Bürclərə görə peşə seçimi

27 Mayıs 2016
2 244
0
Bürclərə görə peşə seçimi
Bürcünüzün təməl xüsusiyyətləri sizə hansı peşələrə bacarığınız olduğundan və ən rahat edəcəyiniz işin nələr olduğundan xəbər verir. Əlbəttə ki, bu, bir qayda deyil, ancaq bunu bilərək sizə uyğun peşələrin hansılar olduğunu öyrənə bilərsiniz.

Qoç bürcü
Qoç bürcü astrologiyada gəncliyi təmsil edir. Hərəkətli və enerjili işlər ona görədir. Əsasən əsgər, mühəndis, professional idmançılar, siyasətçilər və televiziya sahəsində çalışan insanlar bu bürcdən olur.

Buğa bürcü

Buğa bürcləri istiqrarı sevirlər və hər şeyin konkret bilindiyi işləri seçirlər. Bu bürcdən olan insanlar əsasən mühasib, mühəndis, memar, inşaatçı, rəssam və müğənni olurlar. Bununla yanaşı qeydiyyat bölməsində, restoran və yeməklə bağlı işlərdə çalışanlar da bu bürcdən ola bilir.

Əkizlər bürcü

İntellektual işlər və ünsiyyətlə əlaqəli sahələri sevirlər. Səyahətlə bağlı işlər, ticarətçi, müəllim, yazıçı, birjaçı, təcili yardım komandasında işləyənlərin bu bürcdən olduğu deyilir.

Xərçəng bürcü

Onlar üçün uşaqlar və ailə anlayışı əsasdır. Bu bürcün peşələri arasında restoran idarəçiliyi, dayəlik, bağça müdirliyi, müəllimlik, sosial müəssisə rəsmiləri, dənizçilik və dənizlə əlaqəli bütün peşələr, bağbanlıq və arxeoloq vardır.

Şir bürcü

Yüksək qazanc və nailiyyəti sevirlər. Bu bürcün insanları əsasən təşkilatçı, idarəçi, əmlakçı, dövlət işçisi, dizayner, ekskursiya rəhbəri və sənətçilər olur. Şir bürcündən olan insanlar öz işlərinin müdiri olmağı sevirlər.

Qız bürcü

Qız bürcü insanları mükəmməliyyətçi insanlardır. Bu bürcün əsas peşələri arasında müəllimlik, psixoloq, tibb bacısı, elm adamı, tərcüməçi, redaktor, texnik və mühasib yer alır.

Tərəzi bürcü

Bu bürcün insanları zərif, rahatlıqlarına düşkün və diplomatik davrana bilən insanlar olurlar. Onlar əsasən diplomat, rəqqas, gözəllik üzrə mütəxəssis, makiyaj ustası, sənətçi və yazar kimi peşələri seçirlər.

Əqrəb bürcü

Əqrəb bürcü insanları tələbkar, xırdaçı, araşdırmaq və təhlil etmək bacarığı yüksək olan insanlar olur. Onlar əsasən tədqiqatçı, psixoloq, fizik, cərrah, qəssab, vəkil və elm adamı olurlar.

Oxatan bürcü

İdealist, maraqlı və öyrənməyi sevən insanlardır. Əsas seçdiyi peşələr vəkil, heyvan tərbiyəçisi, məşqçi, tərcüməçi, idarəçi, idmançı, dövlət məmuru və kəşfiyyatçı olur.

Oğlaq bürcü
Bu bürcdən olanlar iqtisadiyyatla daha çox maraqlanırlar. Seçdiyi peşələr bunlardır: bankçılıq, müəllimlik, idarəçilik, mühəndis,məmur, siyasətçi, riyaziyyatçı və polis.

Dolça bürcü
Hər şeydə düzgünlük axtaran insanlar olur bu bürcdən olanlar. Seçdiyi peşələr arasında fotoqraflıq, jurnalistlik, dizayner, musiqiçi, mühəndis, təsərrüfatçı, kəşfiyyatçı və ticarətçi vardır.

Balıq bürcü

Bu bürcə sənətçilərin bürcü də demək olar. Belə ki, sənətin hər növünə müraciət edirlər bu bürcün insanları. Musiqiçi, rəssam, yazıçı, aktyor, şair, dənizçi, fizyoterapevt və xeyriyyəçi olurlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET