Sevgilinizin bürcünə görə hədiyyə seçimi

04 Mayıs 2016
3 003
0
Sevgilinizin bürcünə görə hədiyyə seçimi
Sevgilinizin bürcünə görə hədiyyə seçimi

Sevgi bir damla suya bənzəyir, insan ona möhtac qaldığında dəyərini anlayır. Sevgi insanın nüvəsidir. Sevgi olmasa, gördüyümüz iş, yediyimiz yemək, baxdığımız mənzərə, ətrafımızdakı insanlar, ümumilikdə hər şey mənasızlaşar. Ancaq sevgi insanı var edən duyğudur. Günümüzə qədər bir çox sevgi hekayələri, romanları eşitmişik və ya bəzən bu sevgi nümunələrinin şahidi olmuşuq. Azərbaycan tarixində də bir çox sevgi hekayələri mövcuddur və bunlardan çoxu səhnələşdirilib. Şərqdə ilk opera dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsi və Məhəmməd Füzulinin yazdığı "Leyli Məcnun” məhəbbət əsəridir.
Sevgi müqəddəs hissdir və sevgimizi hər an sevdiyimiz şəxsə hiss etdirməliyik. Əslində Sevgililər günü bəhanədir, sevgimizi göstərmək üçün. Ancaq bütün dünya ilə bərabər ölkəmizdə də hər il 14 fevralda gənclər bir-birlərinə gözəl və dəyərli hədiyyələr alaraq, sevgilərini göstərirlər. Bəs bu il sevgilinizə nə hədiyyə alacaqsınız? Əgər hələ də nə alacağınız mövsuzunda qərarsız qalmısınzsa, sevgilinizin bürcünə uyğun olaraq hədiyyə seçimi edə bilərsiniz.

Qoç bürcü
Lider bürclərdən olan qoçlar bu il saatlara üstünlük verirlər. Onlar üçün dəbdəbəli və göstərişli saat alsanız, çox bəyənəcəklər.

Buğa bürcü

Evə və ailəyə bağlı buğalar üçün ev aksesuarları alsanız, tam ürəklərincə olacaq.

Əkizlər bürcü
Qərarsız bürc kimi tanınan əkizlər hədiyyə mövzusunda çox qərarlıdırlar. Xarici görkəmlərinə əhəmiyyət verən bürclərdən biri kimi tanınırlar. Əkiz kişilər üçün kostyum, qadın əkizlər üçün isə üst geyimi olan gözəl plaş ala bilərsiniz.

Xərçəng bürcü

Həssas və küsəyən kimi tanınan xərçənglər isə bu il ayaqqabıdan yanadırlar. Onlara bu ilin dəbinə uyğun ayaqqabı alsanız, çox bəyənəcəklər.

Şir bürcü

Özündən əmin şirlərə isə saat, qol düyməsi və yaxa aksesuarları almağınız məsləhətdir.

Qız bürcü

Detallara fikir verən və işgüzar bürc hesab edilən qızlar üçün ən ideal seçim iş masası üçün gözəl aksesuar almaqdır.

Tərəzi bürcü

Ən mehriban bürclərdən olan tərəzilər üçün ayaqqabı və geyim alsanız, bu 14 fevralda onları xoşbəxt etməyi bacaracaqsınız.

Əqrəb bürcü

Bu bürc altında dünyaya gələn insanlar əsasən yüksək zümrəyə xas olub, əsilzadə kimi davranırlar. Əqrəb bürcünə xas olan kişilərə çox bahalı brendin portmanatını, qadınlara isə eyni şəkildə çox bahalı və gözoxşayan bir çanta hədiyyə etməlisiniz.

Oxatan bürcü

Göstərişi və dəbdəbəni sevən bürclərdən olan oxatan xanımları üçün sırqa, kişilər üçün qolbaq ideal seçimdir.

Oğlaq bürcü

Həm baha, həm də ən son trendə uyğun olan hər bir hədiyyəni bəyənirlər. Oğlaqlara hədiyyə seçdiyinizdə məhşur brend olmasına diqqət yetirin.

Dolça bürcü

İntellektual bürc hesab edilən dolçalara bu il ətir hədiyyə etməyiniz məsləhətdir. Bu il onlar ətirdən yanadırlar.

Balıq bürcü
Ən həssas və kövrək bürc sayılan balıq qadınları üçün bu il iç geyimləri, kişilər üçün köynək alsanız onların kövrək qəlblərini sevindirəcəksiniz.

leydi.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.