15.06.2016 Gündəlik Bürclər (15 İyun 2016 Günlük Bürclər)

14 Haziran 2016
3 528
0
15.06.2016 Gündəlik Bürclər (15 İyun 2016 Günlük Bürclər)
QOÇ - İşgüzar əlaqələrinizi sıxlaşdırmaq, qlobal məsələləri həll etmək üçün sərfəli vaxtdır. Amma təşəbbüskarlığı və fikir mübadiləsində liderliyi öz əlinizdə saxlamalısınız.

BUĞA - Hansısa sövdələşmə ilə bağlı bəzi anlaşılmazlıq yarana bilər. Lakin bunu zorakı üsullarla yoluna qoymaq səmərəsizdir. Nahardan sonra sevgi sahəsində sevinəcəyiniz gözlənilir.

ƏKİZLƏR - Ay bürcünüzdə olduğu üçün nəqliyyatla, eləcə də təhlükəli cihazlarla ehtiyatlı davranmalısınız. Mübahisələr də istisna deyil. Axşama yaxınsa sevindirici məqamlar mümkündür.

XƏRÇƏNG - Bir tərəfdən məqsədlərinizə gedən yolların bağlılığı, digər tərəfdənsə sizi başa düşməyənlərin artması ovqatınıza mənfi təsir göstərməkdədir. Amma xoş nəticə üçün azacıq dözməlisiniz.

ŞİR - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də nahardan sonra uzaqgörənliyinizə ehtiyacınız olacaq.

QIZ - Ən ümdə arzularınızı gizli saxlayın. Özünüz də bilirsiniz ki, qabaqcadan nəyisə demək sizə düşmür. Ürəyinizi incitsə də, xoşbəxtliyiniz naminə kiməsə sirr verməməlisiniz.

TƏRƏZİ - Ulduzlar pulla bağlı məsələlərdə, eləcə də fəaliyyət sahəsində sizi müvəffəqiyyətlər gözlədiyini bəyan edir. Odur ki, bu istiqamətdə istənilən təklifi qəbul etməyə dəyər.

ƏQRƏB - İkinci dərəcəli bütün planlarınızı təxirə salın. Çünki bu təqvimdə əsas müvəffəqiyyətiniz yalnız işlə bağlı olacaq. Həmkarlarınızla söz güləşdirməyin. Təmkinli olun.

OXATAN - Nədənsə son vaxtlar ulduzların tövsiyələrinə əməl etmirsiniz. Belə passivliklə irəli getmək isə çox çətindir. Bu səbəbdən də nahardan sonra gözlənilən önəmli şanslardan bəhrələnməlisiniz.

OĞLAQ - Bütün diqqətinizi ailə məsələlərinə və tərəf-müqabilinizlə münasibətlərə yönəldin. Hər hansı mübahisə başağrınıza səbəb ola bilər. Allaha düşmən olan falçı və cadugərə üz tutmayın.

SUTÖKƏN - Göy qübbəsi bəxtinizə neytral bir təqvim təyin edib. Odur ki, hansısa qlobal problemi həll etmək və ya hansısa təhlükə ilə üzləşmək barədə düşünməməlisiniz. Yalnız pul mümkündür.

BALIQLAR - Bəxtinizə inana bilərsiniz. Belə ki, ömrünüzün çoxsaylı məqamlarında olduğu kimi bu gün də gözləmədiyiniz halda hansısa probleminiz həll olunacaq. Maddi durumunuz da yaxşılaşacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.