27.04.2016 Gündəlik Bürclər (27 Aprel 2016 Günlük Bürclər)

26 Nisan 2016
4 180
0
27.04.2016 Gündəlik Bürclər (27 Aprel 2016 Günlük Bürclər)
27.04.2016 Gündəlik Bürclər (27 Aprel 2016 Günlük Bürclər)

QOÇ - Qərarlarınızda qəti və ədalətli olsanız, heç bir xoşagəlməzliyin şahidi olmayacaqsınız. Çalışın ki, bahalı əşyaların, o cümlədən daşınmaz əmlakın alqı-satqısında iştirak etməyəsiniz.

BUĞA - Şəxsi büdcənizdə, eləcə də qarşılıqlı münasibətlər zəminində müsbət dönüş yaratmaq üçün kifayət qədər şanslarınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin.

ƏKİZLƏR - Vaxt tapıb bir qədər Axirət haqqında düşünün. Son yolumuz Oraya olduğu üçün savablarınızı artırmağa, hamı ilə mehriban davranmağa çalışın. Hakim Allahdır - məhz bunu anlamağa çalışın.

XƏRÇƏNG - Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə uğursuz cəhdlər silsiləsinə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.

ŞİR - Ulduzlar boş-boşuna oturmağınızı məsləhət görmür. Ən azı ona görə ki, bu təqvimin şanslarını görüb aktivliyinizi birə-beş artırmalısınız. Nahardan sonra müqəddəs yerlərə gedin.

QIZ - Ümumi götürdükdə uğurlu təqvim hesab etmək olar. Əvvəla, əvvəlki beş bürclə müqayisədə büdcə artımı yalnız sizdə gözlənilir. Bundan başqa yeni təkliflər alacağınız da mümkündür.

TƏRƏZİ - Ümumən darıxdırıcı təqvim olsa da, hisslərinizi cilovlamağı bacarmalısınız. Çünki qarşıda sizi böyük işlər gözləyir. Nahardan sonrakı ərəfəni bütünlüklə məhəbbətə həsr edin.

ƏQRƏB - Uzaq yola çıxmaq üçün gözəl vaxtdır. Hətta maddi durumunuz aşağı səviyyədə olsa da, səfərdən imtina etməyin. Son vaxtlar sizə vəd verib reallaşdıra bilməyənlərə düşmən kimi baxmayın.

OXATAN - Kifayət qədər düşərli vaxtdır. Göy qübbəsi gün ərzində nəzərdə tutduğunuz planların reallaşmasına təkan verəcək. Sadəcə, şəraitə uyğun addım atmalısınız. Bəxtinizə inanın.

OĞLAQ - İşlərinizin çoxluğu fiziki cəhətdən yorğunluğunuza səbəb ola bilər. Lakin nəticənin uğurluluğunu nəzərə alıb usanmayın. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.

DOLÇA - Yeni görüş və məsləhətləşmələrdə iştirakınız gözlənilir. Qarşınızı kəsən maneələr yavaş-yavaş səngiməyə başlayacaq. Təcrübəli adamlardan yararlanın. Bəxtinizdə pul da var.

BALIQLAR - Yeni əlaqələr üçün yaxşı vaxtdır. Sadəcə, qarşı tərəfə güzəştə getməyiniz vacibdir. Nahardan sonra fəaliyyət istiqamətində sevindirici olaylar da gözlənilir. Reallığı nəzərə alın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.