18.06.2016 Gündəlik Bürclər (18 İyun 2016 Günlük Bürclər)

17 Haziran 2016
3 181
0
18.06.2016 Gündəlik Bürclər (18 İyun 2016 Günlük Bürclər)
QOÇ - Təzadlı hadisələr yaşayacaqsınız. Bir tərəfdən təzə təkliflər, digər tərəfdənsə maddi durumunuzun qənaətbəxş olması sizi sevindirəcək. Lakin mübahisə və konfliktlər də gözlənilir.

BUĞA - Astroloji göstəricilər bu təqvimin səmərəli keçəcəyindən xəbər verir. İstər qarşılıqlı münasibətlərdə, istərsə də iş prinsipində nəzərəçarpacaq nailiyyətləriniz gözlənilir.

ƏKİZLƏR - Şəxsi həyatınızda əsaslı dönüş mümkündür. Nəzərdə tutduğunuz planları sistemləşdirməklə bütün stresslərinizi yüngülləşdirə bilərsiniz. Axı indi Göy qübbəsinə sizin bürc hakimdir.

XƏRÇƏNG - Səyahət və səfərlər üçün əlverişli gündür. Amma elə edin ki, gedəcəyiniz yerdə qəlbiqara adamlar olmasın. Əks təqdirdə ovqatınız korlana bilər. Ailə üzvlərinizə qayğı göstərin.

ŞİR - Yaxın dostlarınızın dəstəyindən maksimum yararlanın. Belə olduqda böyük işlərin öhdəsindən gələ biləcəksiniz. Büdcənizi artırmaq naminə istənilən çətinliyə tab gətirməlisiniz.

QIZ - Göy qübbəsinin qənaətlərinə görə ixtiyarınızda olan bu təqvimi romantik bir tərzdə başa vuracaqsınız. Nahardan sonra ikili görüşlər, büdcədə artım və qonaqlıqlar yolunuzu gözləyir.

TƏRƏZİ - Bu gözəl günü daha çox ailənizlə bir yerdə keçirməyə çalışın. Çünki başqa ünvanlarda qarşılaşdığınız hadisələr ovqatınıza pis təsir edəcək. Ayın sonrakı günlərinin iş planını tutun.

ƏQRƏB - Durumunuzdan bəlli olur ki, artıq Göy qübbəsi ürəyinizin səsini eşitməkdədir. Bu səbəbdən də qarşısıalınmaz sandığınız maneələr asanlıqla aradan qalxmağa başlayacaq.

OXATAN - Göy qübbəsi sizi səbrli olmağa çağırır. Əgər bu tövsiyələrə əməl etsəniz, bu təqvimdən razı qalacaqsınız. Sevgiyə diqqəti artırın və dünyadan getmişləriniz üçün dualar oxuyun.

OĞLAQ - Nahara qədər hər hansı riskli hərəkətlər etməkdən çəkinməməlisiniz. Çünki nahara qədər buna şansınız olacaq. Saat 16-18 aralığında isə sağlıq durumunuza diqqət yetirin.

SUTÖKƏN - Ümumi süstlüyünüz olsa da, boş oturmayın. Əksinə, qlobal problemlərinizi həll edə biləcək şəxslərlə görüşün. Bu, sizi perspektivlərinizə daha da yaxınlaşdıra bilər. Qəlbinizi sevgisiz qoymayın.

BALIQLAR - Bütün hallarda əyləncələrdən uzaq olun. Bu qədər problemin içində kef-damağa nə ehtiyac? Yaxşı olar ki, gələcək planlar barədə müzakirələr aparasınız. Bir daha deyirik: ciddi və əzmkar olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.