Bürcünüzə görə idman növünü öyrənin - Siyahı

01 Haziran 2016
2 804
1
Bürcünüzə görə idman növünü öyrənin - Siyahı
İdman sağlam həyatın başlıca şərtlərindən biridir. Bəs hansı bürc hansı idman növü ilə məşğul olmalıdır? Feat.Az bürclərə görə idman növlərini təqdim edir:

Qoç

Qoş bürclərinə ən uyğun idman növləri aykido, kikboks, tayboks sayılır. Əsəbi qoçlar qazanmağı sevdikləri üçün belə idman növlərini daha çox xoşlayırlar.

Buğa
Buğalar ovçuluq, üzgüçülük kimi idmanları sevirlər. Həmçinin bədən gücü tələb edən idman da hər zaman diqqətlərini cəlb edib.

Əkizlər

Sürətli və enerjili əkizlərin tennis kimi elastiklik idman növü ilə məşğul olmaları daha məqsədəuyğundur. Əkizlərin komanda şəklində olan idman növlərindən çox da xoşları gəlmir.

Xərçəng

Xərçəng bürcünün nümayəndələri üçün üzgüçülük, avarçəkmə ideal idman növləridir.

Şir
Futbol, basketbol yaxud tennis şir üçün ən ideal idman növüdür.

Qız

Nizamlı qız eyni zamanda çılğın idman növlərini sevir. Tennis, qolf, sörf kimi idman növləri qız bürcləri üçün uyğundur.

Tərəzi
Zərif tərəzi bürcünün nümayəndələri daha çox zəkalarını istifadə edə biləcəkləri idman növlərinə üstünlük verirlər. Bu mənada şahmat onlardan biridir.

Əqrəb

Əsəbi və əzmli əqrəb bürclərinin sevimli idmanı rəqabətin ən yüksək zirvəsinə çatdığı qaçış, boksdur.

Oxatan

Hərəkəti sevən oxatanları oxatma, qılıncoynatmada da görə bilərsiniz, bilyard, fiqurlu konki sürmədə də.

Oğlaq

Oğlaqlar çox inadkardırlar. Buna kəşf etmək ruhu da əlavə olunanda oğlaq bürcləri üçün ən uyğun idman növü qaçış sayılır.

Dolça

Əyləncəli dolça bürcünün nümayəndələri stolüstü tennis, fitnes, futbol kimi idmanlarla maraqlana bilər.

Balıqlar
Həssas, həmçinin tənbəl balıqlar yoqa kimi yumşaq idmanlarla məşğul ola bilərlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Heç bir idman növu ile məşğul olmuram amma basketbol tenis duzdu hevesim var bu idman növlerine
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.