13.06.2016 Gündəlik Bürclər (13 İyun 2016 Günlük Bürclər)

13 Haziran 2016
1 952
0
13.06.2016 Gündəlik Bürclər (13 İyun 2016 Günlük Bürclər)
Qoç - xoş sürprizlər mümkündür. Ötən günlərdə mehribanlıqları ilə seçilməyənlər də bu gün sizi sevindirmək istəyəcəklər. İş danışıqları uğurlu keçəcək.

Buğa - tələsiklikdə isə səhvlər qaçılmaz olur. Yüksək vəzifə tutan Buğalar gələcək karyeralarının asılı olduğu vacib qərar qəbul etməli olacaqlar. Günün emosional fonu sabit deyil. Digər tərəfdən, ciddi yüklənmə əsəb sisteminizə pis təsir göstərəcək. Miqren və yuxusuzluq istisna deyil.

Əkizlər - mənfi tendensiyaların təsiri güclənir. Bunun zərəri ən çox maliyyə sahəsinə dəyəcək. Daha ciddi problemlər məhz bu sahədə yaranacaq.

Xərçəng - bir çoxları üçün gün bəd xəbərlərlə (cərimələr, sanksiyalar və maaşın azalması və s. barədə məlumatlar) yadda qalacaq. Gərginlik artır və bu, vəziyyətin ağırlaşmasına səbəb olur: müdiriyyətlə işçilər arasında münasibətlər korlanır, iş müttəfiqlərinin əməkdaşlığı təhlükə altına düşür. Çünki hərə yorğanı öz üstünə çəkir.

Şir - şəxsi münasibətlər mənfi təzahürlərdən daha az ziyan çəkəcək. Sabitliyə və qarşılıqlı anlaşmaya can atılması incikliklərdən yayınmağa kömək edəcək. Keçmiş barədə düşünməklə maraqlı nəticələrə gəlmək və bunun əsasında gələcək planlara düzəlişlər etmək mümkündür.

Qız - səfərlər (həm yaxına, həm də uzaq diyarlara) uğurlu olacaq. Bu gün bir çox adi fakt və təzahürləri tamamilə başqa cür görməyə, bir çox suallara qeyri-adi cavablar tapmağa, ətrafdakılara orijinal və çox faydalı məsləhətlər verməyə qadirsiniz.

Tərəzi - müsbət tendensiyaların təsiri hələ də güclüdür. Yalnız maliyyə sahəsi bu təsirin altına heç cür düşmür. Pulla bağlı ciddi problemlər mümküdür. Qiymətli əhya və ya vacib sənəd itirməyiniz mümkündür. Diqqətsizlik göstərsəniz, özünüzü cəriməyə sala bilərsiniz. Qalan sahələrdə işlər pis deyil.

Əqrəb - çox işləmək lazım gələcək. Üstəlik, tək özünüzün yox, həm də başqalarının problemlərini həll etməli olacaqsınız. Rəhbərlik çoxsaylı tapşırıqlar verəcək. Bu tapşırıqları layiqincə yerinə yetirmək ürəyinizdən keçsə də, tələsmək məcburiyyətində qalacaqsınız.

Oxatan - yalnız istənilən vəzifə və tapşırıqlara yüksək məsuliyyətli yanaşma münaqişələrdən yayınmağa kömək edə bilər. Şəxsi münasibətlər xeyli komfortlu olacaq. Əvvəla, siz tam dəqiqliyi biləcəksiniz ki, kim dost, kim düşməndir. İkincisi, müttəfiqlərinizin sayı bədxahlarınızdan çoxdur.

Oğlaq - çətin və gərgin gündür. Siz özünüzdə gizli istedad və qabiliyyətləri üzə çıxarmalısınız. Bunsuz çətin və birmənalı vəziyyətdən çıxmaq mümkün deyil. Rəhbərliklə münasibətlər gərgin olacaq və ümumi dil tapmaq yalnız günün ikinci yarısında mümkündür.

Dolça - yolayovuqluq nümayiş etdirsəniz və başlarına təşəbbüs irəli sürməyə imkan versənih, yaxınlarınıza münasibətləriniz harmonik olacaq. Hər şeydə israr etmək yaxşı heç nə vəd etmir.

Balıqlar - əgər üzərinizə çox iş götürməsəniz, çətinliklər yaranmayacaq. Unutmayın ki, çətinlik və problemləri ətrafdakılarla bölüşmək olar. Tanışlarınızın arasında istənlən köməyinizə gəlməyə hazır olan kifayət qədər adam var. Müqavilə və razılaşmaları yalnız o vaxt imzalamaq olar ki, sənədlərin məzsunu dərindən öyrənilib və təhlil edilib, eləcə də, fikrinə etibar etdiyiniz adamlar tərəfindən bəyənilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.