24.07.2016 Gündəlik Bürclər (24 İyul 2016 Günlük Bürclər)

23 Temmuz 2016
2 651
0
24.07.2016 Gündəlik Bürclər (24 İyul 2016 Günlük Bürclər)
QOÇ – Ciddi işlərin həllinə həvəs göstərməyin. Əks təqdirdə sizə mane olanlar tapılacaq. Yaxşı olar ki, əsas diqqətinizi istirahətə yönəldəsiniz. Ürəyiniz istəsə, qonaq da getmək olar.

BUĞA – Ümumi çalarlarına görə, uğurlu ərəfə hesab etmək olar. Qarşılıqlı münasibətlərdən tutmuş əməli fəaliyyətə qədər hər şey zövqünüzə uyğun olacaq. Ağzıdualı olun.

ƏKİZLƏR – Əsasən nahara qədər fəaliyyətlə bağlı uğurlu anlarınız çox olacaq. Bunun üçün aktivliyinizi artırmalısınız. Sonrakı saatlarda isə köhnə problemlər gündəmə gələcək.

XƏRÇƏNG – Risk etməyə məhkumsunuz. Çünki mövcud ideyalarınızı kerçəkləşdirməkdən ötrü başqa yolunuz qalmayıb. İndi güzəştə getmək yalnız zərərinizə işləyə bilər. Axşam maraqlı insanlarla görüşəcəksiniz.

ŞİR – İxtiyarınızda olan bu gözəl gündə üzərinizə düşən başlıca vəzifə ədalətli qərarlar çıxarmaqdır. Baş verən situasiyaları düzgün qiymətləndirin. Yeni qərarlar səmərə verə bilər.

QIZ – Gərgin situasiyalarla rastlaşma ehtimalınız var. Ələlxüsus da kənar təsirlər əsəblərinizi qabarda bilər. Təmkinli olun. Yeni sövdələşmələrə başlamaq istəyirsinizsə, günortaya saxlayın.

TƏRƏZİ – Yeniliklər yolunuzu gözləyir. Rastlaşdığınız insanların əksəriyyəti qayğılarınızı sizə unutduracaq. Qonaq çağrılsanız, həvəslə razılaşın. Ümumiyyətlə, bu gün yola çıxmaq uğurludur.

ƏQRƏB – Bəzi qanqaraçılıqlar gözlənilsə də, səbr nümayiş etdirməlisiniz. Əmin olmadığınız proseslər barədə qəti fikir söyləməyin. Bir sözlə, riskə getmək, mübahisə etmək, səfərə çıxmaq olmaz.

OXATAN – Fəaliyyət zəminində uğurlarınız mümkündür. Bunun üçün ilk növbədə işgüzar sövdələşmələrinizin sayını artırmalısınız. Amma səhhətinizi də qorumalı, mübahisədən qaçmalısınız.

OĞLAQ – Daxili sıxıntılarınızın artacağı mümkündür. Bu isə ətrafınızda olan insanların etibarsızlığından doğacaq. Bir tərəfdən səhhətinizdə, digər tərəfdənsə münasibətlərinizdə problemlər mümkündür.

DOLÇA – Kənardan kömək olmasa hər hansı nailiyyətə yetişə bilməyəcəksiniz. Ümumiyyətlə, təkbaşına heç bir iş görməməlisiniz. Bu gün yeganə uğurunuz ailə-sevgi münasibətlərində mümkündür.

BALIQLAR – Daxili sıxıntılarınızın xeyli azalacağı gözlənilir. İstənilən prosesdə ədalət prinsiplərindən bəhrələnin. İmkan verməyin ki, sizi aldatsınlar. Sevgidə qətiyyət göstərin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.