyük bədbəxtlik planeti") adlandırırdılar. Onun radiusu 60100 km, elementi torpaq, tərkibi soyuqluq, xatakteri isə şöhrətpərəstlikdir.
Əgər "Sutökən"lərin bəxtində Uran olmasaydı, yəqin ki, onlar "Oğlaq"lardan o qədər də fərqlənməzdilər. Haqqında yazdığımız ikinci planet astronomik hesabla 7-ci yeri tutur. Onun kəşfi 1781-ci ilə təsadüf edir və yunan səma allahı Uranın şərəfinə belə adlanır. Onun radiusu 24500 km, elementi hava, tərkibi istilik, xarakteri hakimlikdir.
Hələ qədim babil münəccimləri Sutökən bürcündə doğulanlarda ziddiyyətli xarakter olduğunu, bu adamların daxilində daima mübarizə getdiyini bildirirdilər. Yəqin bu qənaətə gəlməyə səbəb onların iki əksqütblü planetə məxsus olmalarıdır. Belə ki, əgər Saturn bədbəxtlik, xəstəlik, soyuq münasibət, "əbədi" düşmənçilik təlqin edirsə, Uran istiqanlılıq, nikbinlik, yüksək enerjili fəaliyyət yaradır. "Sutökən"lərin ikili xarakteri onları daima narahat edir, bəzən əsəblərinə də səbəb olur. İradələrini toplamağı bacaranlar Saturndan "ayrılıb" Uranın "himayəsinə" daxil olur və bununla da məşhurlaşırlar. Yeri gəlmişkən, müasir astrologiyanın ən məşhur nümayəndəsi Linda Qudmen "Sutökən"ləri "uranlılar" adlandırmaqla, onları yalnız bu planetə şamil edir.
Bu bürcün sakinləri gözəl intuisiyaya malik, mütaliəni sevən və ürəyigeniş olurlar. "Sutökən"lərin zəngin daxili aləmi olsa da, onlar çox vaxt bunu gizlədirlər. Belə adamlar həssas olduqlarından qarşılarındakı hər kəslə asanlıqla dil tapır, dostluq edirlər. Onlara elə gəlir ki, dünya yalnız yaxşılardan ibarətdir. Amma görəndə ki düşündükləri alt-üst olur və onu incidirlər, bundan bərk sarsılırlar. Uzun zaman azəri "Sutökən"lər arasında apardığımız müşahidələr bizdə bəzi qənaətlər yaratdı. Öyrəndik ki, onlar iki qrupa bölünürlər: sarışınlar və qarabuğdayılar. Bu qrupların müsbət cəhətləri üst-üstə düşsə də, qüsurlarında kəskin fərqlər də var. Belə ki, birincilər əsasən sadəlövh və yelbeyin, ikincilər isə hövsələsiz və tez ruhdan düşən olurlar.
Məhəbbət məsələlərində bu işarə altında dünyaya gələn adamları ilk söhbətdən başa düşmək olmur. Bəzən hətta onu zövqümüzə uyğun hesab etmirik. Bir müddət sonra isə o, sevimli dostumuza çevrilir. "Sutökən" sevgidə azadlığa və sərbəstliyə üstünlük verir. O, sevgi münasibətlərinə dostluq münasibətləri kimi baxdığı üçün ikrah doğurmur. "Sutökən" məhəbbət haqqında nağılların qəhrəmanıdır. Bu bürcdən olanlar öz sevgisi uğrunda həmişə mübarizə aparır. Seksual davranışlarda gözlənilməzliyi sevən bu adamlar tərəf-müqabilini asanlıqla qane edir.
Bu adamlar fövqəltəbii və dərkolunmaz bacarıqlara malikdir. Tez-tez qəribə yuxular görür və gördüklərini çox gözəl şərh edirlər. "Sutökən"lər güclü öncəgörməyə malikdirlər. Onların bilik və hissləri, duyum və intuisiyaları həqiqəti söyləməyə imkan yaradır. Əksər hallardasa falabaxma ilə məşğul olurlar. "Sutökən"lər bədnəzərə qarşı zəifdir, lakin asanlıqla və qısa zamanda öz güclərini bərpa edə bilirlər. Onlar, ələlxüsus da kişilər bəzən energetik vampirlərə, şər qüvvələrə də çevrilirlər. Bu bürcə mənsub insanlar pis, bədniyyətli insanları xüsusilə hiss edir və belə cəmiyyətdə özlərini çox narahat hiss edirlər. Bir qayda olaraq sevgi magiyası ilə maraqlanmırlar. "Sutökən"ləri nəyəsə məcbur etmək çox çətindir. Onlar tam azadlığı xoşlayırlar.
Karmik bilgilərə görə, bu adamlar əvvəllər heç cür birləşməyəni birləşdirir, heç kimin görmədiyini görür, heç kimin baxmadığı prizmadan baxırlar. Ümumiyyətlə, "Sutökən" böyük elmi kəşflər və proqress işarəsidir. O, tez-tez müasirlərinin başa düşə bilmədiyi şeylər haqqında düşünür və danışır. Bu işarə ağıllı və ətrafa qarşı çox diqqətlidir, lakin o soyuq fərddir. Bu səbəbdən də İlahi İradə ona beyni vasitəsilə çatdırılır. O, özü üçün tapmaca hesab etdiyi şeylərə maraq göstərir, öz ideyalarının təcrübi tətbiqinə can atmır. Ali Sutökən geniş baxışlara malikdir, öz dövrünü illərlə qabaqlayır. Onun əsas vəzifəsi - çoxsaylı, qarışıq ideyalarını nizama salmaqdır. Yalnız bu zaman o, köhnə elementlərin yeniləri ilə əlaqəsini başa düşərək nəsə yeni bir kəşf edə bilər.
"Sutökən" təkrarsız, dahiyanə düşünmə tərzini ifadə edir. Onun etikası ona başqalarının nəzəriyyələrinə, hətta yanılmalarına belə hörmətlə yanaşmağa imkan verir. O, ağıllı və daima inkişafda olan bir fərddir. "Sutökən" gözəl başa düşür ki, onun ideyalarını qəbul etməyə heç də hamı hazır deyil. Çünki bu ideyalar çoxtərəflidir və buna görə də bir neçə prizmadan izah olunmağa çalışılmalıdır.
"Sutökən"lər nə qədər ki daxili potensiallarını əməli fəaliyyətə tətbiq edə bilmirlər, həmişə narahat və gücsüz görünürlər. İstəklərinə yetişəndə isə öz işlərində dahiliyə qədər yüksəlirlər. Bu bürcün sakinləri nadir hallarda qibtəediləcək var-dövlət sahibi olurlar. Bütün bunlara baxmayaraq "Sutökən"lərin bir əli kimsəsizlərin üstündə olur. Onlar axırıncı tikəsini belə, ehtiyac sahibləri ilə bölüşürlər. Ətrafdakılar bu amili bəzən "avamlıq" və ya "öz xeyrini bilməyən" adlandırırlar. Lakin "Sutökən"lər bunu bilə-bilə yenə də öz xeyirxah əməllərindən əl çəkmirlər.
Müqəddəs Avestada insanlara tövsiyə olunan Xeyirxah Fikir, Xeyirxah Söz və Xeyirxah Əməl prinsipinə ən çox riayət edənlər də məhz haqqında yazdığımız bürcün sakinləridir. Bu səbəbdən də klassik ərəb astrologiyasında "Sutökən"lərin yalnız Ağ Dünyaya (Cənnətə) getdiyi bildirilir. Çünki onların günahları savablarından qat-qat azdır. Bu bürcün ürəkağrıdan keyfiyyətləri də olmamış deyil. Belə ki, 12 Zodiak işarəsi arasında ən bədbin və ruhdan tez düşəni də məhz bu adamlardır. ABŞ mütəxəssislərinin fikrincə, şəxsi taleyindəki uğursuzluğa və intiharlara görə "Sutökən"lər birinci yeri tutur.
Konfliktlər, qətllər, müharibə və ayrılıqlar bu bürcün nümayəndələrini sarsıdır. Özlərinə qarşı törədilən haqsızlıqlar, şəxsi taleyinə, sevgisinə qərəzli müdaxilələr onların qəlbini yaralayır. Ќecə ki Alan Leo deyir: "Sutökənlər yaşamaqda olduğumuz qan və çirkab dolu dünyamız üçün deyillər. Bu bürcdən olanları Yerdən ayırıb başqa bir planetə toplamaq və oranı "Ədalət planeti" adlandırmaq lazımdır. Biz onları heç vaxt başa düşə bilməyəcəyik. Çünki "Sutökən"lərin bugünkü fikir və ideyalarını bəşər övladı hələ 50 il sonra düşünəcək".
Bu bürcdən olanların həssaslığını və yüksək intuisiyasını nəzərə alan münəccimlər məsləhət görürdülər ki, onlar psixoloq, münəccim, həkim, ekstrasens və ya din xadimi işləsinlər. Müasir astrologiya isə "Sutökən"lərdən daha çox idmançı, sürücü, ferma işçisi, eləcə də siyasətçi çıxdığını düzgün hesab edir.

Məşhur "Sutökən"lər: İmadəddin Ќəsimi, Mirzə Cəlil, M.Ə.Rəsulzadə, Əhməd Cavad, Əliağa Vahid, Qara Qarayev, Sadıqcan, Həzi Aslanov, Kamran Bağırov, Tamerlan Qarayev, Polad Bülbüloğlu, Əlabbas Qədirov, Tofiq Tağızadə, Hacı İsmayılov, Zəlimxan Yaqub, Firudin Qurbansoy, Surət Hüseynov, Zaur Rzayev, Aygün Kazımova...

Digər bürc sahiblərindən fərqli olaraq. Dolçayla tanış olmaq çox asandır. Bu münasibətlərdə ən çətini onun diqqətini cəlb etməkdir. Dolçalar çox ünsiyyətçidiıiər. İlk tanışlıqda bu adamla tez bir zamanda mehribanlaşıb, istənilən mövzuda danışa bilərsiz.
Bu bürcdən olanlar yüksək zəka, intellekt sahibləridiıiər. Ona görə də, özlərinə oxşar adamlarla ünsiyyət qurmağı bəyənirlər.Dolça yüksək zövqə malikdir. zərif, incə hədiyyələri sevirlər. Dolça üçün ən gözəl hədiyyə kitabdır. Bunu da unutmayın ki, aldığınız hədiyyə məhz Dolçanın istifadəsinə yararlı olmalıdır.
Dolçayla ünsiyyət qurduqda çoxlu suallar verin. Bu sual onun işinə, sevdiyi musiqiyə, kitaba, yığdığı, topladığı kolleksiyaya aid ola bilər.
Əgər Dolça ilə ailə münasibətlərində hər şeyin yaxşı olmasını istəyirsinizsə, onda sizdən yüksək yumor qabiliyyəti, səmimi ünsiyyət, etibar tələb olunur.
Çalışın ki. Dolça ilə hökmranlıqla rəftar etməyəsiniz. O, belə münasibəti xoşlamır. Dolça saatlarla telefonda danışmağı xoşlayır. Bu vərdişini onun tərk etməyini tələb eləməyin, onsuz da bu alınmayacaq. Dostları ilə ilk baxışdan boş görünən söhbətlərlə saatlarla telefonda danışması onun ən sevimli işidir.
Evinizdə köhnə əşyaları atın, mebellərin yerini dəyişin. Dolçalar yeniliyi çox sevirlər. Onlarla münasibətdə öz emosiyalarınıza sahib çıxın. Onlar bunu qiymətləndirirlər. Çalışın onun xoş əhval-ruhiyyəsi olmadığı bir vaxtda problemlər haqda danışmayasız. Bu vəziyyəti daha da çətinləşdirir.

Kişi Dolçanın başqa bürclərlə uyğunluğu
Dolça - Qoç. Bu bürc sahiblərinin oxşar cəhətləri var. Hər ikisi liderliyə can atır. Təbii ki, çox vaxt Qoç qalib gəlir. Problemli münasibətdir, ailədə yaranan söz-söhbətlər hər ikisini tez bezdirəcək.
Dolça - Buğa. Hər ikisi sözünü deməyi bacarandır. Güzəştə getmirlər. Bunlar arasındakı münasibətlər dostluq münasibətləridir. Sevgi çətin hallarda meydana gələ bilər. Ailə nadir hallarda xoşbəxt olur.
Dolça - Əkizlər. Dəyişən xarakterə malik Əkizlər Dolçanın əmrinə tabe olacaqdır. Zövqləri və maraq dairələri eynidir. Çox vaxt bir yerdə yaradıcılıq işləri ilə məşğul olurlar. Bir-birini çox gözəl başa düşürlər. Ailə uğurludur.
Dolça - Xərçəng. Dolçanın artıq dərəcədə emosionallığı Xərçəngi özündən çıxarır. Onlar özlərinə yüksək diqqət tələb edir. Bir-birini çətin başa düşürlər. Ünsiyyətləri demək olar ki, alınmır. Ailə uğursuzdur.
Dolça - Şir. Bir neçə müddət ərzində bu münasibətlər gözəl görünə bilər. Sonradan isə problemlərin üzə çıxması onları da bezdirəcək. Hər ikisinin münasibətlərində liderlik iddiasında olması vəziyyəti daha da çətinləşdirəcək. Ailə çox vaxt uğursuz olur.
Dolça - Qız. Zirək, cəld olan Qız Dolçaya tənqidi yanaşır. Hər ikisinin mənəvi münasibətə, sevgiyə böyük ehtiyacı var. Münasibətlərdə problemlər var, ailə uğursuzdur.
Dolça - Tərəzi. Onlar bir-birinə çox uyğundurlar. Musiqini, incəsənəti sevirlər. Aralarında ciddi münaqişə demək olar ki, yaranmır. Hər ikisi bir-birini sevir, hörmət edir. Ailənin qədrini bilirlər. Ailə çox uğurludur.
Dolça - Əqrəb. Bir-birinin əksidirlər. Əqrəb qısqanc, Dolça azadlığı sevəndir. Əqrəb çox vaxt aqressiv olur, Dolça isə təzyiqi sevmir. Bu da əlbəttə ki, Dolçanın Əqrəbdən yan gəzməsinin səbəbidir. Ailə uğursuzdur.
Dolça - Oxatan. Hər ikisi aktiv, həyatsevərdir. Hər ikisi cəmiyyət içində olmağı xoşlayır. Dostluq və işgüzarlıq münasibətləri çox gözəldir. Ailə münasibətlərində isə yaranan narazılıqlar hər ikisini tez bir zamanda bezdirəcək.
Dolça - Oğlaq. Ilkin görünüşdən bir-birinə çox uyğun görünəcəklər. Hər ikisi çalışmağı, işləməyi, karyeranı, cəmiyyətdə müəyyən mövqe tutmağı bacarır. Amma ailədə problemlər var. Əsas problem onların bir-birini başa düşməməsidir.
Dolça - Dolça. Bir-birinə çox gözəl uyğun gəlirlər. Hər ikisi ağıllı, düşüncəli və bacarıqlıdır. Onları maraqlandıran mövzular çoxdur. Bir-birini çox yaxşı başa düşürlər. Ailə uğurlu ola bilər.
Dolça - Balıqlar. Bu münasibətdə xarici görünüş müəyyən rol oynayır. Belə ki, Balıqların xarici görünüşü Dolçaları valeh edir. Bu münasibətlərdə həqiqi sevgi yarana bilər, əgər Balıqlar nazlı olsalar... Tərəflərdən biri güzəştə getməyi bacarmalıdır. Əks halda, sağlam və xoşbəxt ailə haqqında danışmaq mümkün deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.