06.08.2016 Gündəlik Bürclər (6 Avqust 2016 Günlük Bürclər)

05 Ağustos 2016
3 128
0
06.08.2016 Gündəlik Bürclər (6 Avqust 2016 Günlük Bürclər)
QOÇ - Təxminən saat 13-ə qədər ümumi əhvalınızda gərginlik müşahidə olunsa da, sonrakı müddəti normal şəkildə başa vura biləcəksiniz. Bütün iş və görüşlərinizdə Allahı yaddan çıxarmayın.

BUĞA - Astroloji göstəricilər düşərli bir gün yaşayacağınızı bəyan edir. Ətrafınızda hər şey gözəl olacaq. Amma vaxt tapıb müqəddəs ziyarətgahlarımıza da baş çəkməyə çalışın.

ƏKİZLƏR - Hansısa xoşgəlməzlik haqqında düşünməyə dəyməz. Çünki ulduzların düzümü günün əksər saatlarını xoş ovqatda keçirəcəyinizi bildirir. Təzə xəbərlər və pul da gözlənilir.

XƏRÇƏNG - Həddindən ziyadə məhsuldar gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Yeni təkliflərə razılıq verin. Əks təqdirdə, müttəfiqlərinizi itirəcəksiniz.

ŞİR - Avqustun ən dəyərli günlərindən birini yaşayacaqsınız. Atdığınız addımlar ətrafda sizə qarşı böyük rəğbət yaradacaq. Amma unutmayın ki, gün ərzində mənfi enerjili Ay bürcünüzdə qərar tutacaq.

QIZ - Qərarlarınızda qətiyyətli olmasanız, qarşınıza çıxan mühüm şanslarınızı itirəcəksiniz. Risk etməkdən qorxmayın. Hər şeydən əlinizi üzəndə heç olmasa sevgi amilindən bəhrələnin.

TƏRƏZİ - Yaxşı olar ki, vaxtınızı bütünlüklə istirahətə həsr edəsiniz. Çünki hesablamalar fəaliyyətdə passivliyin hökm sürəcəyini göstərir. Qonaq getməyə, əylənməyə səy göstərin, hündür yerə çıxmayın.

ƏQRƏB - Ailə-sevgi münasibətlərində bütün proseslər ürəyinizcə olacaq. Bu səbəbdən də qarşı tərəfin rəylərinə hörmətlə yanaşmalısınız. Yeni sövdələşmələrdə təşəbbüskarlığı ələ alın.

OXATAN - Hiss olunur ki, ətrafınızda olanların əksəriyyəti fikirlərinizə qarşıdır. Lakin bunu əsəbi şəkildə qəbul etməməlisiniz. Sübut edin ki, haqqınızda deyilənlər doğru deyil.

OĞLAQ - O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə səhhətinizlə bağlı problemlərin baş qaldırması əsəblərinizə mənfi təsir göstərə bilər.

DOLÇA - Bəxtinizdə müəyyən qədər mübahisəli bir tarix durur. Odur ki, istər evdə, istərsə də iş yerində çılğınlıqdan uzaq olmalısınız. Konflikt yaratmaqdansa, barışdırıcı mövqe seçin.


BALIQLAR - Yeni simalarla rastlaşma ehtimalınız böyükdür. Ola bilsin ki, qarşılaşdığınız adamların bir çoxu mövcud problemlərinizin həllində əsaslı rol oynasın. Odur ki, buna hazır olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.