01.07.2016 Gündəlik Bürclər (1 İyul 2016 Günlük Bürclər)

30 Haziran 2016
3 805
1
01.07.2016 Gündəlik Bürclər (1 İyul 2016 Günlük Bürclər)
QOÇ - Təcrübəli insanların köməyinə ehtiyacınız olduğundan Göy qübbəsi sizə kömək göstərəcək. Odur ki, ruh düşkünlüyünə qapılmayın. Sənədlərlə bağlı problemləri aradan qaldırın.

BUĞA - Bir çox məsələlərdə səhvlərə yol verirsiniz. Özünüzə aludə olmayın. Bəzən ətrafınızdakılardan məsləhət almağı da unutmayın. Axşamüstü maraqlı görüşlərin iştirakçısı ola bilərsiniz.

ƏKİZLƏR - Səfərlər planınız varsa, onu bəri başdan təxirə salın. Çünki ulduzlar bu təqvimdə sizə kifayət qədər ciddi işlər həvalə edəcək. İşgüzar sövdələşmələrdə sizi müvəffəqiyyət gözləyir.

XƏRÇƏNG - Fəaliyyətlə bağlı gərginliyiniz mümkündür. Yaxşı olar ki, bütün vacib işlərinizi təxirə salasınız. Riskli pul sövdələşmələrindən, məxfi danışıqlardan uzaq olmağa çalışın.

ŞİR - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün şanslarınız var. Taleyinizdə əhəmiyyətli rol oynaya biləcək adamlarla əlaqələri dərinləşdirin. Bu gün səfərə çıxmaq da uğurludur.

QIZ - Bəxtinizdə kifayət qədər uğurlu bir tarix var. Əzmkarlığınızı artırmaqla bu müvəffəqiyyəti özünüzə və özünüzü ona yaxınlaşdıra bilərsiniz. Axşamsa qonaq getməyə çalışın.

TƏRƏZİ - Son zamanlar ciddi cəhdlərinizin boşa çıxması sizi məyus etməməlidir. Çünki bu dünyada hər kəsin bir şansı var. Siz də gözləməlisiniz. Bu günsə yalnız adi işlərin həlli ilə məşğul olmalısınız.

ƏQRƏB - Ümumi ovqatınızda gərginlik olsa da, qarşınızda duran vəzifələrin öhdəsindən gələcəksiniz. Günün ikinci yarısında isə şəxsi büdcənizdə müəyyən qədər artım ola bilər.

OXATAN - Uğurlu nəticəsinə tam əmin olmadığınız məsələlərə girişməyin. Yoxsa xoşagəlməzliklə qarşılaşacaqsınız. Bu təqvimdə kənardan kiminsə məsləhətilə addım atmamalısınız.

OĞLAQ - Reallıqdan uzaq düşməyin. Bütün planlarınızı yalnız xəyalınızda reallaşdırmayın. Yaxşı olar ki, konkret fəaliyyətə keçəsiniz. Ay bürcünüzdə olduğundan mübahisələrə yol verməyin.

DOLÇA - Qarşılıqlı əlaqələrdə tədbirli olmağa çalışın. Əks təqdirdə müsahibləriniz tərəfindən aldadıla bilərsiniz. Qarşınızda gözəl perspektivlər durur. Odur ki, ruh düşkünlüyündən qurtulun.

BALIQLAR - Qarşılıqlı münasibətlər baxımından uğurlu olsa da, maddi cəhətdən mübahisəli bir gün yaşayacaqsınız. Özünüzü maksimum təmkinli aparın. Haqqınızı qanunlar çərçivəsində tələb edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Ziyaretçi Ayan
    Cox da razi qalmadim
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.